19 Haziran 2017 Pazartesi

                 SALAM OLSUN, Türk Yurdu  TƏBRİZƏ, İRƏVANA!..Bütöv Azərbaycana!
YAZAR:AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.İstanbul 2017.

   Sizlərlə uşaqlıqdan yadımda olan bir andan bəhs edərək məqaləmə başlayacağam.Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda  müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi.Bir gün mənə əzbərləməm üçün  şeir gətirdi və dedi ki," bunu yaxşıca əzbərlə tədbirdə oxuyacaqsan".Şeir yazılı vərəqi aldım və bu misralar  yazılırdı:
                                             Niye ikidir adın?
                                               Ay sene qurban canım.
                                               Cənub Azerbaycanım,
                                                Şimal Azerbaycanım !.
Şeiri oxuyunca həqiqətən təəcübləndim, o yaşlarda " niyə?" mənim vətənimin ikiyə bölündüyünü anlaya bilmirdim. Həm Azerbaycana niyə Cənub-Güney və Şimal-Guzey deye adlandırılıdığını da anlamırdım.Sonradan müəlliməm izah etdi ki, bizi böldülər ,parçaladılar. Arazın o tayinda bizlərlə eyni qandan, eyni candan olan soydaşlarımız var.Bizi rusların və farsların ayırdığını , ananın burda ,oğulun o tayda , qardaşın burda , bacinin o tayda qaldığını, sadəcə həsrətlə illərlə yol gözlədiklərindən bəhs etdi.Düşündüm ki, mənim torpağımı,mənim vətənimi necə olur , ya far və rus bölür?, hansi səbəbdən? ,niyə?.  Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkədə o zamanlar siyasət nə olduğunu bilmədiyim üçün anlamırdım.
Ama yaşa dolduqca dünya siyasətinin çirkin və riyakar üzünü anladım. Zamanla Azerbaycanin ikiye yox bir neçə parçaya bölündüyünü öyrəndim .Cənub Azerbaycan,Şimal Azerbaycan,Qərbi Azərbaycan,Dərbən və. s.
Bütün bu gərçəkləri öyrəndikdən sonra məni çox üzən bir halda , Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi,parçalaşası oldu. Belə ki, Güney Azərbaycanlıya " həmşəri", Qərbi Azərbaycanlıya " yeraz" deyilərək ötəkiləşdirildiyinin də zaman-zaman şahidi olmuşam.Bu həqiqətən heç bir şəkildə doğru olmayan bir yanaşmadır.Bu yanaşma rusların və farsların Azerbaycan üzərindəki işğalından irəli gəlir.Yəni onlar Azərbaycanı parçalamaqla qalmayıb, soydaşlarımızı bir-birindən uzaqlaşdırmaya,ötəkiləşdirməyə də çalışmışlardır.Bunun nəticəsində "həmşəri","yeraz" kimi anormal və bölücü ifadələr meydana çıxmışdır.Ama zamanla Azərbaycanımız Müstəqil və Azad oldu.Bununlada, bu doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olunmur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik.Bu yazımda sizlərlə Cənubi-Güney Azərbaycanımızdan ,Qərbi Azərbaycandan,Bizi bölən qüvvələrdən bəhs edəcəyəm vəAzərbaycan Türklərinin yaxın tarixindən bəhs edəcəyəm.
 Oğuz Türk yurdu olan Azərrbaycan, 1. Pyotr (1696-1725) zamanından başlayaraq; Çar  Rusyası’nın yayılma siyasətinin əsas ünsürü olan, işgal planları arasında önəmli bir yer tutmaqda idi. 18. yüzildə  xanlıqlara bölünmüş Azərbaycan’ı, 1786-ci  ildə siyasi məqsədlərlə  gəzmiş  olan Rus polkovnik(rusca)- subayı Burnaşev, buradaki Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdebil, Xoy, Urumiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzilərinin idarə quruluşunu  yarı bağımlı, bəzilərinin  isə bağımsız oluğunu dəqiqləşdirmişdir. Bunlardan Urumiyə, Şəki, Qarabağ, Quba və Xoy Xanlıqları, digərlərinə görə daha güçlü idi. 18. yüzilin 2-ci yarısında, bu xanlıqların xanları, hər biri ayrı- ayrılıqda siyasal güçləri artırdıqca, Azərbaycan xanlıqlarını öz- yönətimlərində- idarələrində  bir dövlət kimi toplamaq amacını-məqsədini  güdməkdə idilər. Güney Azərbaycan’da Urumiyə Xanı Fətəli Xan Əfşar, Quzey Azərbaycan’da isə, Şəki Xanı Hacı Çələbi ve Quba xanı Fətəli Xan Qubalı bu məqsəd üçün çabalamışdır.Lakim müvəffəq ola bilməmişdir.
 18. yüz ilin sonlarında, , Quzey Azərbaycan’dakı xanlıqları da (bütün Güney Qafqazı) egemenliği- hakimiyyəti altına almağa çalışan İran hakimiyyəti ile Rusya arasında bir çox çatışmalar ,savaşlar oldu.

3  Ocak –yanvar 1804-cü il tarixində, Gəncə Xanı Cavad Xan’ın güçlü dirənişinə baxmayaraq buna qarşın, Ruslar, Gəncə  Qalasi’ni işgal etdilər. Cavad Xan və oğlunun da ön saflarda can verdiyi savunmada, çox qan döküldü.



10  Temmuz-iyul 1804 tarixinde, Rusya ilə İran arasında savaş başladı. Rus Ordusu, bir-birinin ardıyla, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran Xanlıqlarını ələ keçirdi. Belecə, quzeydəki bir çox xanlıq Rusya’nın egemenliğine-hakimiyyətinə girdi. Qacar Orduları’nın, Rusları durdurma çabaları başarısızlıqla nəticələndi. Bunun sonucunda, İran ilə Rusya arasında 1813-cu ildə rəzil və tarixin ən ədalətsiz müqaviləsi imzalandı.
Sizlərin də biliyiniz kimi vətənimiz Azərbaycan ruslar və farslar tərəfindən ikiyə bölünmüşdür.Türk millətinə qarşı bu iki şərr qüvvə dəfələrlə düşmənçilik etmişlərdir.Azərbaycanımızın bölünməsi də bu düşmənliyin ən gözdə örnəklərindəndir. Dünya tarixinin ən acımasız və ən rəzil müqavilələrindən bəhs edərkən sözsüz Gülüstan və Türkmənçay müqavilələrini də xüsusi qeyd etmək lazımdır.Heç bir hüquqa və ədalətə sığmayan bu müqavilələrlə Azərbaycan Türk yurdu və Azərbayca Türkləri özlərinin xəbəri və istəyi olmadan, iki yadın - Rusiya və İranın istəyi ilə bölündü, parçalandı.Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri inələyincə daha aydın görürük. Belə ki, Bölünən Azərbaycan Torpaqları olduğu halda ruslar və farslar xüsusi ilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yollada işğalçılıqlarını gizlətməyə çalışmışlardır. Digər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu düşünürsəniz yanılırsınız. Azərbaycanı bölən bu məlum sazişlərdə İngilis və Fransızların xüsusi "əməyi","çabası" vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq,Rusiya tərəfindən bölücü Gülüstan müqaviləsini imzalayan general  Ratişevin yazışmalarını göstərə bilərik. Bele ki, Ratişev İngilis diplomat olan Qor Uzeley "e  "İran dövləti ilə ümümrusiya imperiyası arasında "əbədi sülh haqqında traktat” kimi təqdim olunan Gülistan müqaviləsini bağlanilmasında İran Qacar hakimiyyətini  niyyətləndirməyə nail olduğu üçün minnətdarlığını bildirmişdir. 
Beləliklə  öncədəndə qeyd etdiyimiz kimi İran ilə Rusiya arasında 13 ekim-oktyabr 1813-cu ildə ( hicri 1228-ci  ildə, təşrin-əvvəl ayının 13-də ) Qarabağın Gülüstan adlı bir köşesində müqavilə imzalandı və adı da bu məkandan qaynaqlanır. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. 
Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Azərbaycan Oğuz Türkü Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirir:
                             İpək yaylığıyla o, asta-asta
                             Silib eynəyini gözünə taxdi. 
                             Əyilib yavaşca masanın üstə 
                           Bir möhürə baxdı, bir qola baxdı. 
                              Kağıza həvəslə o da qol atdı, 
                            Dodağı altından gülümsəyərək. 
                            Bir qələm əsrlik hicran yaratdı, 
                             Bir xalqı yarıya böldü qılınc tək. 
                            Öz sivri ucuyla bu lələk qələm,
                             Dəldi sinəsini Azərbaycanın. 
                             Başını qaldırdı, 
                            Ancaq dəmbədəm 
                            Kəsdilər səsini Azərbaycanın. 
                           O güldü kağıza qol çəkən zaman, 
                            Qıydı ürəklərin hicran səsinə. 
                          O güldü haqq üçün daim çarpışan
                          Bir xalqın tarixi faciəsinə.
                           Əyləşib kənarda topsaqqal ağa, 
                          Hərdən mütərcimə suallar verir. 
                         Çevrilir gah sola, baxır gah sağa, 
                          Başını yellədib təsbeh çevirir.
                          Qoyulan şərtlərə razıyıq deyə, 
                        Tərəflər qol çəkdi müahidəyə... 
                        Tərəflər kim idi? Hər ikisi yad! 
                      Yadlarmı edəcək bu xalqa imdad?!

"Əbədi barış ve dostluq" anlaşması olaraq adlandırılan bu safsata ilə Oğuz Türk  yurdu Azərbaycan və Oğuz Türkü olan Azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə, güç və adalətsizliyin, gücünü birləşdirməyə nail olmayan Türk millətinə qarşı, bu günədək  qazanılan bir düşmən zəfəri oldu.
11 maddədən ibarət olan bu anlaşmaya göre, bu iki istilacı-işğalcı dövlət (Rusya və İran) arasındakı sınır-sərhətt xətti  Araz çayı-nəhri olaraq qəbul edildi ve Azərbaycan, Quzey AzƏrbaycan ve Güney AzƏrbaycan olaraq ikiyə bölündü.
Bunun acisini,ağrısini illərlə soydaşlarımız yaşadı və yaşayır. Bu gündə fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaqlarında farslar tərəfindən ötəkiləşdirilir ,zülmə məruz qalırlar.Düşünü qardaşı-qardaşdan,iki sevəni birbirində və yurdundan ayri salan bu acımasiz anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı. Sonralar, xalq arasında çox yayqınlaşan bu dörtlük, bir ulusun-millətin  bölünmüşlüyünün ürəklərdə yaratdığı ortaq acının yansıması oldu:
                        Arazı ayırdılar
                       Qum ile doyurdular
                       Mən səndən ayrılmazdım
                       Zülm ilə ayırdıları.
Bu ədalətsiz müqavilədən bir müddət sonar yeni bir müqavilə imzalama gərəyi duyan farslar və ruslar işğalçı siyasətlərinə davam etdilər. İran hakimiyyəti, Gülüstan müqaviləsi ilə Güney Qafqazdakı toprağlarından vazkeçmek istəmirdi. Bu dəfə də İngiltərə və Fransa’nın yardımı ilə itirdiyi toprakları geri alma savaşına girmişdi. Sizlərə öncədən də qeyd etdiyim kimi Azərbaycanın bölünməsində ruslar və farslar qədər ingilislər və fransızlar da xüsusi "canfəşanlıq " göstərirdilər. çünki onlar Azərbaycan Oğuz Türk yurdunu " yağlı tikə" olaraq görürdülər. Vətənimizin verimli torpaqlar,gözəl iqlimi ,təbii sərvətləri və statejik önəmi yadların iştahını qabardırdı.Ümumiyyətlə  sizlərə açıqca bildirə   bilərəm ki, ruslar,farslar və avropalı işğalçılar daima Türklərə qarşı" böl, parçala və ud" siyasətini həyata keçirmişlər. 16 Temmuz-iyul 1826-ci il  tarixində quzey xanlıqları geri almaq  məqsədi ilə  başladılan bu savaşlarda,  Abbas Mirzənin idarəsində İran  Ordusu’nun yenilgisi nəticəsində, 10 Şubat- fevral 1828 -ci il tarixində yeni başqa bir ingilis diplomatın, İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bu anlaşmaya görə, Naxçıvan və Rəvan (İrəvan) xanlıqları da Rusya’ya verildi. Rusya, 1850 -ci ildə  Revan Xanlığı’ndan Erivan vilayəti yarataraq, gelecekde quracaqları qondarma "Ermenistanın"  təməlini atdılar.Həqiqətə isə İrəvan  torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlı türklər  çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. 
 Ruslar, Türkmənçay müqaviləsinin 14. maddəsi çərçivəsində, İran erməniləri yəni  40.000 dən çox ermnini Güney Qafqaza, özəlliklə Rəvan, Naxçıvan ve Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
  Beləliklə Rusya , Qafqazı xiristianlaşdırmaq siyasətinə son sürətlə həyata keçirmiş olurdu." Xıristiyanlaşdırma” siyasəti nəticəsində, 20. yüzilin əvvəlinə qədər  1.300.000 Ermeni, sözü edilen bölgələrə köç etdirildi. Bu  erməni topluluqların bir qismini Qarabağ’ın dağlıq bölgələrindəki topraqlara yerləşdirdilər.Beləliklə sözü gedən torpaqları Ermeni yerləşim bölgələri halına gətirdilər.  Azerbaycan’ın bugün yaşadığı Qarabağ sorununun təməlləri,  ruslar və farslar tərəfindən büyük bir ileri görüşlülükle, 188 il öncesinde atılmışdır.
Sizlərə Azərbaycanımızın ruslar və farlsar tərəfindən necə bölündüyündən bəhs etdim.Bizi hər zaman bölən ,parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyndən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər.Bu günlərdə özlərini siyasətçi,akademik və ya millət vəkili hesab edən yaşini ,başını almış bəzi işbazlara Azərbaycan Türk Tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərçəyliyi olmayan safsataları millətin beyninə yeritmək istəyir. Siz düşünün Azərbaycanı bölən ,parçalayan qüvvə olan rusları və  yenə xiristian qardaşları olan erməniləri İrandan Azərbaycan Türklərinin tarixi torpaqları olan İrəvana və Qarabağa ,Naxçıvana ,Bakıya xüsusi işbazlıqla və işğal siyasəti ilə  köçürən  Rusların,Rus İmperiyasının  Azərbaycanın qurulmasında necə bir rolu ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə ən ağır zərbəni Azərbaycan Türklərinə Tarix boyu Rus və FARS hakimiyyətləri vurmuşdur.Bəziləri idda edir  ki Azərbaycan xalqının formalaşmasında Rusların rolu var.Bu özlərini akademik və siyasətçi adlandiranlara söyləmək istərdim ki,Sizin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkləri minilliklər boyudur vardir və formalaşmişdır!Biz Türklər hər zaman dövlət qurmuş və xalqları yönəltmişik.Ruslar ,sizin o sevdiyiniz Rus İmperiyasi ,Azərbaycan xalqını yox erməni xalqının formalaşmasında ,qondarma ermənistanin yaradılmasında böyük rol oynamışlardır.Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARİXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR. Sİzİn rus sevdanız bizim Azərbaycanımızın  Bütövlüyünə zərər verir və hər zaman vermişdir.Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliyimizi şəhidlərimizin qanı ilə əldə etmişik!Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işğalçılarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız?.Azərbaycanın müstəqilliyini əsla bu qara və məkirli düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönəmdə də Mübariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz ,igidlərimiz vardır!
Son zamanlar dəb halına gəlib ,yerindən qalxan "Türk milləti deyilik "və ya "ruslar Azərbaycanın qurulmasında xidmət edib" ,"ruslar dəstəkləyib" kimi safsatalar yaymağa çalışır.  Azerbaycanın mərhum lideri,dövlət başçısı  Heydər Əliyev  "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir" deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Siz hansı haqla bu siyasətə qarşı çıxırsınız?.Digər tərəfdən görünür siz ,Bakının mərkəzində yerləşən "ŞƏHİDLƏR XİYABANI" nı heç ziyarət etməmişsiniz.Çünki , orda yatan şəhidlərimizi görən birisi əsla "ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir "deyə bilməz! .Əgər Azərbaycanın Şərqdə  İLK CUMHURİYYƏTİ qurmasına  dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə ,sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM.ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni,rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı,İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin  yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınz kimlər bizlərə dəstək olmuşdur.Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan Torpağının havası suyu sizlərə haram olar! Bu arada sizlərə Mustafa Kəmal AtaTürkün bu sözlərini xatırlatmaq istəyirəm "Azərbaycanın sevinci bizim sevincimiz ,kədəri bizim kədərimizdir".Yəni çox yox, azacıq tarixi araşdıran gərcəkləri görə bilər.
Bu sebebden qərəzli və bölücü düşüncədə olanlar yolu yol deyildir!
İstifadə edilən mənbələr:
1. 
AZERBAYCAN TARİHİ'NDEN(Rus ve Fars Egemenliği Altında Kuzey ve Güney Azerbaycan’da Kültürel Kimlik Arayışları)
Bilgicik.COM
2.http://anl.az/down/meqale/azerbaycan/2011/fevral/156832.htm
3.
Dr. Okan YEŞİLOT: “Türkmençay antlaşması ve sonuçları” makalesinden alıntı
www.mehmetcik.tr
Xüsusi Teşekkür verdiyi dəyərli bilgiler üçün Türk komutan İshak Çelik beye saygılar.

2 Haziran 2017 Cuma

                            TÜRKLƏRDƏ İSTİHBARAT VƏ CASUSLUQ...
YAZAR: AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.İstanbul 2017.  

Sizlərində mənim də hər zaman istihbarat-kəşfiyyat və casusluqla əlaqədar yazılar ,filimlər diqqətimizi cəlb etmişdir.Bu məlumatlar, filimlər, yazılar doğu olsun və ya olmasın bizlərin marağına səbəb olmuşdur. Bunun səbəbi isə mövzunun gizəmli və  bir o qədərdə sirr pərdələri ilə örtülü olmasından qaynaqlanır. Bu gün mən də məqaləmdə bu mövzuya toxunacağam. Ama  fərqli və bir o qədər  -həqiqi olan qaynaqlara müraciət edəcəyəm. Bu yazımda "istihbarat nədir?" sualına cavab tapmağa çalışacağam və "casusluqla istihbarat/kəşfiyyat arasındaki əlaqədən ,istihbaratın önəmi və  bizim atalarımızin qurduğu dövlətlərdə yəni əski Türklərdə var olmuş istihbaratdan  və casusluq bəhs edəcəyəm. 
Türkiyə ləhçəsində istihbarat ,Azərbaycan ləhçəsində  kəşfiyyat olaraq adlandırılan bu qavramın  anlamı eynidir.Kəşfiyyat ərəb mənşəli  sözdür və ərəbcə kəşf sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti). Azərbaycan Türkçəsində Hər hansı bir məlumat əldə etmək məqsədilə aparılan tədqiq, ya yoxlama işləri kəşfiyyat adlandırılır.. İstihbarat kəliməsi də, Ərəbcə “istihbar”,”xəbər” və “bilgi alma” kəliməsinin cəmidir (Özdağ. Ü, 2009: 34).(1). Qərb dillərində ,xüsusən İngiliscə və Fransızcada  istihbarat/kəşfiyyat qavramı “intelligence” kəliməsi ilə ifadə edilir və  “ağıl,zəka” olaraq anlamlandırılır , buda Qərbdə bu işə nə dərəcədə önəm verildiyini göstərir. İstihbaratın/kəşfiyyatın Qərbdəki önəmi  CIA -Central intelligence Agency(Mərkəzi Xəbəralma Təşkilatı),MI-Millitary intelligence (Əsgəri Xəbəralma Təşkilatı),   DIA-Defense intelligence Agency(Savunma-Müdafiə istihbarat/kəşfiyyat təşkilatı) kimi örgütlərin fəaliyyətində açıq bəlli olur.(2)
KKB VƏ MoSSAD da buna örnəkdir.

    Türk dil qürumu istihbarat qavramını “ Bilgi toplama, xəbər alma” olaraq açıqlamışdır (Türk Dil Kurumu)(3).İstihbarat qavramı, təməl olaraq ; a-) Bilgi anlamında istihbarat c-) Sürəç- olaraq istihbarat d-) Görəv olaraq istihbarat e-) Örgüt - təşkilat olaraq istihbarat şəklində dörde ayrılmaqdadır (Özdağ. Ü, 2011: 32).
İstihbara/kəşfiyyatla bərabə qulaqlarımız ajan və ya casus kəliməsini eşitməyə də alışmışdır. Doğrudur istihbaratla/kəşfiyyatla casusluq/ajanlıq əlaqəlidir. Casusluq ərəbcə bir kəlimə olan  "təcəssüm" yəni maraqlanma ,özündən kənarda baş verən hadisələri öyrənmə həvəsi,gizli şeylərlə maraqlanma  fellinin mənşəindən gəlmişdir. (4)Zaman zaman istihbarat ilə casusluq bir-birinin yerinə istifadə edilmişdır. Casusluq istihbarat/kəşfiyyat fəaliyyətlərində ehtiyac duyulacaq bəzi özəl ,xüsusi məlumatları əlde etmək üzərə gizli və qorunan qaynakları əldə etmək üçün başvurulan yoldur. Bu fəaliyyətlər sonucunda ələ ediləcək xəbərlər istihbarat fəaliyyətini bəsləyən amillərin ,dəlillərin çox az bir qısmını təşkil edir. Casusluq istihbarat fəaliyyətlərinin geniş bölmələri içərisində kiçik bir yer tutar.(5) Casusluqla ," espiyonaj"  kəliməsi  də eyni qavramı ifadə edir və xarici dillərdən dilimizə daxil olaraq  casusluq mənasında istifadə edilir .Bu kəlimə fransızcadan alınmışdır. Türkçədə xalq arasında istifadə edilən ispiyon kəliməsi də fransınca kökənlidir və "espionnage" kəliməsindən gəlməkdədir. Bəhs edilən kəlimələrin hamısı  istihbarat/kəşfiyyat fəaliyyətini ifadə edir.Kontrespi-yonaj qavramı isə istihbarata /kəşfiyat fəaliyyətinə qarşı olmaq və əks istihbarat mənasını bildirir. ingiliscədə kəşfiyyata qarşı qoyma "contrary intelligence" adlandırılır .Casuslara  Avropa dillərində "agent", ajan da deyilir.
Casusluq dünyanın ən əski məsləklərindən  biridir.Bu fəaliyyət topluluqların həyatlarını davam etdikləri hər zamanda  icra edilmişdir.İstihbarat/kəşfiyyat fəaliyyəti gərək güvənlik və gərəksə ticari,ekanomik,siyasi ve.b. sahələrdə güncəlliyini itirmədən,hətta cazibəsini çağın  texnalojik imkanlarıyla  artıraraq , vazkeçilməz bir sahə olaraq ,insanlıq tarixində genişlənməsi ilə birlikdə mevcudluğunu göstərən ,həssas və dövlət güvənliyi üçün çox önəmli fəaliyyətdir.(6).
  Dünya dövlətlərinin  iç- daxili güvenliyini qorumaqda  qarşımıza çıxan qavramlardan biri də /kəşfiyyat ve xəbər almadır. Bir dövlət üçün istihbarat ve istihbarat təşkilatı son dərəcə önemlidir.
Tarixin ən Əski dövürlərində, ən kiçik insan topluluqlarında bele kəşfiyyat fəaliyyəti vardı.(7) Bəzilərinə görə bu fəaliyyət  insanlıq tarixinin başlanması ilə başlamışdır.Örnəyin əski CIA görəvlisi Walter L. Pforzheimer’a görə ilk casusluk olayı Adəm ile Həvva arasında gərçəkləşmişdir. Pforzheimer, İncil’də bəhs edilen ilanın ilk casus, Həvva’nın ilk muxbir ve Adem’in de ilk qurban olduğunu hesab etmişdir. (8).2 İstihbarat /kəşfiyyatl haqqındaı ilk yazılı mətin milatdan  5000  il öncə tarixlidir. Bu mətində Misir Kralı III. Tutmosis’in hakimiyyəti altındakı Yafa kəndinə gizlicə ajan /casuz göndererek şəhəri daha az maliyyətlə ələ geçirdiğinden bahs edilmektedir.(9). Çinli filosof Komutan Sun Tzu, milatdan önce 6. yüzildə yazdığı "Savaş Sənəti" adlı kitabında ,asanlıqla savaş qazanıb zəfərə qovuşmağın istihbarat ile mümkün olacağını qeyd etmişdir.(10).  Həmçinin  tazar əsərində İstihbaratın/kəşfiyyatın  dönemin gələnəksəl yöntəmləri olan ruh çağırmaq və.b.üsüllarla deyil insan istihbaratı/kəşfiyyatı sayəsində olacağına diqqət çəkmişdir. (11).
 Dünya üzərindəki üç səmavi dinin  müqəddəs kitablarında istihbarat ve istihbaratçılıqdan bəhs  edilmişdir. Dinlərin yayılma süresinin eyni zamanda siyasi bir sürəç olması səbəbindən, bu sürəçlərdə istihbarat/kəşfiyyat texniklərindən yararlanılmışlardır. İslam dininin yayılması əsnasında gərçəkləşən savaşlarda, savaş öncəsi əlaqədar şəhərlərə tüccar və.b. qılıqlarda casuslar/ajanlar göndərilərək lojistik ehtiyaclar-əsgəri məlumatlar ve düşman haqqında bilgilər toplanılmışdır.(12).
 Bu bilgilərd dövrün şərtlərinə görə  qiymətləndirilərək savaşda və barışda yararlanılmışdır.
 Ayrıntılı bilgi üçün baxınız , Kuran-ı Kerim, Kəhf Surəsi, 19. Ayət “Və beləcə aralarında soruşsunlar deyə onları diriltdik (oyandırdık). Onlardan danışan biri belə dedi: “Nə qədər qaldınız?” “Günün bir qismi və ya bir gün (qədər).” dedilər. (Digərləri də): “Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir.” dedilər. Artık sizdən birisini, sizin bu gümüş pulunuzla şəhərə göndərin. Beləcə ən təmiz yemək hansi, baxsın (da) ondan sizə bir rızık gətirsin. Və tədbirli (diqqətli) olsun. Heç,əsla sizi bir kimsəyə sezdirməsin (varlığınızı heç kimsəyə hiss etdirməsin).” və 20. Ayet “Mütləq ki onlar,əgər  sizə qarşı qâlip gəlirlərsə, sizi daşlarlar və ya sizi öz  dînlərinə döndürürlər. O zaman əsla əbədiyyən qurtuluşa varamazsınız.” (13).
 Orta Çağ Xristiyan coğrafiyasında Kilisə müxtəlif müxbirlərdən yararlanma , gücünü artırma və dərəbəylərin gücünü zəyiflətmə yoluna girişmişdir. Musəvilərin müqəddəs  kitabı Tövrat’da isə istihbarat fəaliyetlərine rastlamaq mümkündür. Əski Ahit’de(Musavilər müqəddəs kitablarını" Ahit"  olaraq adlandırırlar). Yuşa Peyğəmbər’in Fələstin’in fəthi sırasında bölgəyə iki casus göndərdiyindən bahs edilmektedir.(14).
   1530’lu illərdə qurulan İngilis Kraliyyət Gizli Servisi qurumsallaşan istihbarat/kəşfiyyat çalışmalarının ilk örneği olaraq qəbul edilməkdədir. Ortaçağ ve öncəsinde istihbarata/kəşfiyyata layiqli olduğu dəyəri verməyən  Qərb  mədəniyyətləri, Napolyon’un kəşfiyyat sahəsindəki başarıları ilə bu sahəyə yönəlmişdir. Napolyon’un İstihbarat rütbəli əsgəri Philippe Henri de Grimoard, “Nazirlər  və generallar dost ve düşman ordularının durumları haqqında yetərli bilgiyə sahib deyillərdir. Onlar mütləq dost və düşman dövlətlərin şəhərlərinə, ordularına, qəsəbələrinə casuslar yerləştirərək bu mövzudakı bilgilərini genişləndirməlidirlər. Fəqət bunu sağlamaq asan deyildir . Bu səbəbdən kəşfiyyatın başına zəkalı  , tez  qavrayan və ağlı başında bir başçı gətirmək gərəklidir. Başçı önderliyində digər görəvliləri təlimləndirərək bu əksiklikdən qurtarılarsınız.”(15) deyərək kəşfiyyatın önəmini vurqulamışdır. Digər tərəfdən Napolyon’un istihbarata yönelmesinin səbəbi başveren ekonomik ve siyasal dönüşümdür.(16).
Həmçinin Napolyon Bonapartın " xüsusi ilə təlimləndirilmiş bir casusun təmin edəbiləcəyi bilgi və xəbərlərin bəzən bir çox əsgər birliyindən daha çox  önən ərz edir" səklindəki sözləri  istihbaratın/kəşfiyyatın  nə dərəcədə  önəmli olduğunu göstərməkdədir.(17)
   Sizlərə Avropada və dünyada kəşfiyyatdan bəh etdim.İndi isə  qədim və köklü Tarixə sahib olan biz Türklərin atalarının qurduğu dövlətlərdəki istihbaratdan bəhs edəcəyəm. Minlərcə illik Türk tarixində qurulan bir çox dövlətin bağımsızlıqlarını qoruya bilmek üçün kəşfiyyatla  məşqul olan sadə və ya gəlişmiş bir çox təşkilata sahib olduqlarını görürük. Bütün millətlərdə  olduğu kimi  Türklerde de istihbarat ve istihbaratçılarla ilgili qavramlar ilə rastlaşırıq.
 Tarix  boyunca çox  sayda dövlət quran Türklər, istihbarat işine büyük önem vermişlərdir.Köçəri həyatdan daimi  yerləşik həyat tərizə keçən Türklərdə ,Orta Asiya Türk dövlətlərində casusluq fəaliyyəti ilə məşqul olanlara " çaşıt,çaşut" ,casusluq fəaliyyətinə isə " çaşutlama" deyilirdi.(18). Çaşıt qavramı Türklər arasında “gizləmək, gizli bir şeyi söyləyən və casus” mənalarında istifadə edilirdi.(19). 
Bu çaşıt ismi verilən insanlar daha çox Çin kökənli idilər. Casusluğun ilk örnəkləri hesab edilən “çaşıtlar” gənəlliklə Çin din adamları, ya da Hindistan’da doğulub böyüyən və şərqə doğru yayılan Buda dininə mənsub din adamları idi. Bunların görəvi Türk topluluqlarına öz inançlarını mənimsətmək, xüsusi ilə yönəticiləri əldə etmək ve toplumda qarışıqlıq yaratmaq, sonra onu içdən içə əridib yox etməkdi. Çinli rahiblər gənəlliklə Türklər arasına girib səyyah kimi davranırlar, bir tərəfdən dinlərini yaymaya çalışarkən digər tərəfdən də Türk toplumunun gənəl yaşayışı, gələnəkləri və güvənlikləri ilə əlaqədar bilgi toplarlardı.Daha sonra bunları “Səyəhatnamə” biçimində düzənləyərək hökümdarlarına təqdim edərlərdi. Bu şəkildə Çinlilərin Hunlar arasına yerləşdirdiyi bilinən ilk səyyah və casus Chang-Chien’dir. Chang-Chien miladdan öncə 138 -ci ildə Hunlar arasında səyahətə çıxmış və13 il gəzdikdən sonra topladığı bilgiləri Çin hökümdarına rapor-bilgi bəyanı  halinda təqdim etmişdir  .(20).

Sonraki dönəmdə Göktürk Xitabələrində  və Dədəm Qorqud Hekâyələrində istihbarat qavramları istifadə edilmişdir.(21)Dədəm Qorqud Hekâyələrində geçən istihbarat/kəşfiyyat qavramlarına örnək olaraq;“ Kırk yiğit ilə oturup duruyorlardı. Murada maqsuda erməsin, kâfirin casusu bunları casusladı, varıp Bayburd Hisarının bəyinə xabər verdi.”(22).
  Orta Asya Türk Dövlətləri’nde istihbarat fəaliyyətləri əsasən  Çin İmperatorluğu’na qarşı yeridilmişdir. Eynı şəkildə bu dönəmdə Çin istihbaratı da Türklər üzərinə yoğunlaşmışdır. Örnəyin bir Türk boyu olan Topalar, Böyük Hun İmperatorluğu’nun qurulmasından təxminən  300 il öncə Çin istihbarat/kəşfiyyat və psixoloji hərb yöntəmlərinə yenilərək Çinliləşmiş və yox olmuşlardır (23).    Türklərin, Orta Asya’dan köçlərinin başlamasıyla birlikdə köç güzərgâhları və yurd arayışlarında dönəmsəl istihbarat/kəşfiyyat çalışmaları davam etmişdir. Köç güzərgâhlarının və yurd edinəcək bölgələrin bəlirlənməsində, bəzi Türk boyları istihbarat və kəşif məqsədi  ilə öncədən səfərə çıxmışdır. Gelen bilgilərə görə toplu göçlər yaşanmışdır(24).
   Daha sonraki dönəmlərdə Türklərin Hindistan, İran və Xİristiyan dünyası ilə qonşu olmaları üzərinə yeni casuslarla mübarizə etmək durumunda qalmışlardır. Qərb  Hunların ,Avropa içlərine qədər irəliləyincə, Bizans ilə Roma’dan elçi və din adamı kimi xüsusi görəvlərlə Atilla’ya casuslar göndərilmişlərdir.(25). Tarixdə bilinən ilk istihbarat /kəşfiyyat  təşkilatı, Çinlilər tərəfindən Göktürk’lərə qarşı 570’li illərdə qurulmuşdur. İstihbaratın görəvli “nazir”inin adı da Çang Sun Çing’dir. Göktürklərin sürətlə yüksəlməsi, bölgədə güçlü bir dövlət halına gəlməsi və Çin’in Qərbi ilə Hindistan gəlirlərinə əl qoyması üzərinə imperatorluq tərəfindən dərhal bir xəbər alma təşkilatı qurulmuşdur. Əsasını  Budist rahiblərin təşkil etdiyi bu İstihbarat təşkilatının görəvliləri  tapınaq ve çeşitli dövlət qədəmələrində təlim edildikdən sonra Göktürk ölkəsinə  göndərilmişdir. Rahib, səyyah, düccar və həkim rolunda Göktürk ölkəsinə yayılan ajanlar, qısa zamanda olduqları bölgənin güvənini qazandılar. Olduqları  bölgələrin  yönəticilərinin və komutanların saraylarına qədər daxil olmağı bacaran ajanlar, eyni şəkildə ölkənin ən önəmli və böyük sarayına; Kağan Sarayı’na da sızmış və yüksək mərtəbələrdə görəv  əldə etmişlərdir.(26).
 Türk tarixində davamlı casusluq fəaliyyətləri sonucunda ikiyə bölünən və sonra da ortadan qaldırılan dövlət olaraq  qarşımıza Göktürklər çıxır. Göktürklərin yüksəlməsi və çevrəsindəki topraqları ələ keçirməyə başlaması Çinliləri ürkütmüşdür. Çin hökümdarı bunun üzərinə Çang Sun Çing vasitəsi  ilə Göktürk ölkəsinə casuslarını soxmuş və Kağan ilə yaxınları arasına fitnə soxaraq aralarında dava çıxartmışdır. Bu dava  nəticəsində dövlət 582-ci  ildə ikiyə ayrılmışdır.(27). Çinlilər xüsusiyle şamanlar və Budist rahiblər aracılığı ilə Türklər haqqında davamlı və düzənli olaraq bilgi almışlardır. Bunun üzərinə də, Türk dövlət adamları da Çinliləri öz silahları ilə vurmağa başlamışlardır. “Türk” olan Çin ajanlarını “utanç verici bir ölüm” ilə cəzalandırarkən, Çinli ajanları da satın almaq yolunu istifadə etmişlərdir. Bununla da yetinməyən Türk Hakanları, “ Budist Rahib” və “Şaman” yetişdirmək üzərə Çin topraqlarına davamlı olaraq casuslar göndərmişlərdir. Çinlilərin İstihbarat fəaliyyətinə qarşı həmləyə keçən Kağanlar, ölkələrinin topraqlarını istifadə edərək Çin’ə ticarət üçün gedən xarici tacirləri və karvanları da yaxşı istifadə  etməyi  bacarmışlardırr. Karvanlarla düccarların mal və can əmniyyətini saxlayan Türk dövlət adamları, Çin’dən davamlı olaraq ən üst səviyyədə istihbarat /kəşfiyyat mahiyyətli xəbərlər almağı başarmışlardır.(28).
Qaraxanlılar’a qədər Türk istihbaratçılığı əsas olaraq xaricə yönəlik ikən, Qaraxanlılar və Gaznəlilər ilə birlikdə daxilə də yönəlmişdir. İslamiyyət öncəsində Türklərdə iç istihbarat/kəşfiyyat varlığını davam etdirirdi ama bu, tamamən Kağan’ın konseyini oluşduran bəylərin, liderlərin ya da Kağan ailəsinin ərkək fərdlərini izləmək  məqsədli idi.(29). İstihbari bilgilər açısından çox önəmli bir yeri olan xəbər alma təşkilatı Türk –İslam dövlətlərində “Berid Teşkilatı" olaraq adlandırılmaqdadır.
Latinca’da, “posta heyvanı” mənasına gələn “ veredus” dan gələn berid, daha İslamiyyət’in ilk illərindən etibarən, “poçta heyvanı süvari poçtası,dövlət poştası, poçta mənzili, iki poçta mənzili arasındaki məsafə” mənalarında istifadə edilmişdir.
 9. yüzildən etibarən İslam coğrafyasına daxil olan Səlçuklular istihbarata önəm vermiş və geniş bir xəbər alma ağı qurmuşlardır. Böyük Səlçuklu Dövlətinin irəli gələnlərindən olan Vəzir Nizamülmülk dövlet yönetimi ilə əlaqədar  qələmə aldığı Siyasetname (30)adlı eserinde istihbarat çalışmalarının necə aparılamsı gərəkdiyindən və istihbarat - dövlət yönətimi əlaqəsinin gərəkliliyindən ətraflıca bəhs etmiştir.(31)
Nizamü’l-Mülk “Siyasətnamə”də;“hər tərəfə düccarlar, səyyahlar, sufilər, dərvişlər və səyyar satıcı qılığında casuslar getməli və hadisələrin heç bir şəkildə gizli qalmaması, əgər bir şey baş verərsə  zamanında çarəsinə baxılması üçün eşitdikləri hər şeyi xəbər verməlidirlər” deyə qeyd edir.(32).
Nizamül -Mülkün  "Siyasətnamə " əsərində həmçinin  İstihbarat gğrəvlilərinin/kəşfiyyatçıların xüsusiyyetləri də bu şəkildə qeyd edilmişdir ; "İstihbaratın/kəşfiyyatın doğru, sürətli ,nəticə verici və təsirli ola bilməsi üçün ilk şərt ,bu işin zəkalı,qabliyyətli,dürüst və güvənilir insanların vasitəsi ilə aparılmasıdır".Yəni  bir tərəfdən bütün  dövlət görəvlilərinin vəziyyətlərini ,digər tərəfdən xalqın  və xarici güçlərin  vəziyyətini nəzarətdə saxlamaq və xəbərdar olmaq  üçün  xüsusi istihbarat/kəşfiyyat görəvlilərinin təyin edilməsi gərəkdiyini söyləmişdir. (33)
Anadolu Selçuklu Devleti ise Anadolu’da Börü Budun teşkilatı olarak bilinen haber ağını quraraq istihbarat fəaliyyətlerinde bulunmuşdur(34).

  İstihbarat qavramı  günümüzdə toplumumuzda gənəlliklə yalnış anlaşılmaqtadır. Ölkəmizdə istihbarat/kəşfiyyat  qavramına işarət edən  fəaliyyətlər çoxunluqla gizli operasyonlar və ya fərdlərin kişisel - şəxsi və özəl mövzuları  haqqında gerçəkleştdrilən, elmilik və istihbarat/kəşfiyyatı baxımından keçərliyi  olmayan dedi-qodu mahiyyətinde olan olgulardır. Ama istihbarat multidisipliner yəni ciddi və önəmli qanunlarıolan bir sosial bilimdir. İstihbarat, 50 ildən çoxdur akademik bir qanun olaraq qəbul edilməkdədir.(35)

  Məqaləmin sonunda əməkli kəşfiyyat görəvlisiylə etdiyim söhbəti sizlərlə paylaşıram.Həm söhbətim İlbey.K(bu  onun şərti adıdır) ricamı qəbul edərək mənimlə söhbət etdi.Bu səbəndən ona təşəkkür edirəm.Ama mənə şərt qoydu,sadəcə 7 sual verə biləcəyimi dedi.Söhbətimizə sual cavab şəkilində davam etdik.:
MƏN; Sizə  ,casus yoxsa ajan deyim,yəni necə  müraciət edim
İLBƏY.K; Mən  sizin ,filimlərdə izlədiyiniz  Avropalı ,İngilis ajanlardan deyiləm və heç zaman da olmadım. Mən hər türk övladı kimi  vətəninə xizmət edən bir Türkəm .Siz şərti adımla müraciət edin.(deyib gülür)
MƏN; Siz nə kimi kəşfiyyat fəaliyyətlərində olmuşsunuz ,bizə bundan  bəhs edərmisiniz
İLBƏY.K; Məlum olduğu üzrə kəşfiyyatın ,SİYASİ,İQTİSADİ,TİCARİ,HƏRBİ , AKADEMİK və.s böümləri vardır. Mən Hərbi kəşfiyyatda fəaliyyət göstərmişəm. Burda əsas olan Türk millətinə,türk dövlətinə qərəzli  fəaliyyətdə olan terror təşkilatlarının və quruplarının hərbi həmlələrinə fiziki və zehni tərzdə qarşı qoymaqdır.
MƏN; Ailəniz  və dostlarınız kəşfiyyatçı olduğunuzu bilirdimi.
İLBƏY.K; Xeyir, bilmirdilər.,Çünki,onlar bunu bir mənalı qarşılamazlardır. Onlar sadəcə dövlət görəvlisiibir hərbiçi olduğumuzu  bilməklə kifayətlənirdilər.
MƏN; Sizə  görə  bir kəşfiyyatçı  necə  olmalıdır.
İLBƏY.K; Bir kəşfiyyatçı olduqca zəkalı, güçlü yaddaşa sahib olmalı(burda gözyaddaşı və səs qarşı  həssaslıq önəmlidir),fiziki və əqli çeviklik,qərarlılıq,tarixi və gənəl kültür ,hüququ bilgisi geniş olmalı və gündəmi ciddi izləməlidir.Texlalojik imkanlardan geniş istifadə etməyi bacarmalıdır.Hər zaman sükunətini qorumalı və  ketum olmalı ,yəni sirrə, (bu dövlət əhəmiyyətli bilgilərə )sadiq olmalidir. Ama bu xüsusiyyətlərini qarşısındakına hiss etdirməməlidir.Daha sıradan və sadə olduğuna  qarşısındakınə inanadırmalıdır. Bu özəlliklərə sahib olan vətən sevər ,dövlətinə ,millətinə ,xidmət etmək istəyənlər,dövlətin təşkil etdiyi müxtəlif imtahanlardan keçdikdən sonra kəşfiyyatçı ola bilər.
MƏN:Kəşfiyyatçı olmaq üçün xüsusi təlim mi gərəkir ,yoxsa hər kəs bu fəaliyyətiyerinə yetirə bilər  mi
İLBƏR .K: Sizə  öncədən də söylədiyim kimi kəşfiyyatın bölmələri vardır və  bu bölmələrdə fəaliyyət  göstərənlər  öz  sahələrini mükəmməl  bilməlidirlər.Ama vətənini sevən ,dövlətinə ,millətinə sadiq hərkəs vətəninə xədmət üçün əldə etdiyi bilgiləri müxbir  sifəti ilə gərəkən dövlət orqanlarına bildirə bilər və bu bir növ kəşfiyyat fəaliyyəti olar. Bunun üçün internetde istihbarat təşkilatının rəsmi saytı vardır və oraya ihbar_xəbər verə bilərlər.
MƏN; Əsasən kəşfiyyatçı müxbirlər  kimlər olur .
İLBƏY.K;  Bu işdə  çox  zaman  müxbirlər ,həkimlər ,müəllimlər  və  səfirlik görəvliləri  bəzən tələbələrdə ola  bilir.Burda  əsas  olan  Türk millətinə,dövlətinə  qarşı ,torpağ bütünlüyünə  qarşı ediləcək  qərəzli  həmlələrin  önünü  almaq  üçün  bilgi toplamaqdır.
MƏN; Bizlərə necə  bir tövsiyyə  edə  bilərsiniz
  İLBƏY .K ; TÜRK millətinin hər bir  vətən övladı  bir  müxbir  olmalıdır.Dünyanın dörd bir  yanında  yaşayan  Türklər  millətlərini və vətənlərini qorumaq  baxımından hər zaman  oyanıq olmalıdır.Sizlər  bu  vətənin övladları  və könüllü  əsgərlərsiniz.!
 Söhbətimiz sona yetincə İLBƏY.K  Azərbaycan Türklərinə çox önəm verdiyini ,sevdiyini və eyni qandan olduğumuzdan bəhs etdi. Evində Azərbaycan Türk bayrağı  ,Türkmən eli və Türkiyə Türk bayrağı ilə Kıbrıs Türk cumhuriyyətinin  Bayrağının bərabər olaraq asıldığını söylədi.Yenidən bir daha səmimiyyəti ,sadəliyi və verdiyi dəyərli bilgilər üçün İLBƏY.K təşəkkü edirəm.
  Son olaraq sizlərə bildirmək istəyirəm ki ,əslində bizlər hər birimiz bir kəşfiyyatçıyıq ,çalışdığımız sahələrdə ,dünyanın dörd bir yanında yaşayan türklər  olaraq millətimizə qarşı fəaliyyətlərdə olan xüsusui ilə Rus,Avropali və fars güclərinə qarşı oyanıq olmalıyıq. BİLİRİK Kİ ,40 MİLYON TÜRKƏ ZÜLM EDƏN FARSLAR VƏ İran  fars  dövlətinin  KƏŞFİYYATÇILARI müxtəlif hiylələrlə türkləri  qətl edirlər Bunların görüntüləri internet aleminde yayılmışdır və hər kəsin xəbəri vardır. Bu zülmə örnək olaraq fars casusları , gecənin bir saatında qapını çalar  və "dövlət əlehinə fəaliyyətdə olmusan "deyərək Türk millətindən olan insanları sorğuya götürür və geri gətirməzlər.
Sonda ya asarlar ya da körpüdən aşağı itələyərək intahar etdiyini söyləyirlər.Bu hələ harasıdır,çox zaman savadlı Türk memarları,mühəndisləri  istifadə edərək  kimyəvi silahlar istehsal edirlər və iş bitincə qondarma bir maşın qəzası süsü verərək  öldürtürlər.Bütün bu gərçəkləri unutmamalı və oyanıq olmalıyıq!..

İstifadə edilən mənbələrə;
1.  Özdağ, Ü. (2009). Devlet Ve istihbarat. Beykent Üniversitesi Stratejik Araştırmalar Dergisi ,Cilt:1 Num:3 .
2."İstihbarat Teknikləri". BİRİNCİ BÖLÜM. " Kendine Özgü Bir  Dünya :İstihbarat  Dünyası  Terim-Konunun önəmi  və Tarihi Gelişimi.
3. Özdağ, Ü. (2011). İstihbarat Teorisi. Ankara: Kripto Kitaplar.
4.   "İstihbarat Teknikləri". BİRİNCİ BÖLÜM. " Kendine Özgü Bir  Dünya :İstihbarat  Dünyası  Terim-Konunun önəmi  və Tarihi Gelişimi.
5.   Hamit Pehlivanlı; “Eski Türkler ve Selçuklularda İstihbaratçılık”, Türkler, C.5, Ed. H.C. Güzel, Yeni Türkiye Yay., Ankara 2002, s.279.
6..
7.  SELÇUKLULARDA İÇ GÜVENLİK Salim KALYONCUOĞLU Yüksek Lisans Tezi Danışman: Yrd. Doç. Dr. İbrahim BALIK Mart,2010 Afyonkarahisar
SELÇUKLULARDA RESMİ HABER ALMA ve İSTİHBARAT TEŞKİLÂTI
8. Nurullah Aydın, İşte İstihbarat, İstanbul, Kum Saati Yayınları, 2008,s.91. Walter L. Pforzheimer, CIA’in Tarih Arşivlerinin kurucusu ve Yale Üniversitesi (A.B.D) eski öğretim üyesidir. Pforzheimer’ın anektodunu aktaran Nurullah Aydın bu anektod ile ilgili kaynak belirtmemiştir.
9.   Erdal Şimşek, Türkiye’de İstihbaratçılık ve MİT, İstanbul, Kum Saati Yayıncılık, 2004, s.12
10.  Sun Tzu, Savaş Sanatı, (Çeviren: Adil Demir), Kastaş Yayınevi,2008,s.85
11. 5 Sun Tzu, a.g.e
12. Ayrıntılı bilgi için bkz. Kuran-ı Kerim, Kehf Suresi, 19. Ayet
13.  Elmalılı Hamdi Yazır Meali, (Erişim Tarihi: 18.02.2013)
14.   Nurullah Aydın, a.g.e, s.97
15.  Philippe Henri de Grimoard, Ueber den Dienst des Generalstabs der Armee—Ein freier Augzug aus dem französischen Werke von General Grimoard über denselben Gegenstand, herausgegeben und mit eigen Zufägen begleitet von einem ehemaligen Offizier eines Deutschen Generalstabs, Weimar, im Verlag des H. G. pr. Landes-Industrie Comptoirs, 1810, ss.81–85. den Aktaran ve Çeviren: Rick Sanders, “The French Napoleonic Staff View of HUMINT”, Studies In Intelligence, Cilt 54, Sayı 2, Haziran 2010, s.60.
16.  Ümit Özdağ, İstihbarat Teorisi, Ankara, Kripto Yayınları, 2011, s.47.
17. 
18. Abdülkadir Özcan; “Türk Devletlerinde Casusluk”,İslam Ansiklopedisi, C.7., Türkiye Diyanet Vakfı İslam Araştırma Merkezi Yay., İstanbul 1993, s.166.
19. Erdal İlter, Milli İstihbarat Teşkilatı Tarihçesi-Milli Emniyet Hizmetleri Riyaseti(M.E.H/M.A.H)(1927- 1965), Ankara, MİT Basımevi, 2002. (Erişim Tarihi: 20.02.2013)
20. Pehlivanlı; a.g. m., s.280.
21.Haldun Eroğlu, “Klasik Dönemde Osmanlı Devleti’nin İstihbarat Stratejileri”, Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, Cilt 22, Sayı 34, 2003, s.14.
22. Muharrem Ergin, Dede Korkut Kitabı, HİSAR Kültür Gönüllüleri, 2003, s.45. (e-kitap) “
23.  Tuncay Özkan, MİT’in Gizli Tarihi, Alfa Yayınları, İstanbul, 2003, s.23. den Aktaran: Ümit Özdağ, a.g.e., s.44.
24. T.C. ADNAN MENDERES ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ ULUSLARARASI İLİŞKİLER ANABİLİM DALI ULY-YL-2013-0006   . STRATEJİK İSTİHBARAT VE TÜRK DIŞ POLİTİKASI’NA ETKİSİ HAZIRLAYAN Ahmet ATEŞ TEZ DANIŞMANI Yrd. Doç. Dr. Utku YAPICI AYDIN-2013
25.    24. DEKİ KAYNAKLA AYNIDIR
26.  Erdal Şimşek; Türkiye’de İstihbaratçılık ve Mit,Kum Saati Yay., İstanbul 2004, s.13–14
27.  Pehlivanlı; a.g. m., s.280.
28  . Şimşek; a.g. e., s.15
29.  Şimşek; a.g. e., s.16.
30. Ayrıntılı bilgi için bkz. Siyasetname, Antik Yayınları, 2011, s.80,81,89,94,100.
31. Haldun Eroğlu, a.g.m., s.15-16.
32.  Nizamü’l- Mülk; a.g. e., .(13. Fasıl), s.110
33. Çinar ,Bəkir , (1997),Devlet Güvenliği -İstihbarat və  Terör ,Sam Yay.,Ankara.
34.Nurullah Aydın, a.g.e.,s.106.
35. 1 David Kahn, “İstihbaratın Tarihsel Teorisi”, Avrasya Dosyası, İstihbarat Özel Sayısı, Cilt 8, Sayı 2, Yaz 2002, s.5. 

Xüsusi Təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik beye sayqılar.