20 Mart 2017 Pazartesi

                     TÜRKÜN BAHAR BAYRAMI VƏ YA NOVRUZ(YENİ GÜN),İLK YAZ!!!


YAZAR: AYNUR TALIBLI .İstanbul.Sabahattin Zaim Üniversitesi.Tarix və Mədəniyyət Araştırması Bölümü.Yüksək Lisans.
Türk yurduna,elimizə,obamıza,vətənimizə bahar gəldi.Baharın gəlişi həm təbiəti,həm də ruhumuzu canlandırır.Bütün həyat canlanır ,torpağ oyanır. Baharın gəlişi əksər toplumlarda insanlar tərəfindən bayram olaraq qeyd edilir.Türk millətidə baharın gəlişini xüsusi ilə qeyd edir  və təbiətin oyanışını bayram havasında yaşayır .Əksər Türklər də bu bayrama farsalar kimi Novruz deyir. Bu yazımda "Novruz nədir?", "digər millətlərdə və biz Türklərdə ilk yaz bayramının önəmini" , "Novruzun Türk tarixində Ergenekonla əlaqesi"ni qeyd edəcəyəm".
  Geceylə gündüzün beraberləşdiyi və qışın bitib ,baharın başladığı 21 mart gərək heyvandarlıqla gərəksə də əkinçiliklə məşqul olan topluluqlar üçün həyatın dönüm nöqtəsi olan önəmli bir gündür. İqlimdəki dəyişikliklər insanlarin həyat tərzi və məşğuliyyətlərindəki dəyişikliklərin başlanğıcı olan 21 Mart tarixi bir çox qövm və kültürdə yeni il olaraq qəbul edilib, bayram kimi qeyd ediləcək  qədər önəmlidir. (Çobanoğlu 2000: 33-34) (1).Qeyd etdiyimiz kimi gecə və gündüzün bərabərləşdiyi 21 mart günü, bütün mədəniyyətlərdə soyuq və məşəqqətli olaraq bilinən qışın bitməsi; isti, olumlu və şəvqətli olaraq qəbul edilən Yayın başlanmasıdır. Baharın gəlişi ,təbiətin oyandışı və dolayısıyla ürəmənin və ürətməyin başlanğıcıdır.(2)
Öncədəndə qeyd etdiyimiz kimi Baharın gəlişi əksər irqlərdə və toplumlarda bayram kimi  qeyd edilir. Bu bayramları  bəziləri dini içərik -motivlər qataraq yeniden güncəllənmişdir və yenidən isimləndirilmişdir.(Önal 2000: 184).(3)Bunlar yəhudi inancında ,Musa peyğəmbərin yəhudiləri Firavunun Zülümündən qurtararaq  Sina yarımadasına götürməsi gününün xatirəsinə "Pesah" bayramına,Xristianlıqda isə İsa peyğəmbərin yenidən doğuşunu təmsilən "Paskalya-Pasxa"  yortusuna-bayramına dönüşdürülmüşdür.(Güngör 1995: 33,Öztürk 1996: 71, İnan 1976: 176, Günay 2006: 245) (4).Ayrıca başda ruslar olmaq üzərə slav kökənli xalqlar tərəfindən hər il 3-9 mart günləri arasında qeyd edilen "Maslenitsa" həm qeyd edilmə səbəbi, həmdə qurluşu ilə Türk dünyasinda qeyd edilən Novruz -Ergenekon Bayramıyla bənzərlik təşkil edir.(Alyılmaz 2009: 29-54). (5)
  Novruz  sözü farsçadır, iki sözün., nev (yeni) və ruz (gün)  birləşməsindən əmələ gəlmişdir. Əski İran təqviminə görə "yeni ilin " ,baharın başlamasıdır. Bundan başqa Səlçuklu hökumdarı Cəlaləddin Məlikşahın tərtib etdirdiyi  təqvimdə də Novruz (Takvim-i Cəlali) qeyd edilməkdədir. Burda Novruz İran Novruzundan 6 gün sonra gəlir.21 22  martda günəş qoç bürcünə girər ,gecə ilə gündüz bərabərləşər. (6)

 Novruz gününün doğuşu ilə əlaqədar rəvayətlər çeşitlidir-müxtəlifdir.. Rəvayetlərin birində Zərdüşt dönəmindən İran höküdarı Cəmşidin Azerbaycana gəldiyi və buranı çox bəyənib  burda başına tac geydiyi gün olaraq qeyd edilir. (7)Bir digər rəvayət də görə atəşin Cəmşid tərəfindən kəşf edilməsinə aiddir.Buna rəvayətə görə atəşi ilk dəfə kəşf edən iranlılar qorxu ilə atəşə səcdə etmiş və müqəddəs hesab etmişlər.Beləliklə atəşin bulunduğu ilk günü İranlılar Novruz olaraq  qəbul etmişlərdir(8).İsalamdan sonra isə buna dini motivlər qatılmışdır.Buna görə Allah yer üzünü Novruz günü yaradmışdır.Hz Adəm torpağdan o gün yaradılmış,Hz Adəm ilə Hz Həvva  Ərəfatda o gün görüşmüşdür.Hz Nuh Tufandan sonra o gün yer üzündə torpağa ayaq basmışdır.Hz Yusuf o gün atıldığı  quyudan qurtulmuşdur.Hz Musa Qızıl dənizi o gün keçmişdir.Hz Yunus balığın qarnından o gün qurtarılmışdır.(9)Hz Alini doğum gününü ,Hz Əlinin xəlifə olmasını və  Hz Muhamməd  peyğəmbər olması kimi əlamətdar gün olaraq görmüşlərdir(10)
Novruz Türklərdə milatdan öncə III yüzildən bəri qeyd edilən bayramdır.Adlandırma ve qeyd etmək şəkilləri müxtəlif olsada Türk dünyasında Novruz eyni anlamda və bir-birinə uyğun adət ənənələrlə qeyd edilməkdədir.(Tutar 2002: 611).(11). Türk dünyasında Nevruz, Navruz, Novruz, Sultan-ı Nevruz, Sultan-ı Navrız, Navrez, Nevris, Naorus, Novros, Navrıs, Noruz gibi bəzı tələffüz fərqlilikləri ilə ifadə edilməkdədir (Türkdoğan 1996: 29).(12) Novruz, Türkiye’nin çeşitli bölgelerinde Yılsırtı, Mart Dokuzu, Mart Bozumu, Sultan Nevruz, Güz Dönümü, Yeni Gün gibi Türkçe isimlərlə bilinməkdə və qeyd edilməkdədir.. Həmən hər Türk coğrafyasında və Türk topluluklarında Novruz’un izləri görülməkdədir. Altay Türkləri;" Cılgayak Bayramı", Azərbaycan Türkləri;" Ergenekon", "Bozkurt Bayramı", Başkurt Türkleri;" Ekin Bayramı", Doğu Türkistan; "Yeni Gün", "Baş Bahar", Gagavuzlar; "İlkyaz", Hakas Türkleri; "Cılsırtı", "Ulu Kün ", Karaçay-Malkar Türkleri; "Gollu", "Gutan", "Saban Toy", "Tegri, Toy", Qazax Türkleri;" Ulus Günü", Kazan Türkleri ve Karakalpaklar; "Ergenekon Bayramı", Türkmənlər;"Teze Yıl", Uygur Türkleri; "Yeni Gün" kimi fərqlı isimlərlə Novruz’u qeyd etməkdədirlər. (http://www.necatidemir.net/images/demir/bkosem/nevruz.pdf)
 Çinli Prof .Dr . Ch in-chug-main in əski Çin Təqvimləri mövzusunda apardığı araşdırmalara görə Milatdan öncə VIII. yüzillərdə yaşayan qədim Türk qövmü"Ti"lər,  "Nug-li"  adlı həm ay həm də günəşə görə düzənlənən və mart ayını yeni il hesab edən bir təqvim istifadə edirdilər.(13). Chou Sülaləsinin tarixinin "GöyTürk  təzkərəsi"bölümündə isə" Göktürklər bitkilərin yaşardığı zamanı yeni il olaraq qeyd edirler"deyilir(14).
Türklərdə Novruzla əlaqədar inanışlar və qaydalar milatdan öncə III yüzildən başladığını qeyd etmişdik.Yəni Mete Xan zamanında da davam etdiyi bilinir.Minlərcə ildir Müsəlman Türk dünyası ,Xristiyan Qaqauz və Çuvaşlar ,Şamanist Yakut Türləri daxil olmaqla bütün Türk milləti Novruzu  qeyd etmişdir.(15)
Türklərin Novruz -Ergenekon Bayramı  ənənələri ilə əlaqədar tarixi qaynaqlarda geniş bilgi almaq mümkündür.Bu qaynaqlarin bəziləri;Firdovsinin "Şahnamə", Kaşkarlı Mahmud’un" Divân-ı Lügat’it Türk",Yusuf Has Hacib’in" Kutadgu Bilik", Ömər Xəyyamın "Nevruzname",
, Hüca Ali Termizi’nin" Novruzname", Mevlana Lütfi’nin "Gül ve Novruz "(Racabov 2000: 146). ,  Ebulgazi Bahadır Han’ın "Şecere-i Türk "(Ebulgazi Bahadır 1925: 35-38) adlı eserleridir. XI. yüzildə yaşayan məşhur alim Əl-Buruni Novruzun yeni il olduğunu və Türklər daxil bütün asya xalqları aarasinda  kutlandığını qeyd edir. Mahmud Kaşgarlida öz əsərində belə qeyd etmişdir.(Kafalı 1995: 25). (16) Dahi ədibimiz Nizami Gəncəvi də "İSGƏNDƏRNAMƏ" adlı əsərində milatdan öncə 350 ci illərdə Novruzun Türklər Tərəfindən təntənəli xalq bayramı olaraq qeyd edildiyini yazmışdır.(Gencevi vd.1982).
Türklərdə Novruzla əlaqədar görünən ən önəmli rəvayət bu günün Ergenekon günü oluşudur.Bununla əlaqədar olaraq Çay"ın  Ebulgazi Bahadır Han’ın Secere-i Türk adlı əsərinden aldığı Ergenekon Destanı beledir(Çay 1999: 35-38) (17); "Bir gün bütün qövmlər GöY-Türklər’ə qarşı birləşərək onları hiylə ilə yendiler. Göy-Türklər’in çadırlarını, mallarını, yurdlarını yağmaladılar. Böyüklərin hamısını qılıncdan keçirdilər. Kiçikləri özlərinə kölə etdilər. Bu yağmadan qurtulan Kıyan/Kayan və Negüş/Tukuz bir gecə qadınlarıyla birlikdə düşməndən qaçdılar. Yurda gəldilər. Düşmandan qaçıb gələn dört maldan (dəvə, at, öküz, qoyun) çox buldular. Dağların içində insan yolu düşməz bir yer izləyib oturalım deyib dağa doğru sürülerini sürüb getdiler. Vardıqları yerdə axarsular, çeşmələr, türlü otlar, meyvəli ağaçlar, türlü türlü avlar var idi. O yeri görüncə Tanrı’ya şükürlər qıldılar ve buraya Ergenekon adını qoydular. Dört yüz il sonra Ergenekon’da özləri ve sürüləri o qədər çoxaldılar ki sığmadılar. Bu sebebden buradan çıkış yolları axtarnağa başladılar. O zaman bir dəmirçinin önərisiyle-tövsiyyəsiylə dağın geniş yerinə bir qat odun, bir qat kömür düzdülər və atəş yandırdılar. Tanrı’nın gücüylə atəş qızdıqdan sonra dəmir dağ əriyib axdı. Yüklü dəvə çıxa biləcək qədər yol oldu. O günü, o ayı, o saati bəlirləyib dağdan çıxdılar. O günden bəri yeni ilin başladığı gecə Gök-Türkler’de adət oldu. O günü bayram saydılar.  Bir parça demiri ateşe salıp qızdırırlar. Önce Kağan-Xaqan bunu maşayla tutup örsə qoyar, çekiçlə dövər. Ondan sonra bəylər də eynən təkrarını edər. Bu günü müqəddəs bilərlər, beləcə Tanrı’ya şükr etmiş olardılar..
Farslar isə Novruzu XI. yüzildən etibarən qeyd etmişler.Bu da fars milliytçisi Firdovsinin teşviki ilə olmuşdur. Firdovsi bu bayrami fars bayrami olaraq görmüşdür. halbuki Novruzu-Ergenekon bayramını farslar Türklərdən  öyrənmişlərdir.İranda bu gündə Güney Azərbaycanda 4o milyon Türk yaşayır.Qəznəlilər,Səlçuklu,Timurilər,Qaraqoyunlular,Ağqoyunlular,Səfəvilər,Qacarlar,Avşarlar kimi bir çox Türk dövləti yüzillərcə İL bu bölgəyə hakim olmuşlardır.
Türklərdə bilinən ən qədi Təqvim 12 heyvanlı Türk təqvimidir.Təqvimi’dir (Turan 1998: 92-93) Bu təqvimdə  yeni il 21 Mart, yəni Novruz’dur (Genç 1997: 1-2). Türklərin kullandığı- istifadə etdiyi təqvimlərdən biri de Celali Takvim’dir. Takvim-i Celalî’de yeni il ve ilkbahar başlanğıcı olan bu gün, Rum’î Təqvimə görə 9 Mart’a təsadüf etməkdə ve Novruz olarak qəbul edilmekdədir (Tepekaya 2002: 600). Səlçuklularda bugün əyləncələr düzənləyib, şənliklər edib, özel yemekler pişirildiyi ve özəl hədiyyələr alınıb verildiyi bilinməkdədir (Turan 1998: 92-93). (18)
Bütün bu Tarixi faktlar Novruzun gələnəkdən gələn milli Türk bayramı olduğuna işarə edir. Biz türklər İslam dinini qəbul etmədən öncədə və etdikdən sonrada tarix boyu Novruz -Ergenekon bayramını dinimizə örfümüzə uyğun şəkildə qeyd etmişik.Ama bəzi azınlıqlar (kürdlər)  dünyaya hökm edən Türk millətindən təsirlənərək bu bayramı sonradan qeyd etmələrinə baxmayaraq siyasətlərinə uygun olaraq başqa yönlərə çevirməyə ,öz marağlarına uyğun hala gətirməyə çalışırlar.Bəziləri  sual edirlər ki,nədən  bu bayramı Türk dövlətləri farsca "Novruz" olaraq adlandırır.Ama bunun səbəbi bəllidir.Bu gün  ingilis dilli beynəlxalq dil hesab edildiyi kimi o dönəmlərdə fars və ərəb dilləri siyasət elm dili hesab edilirdi.İlk çağlarda ,orta çağlarda farsca Tarix ,ədəbiyyat və siyasət sahəsində  önəmli dil olduğundan, Güneydəki Türk dövlətlərində , Türk hakimiyyəti olan bölgələrdə bu farsca söz - Novruz yaygın halda istifadə edilmişdir.Ama bu vəziyyət Qaqauz Turklərində və Yakut Türklərində belə deyil .Bunu öncədən qeyd etdik.
 Sizin diqqətinizi bölücülərin Novruzu Zərdüşə qədər enən bir tarixdən gəldiyi iddasina yönəltmək istərdim. Onlar  Zərdüştü Kürd peyğəmbər olaraq tanimlayirla və bu tamamən yanlışdır.Burdanda onlar bu bayramı Novruzu" Dəmirci Kava"dastanında qaynaqlanan bir başqaldırış-üsyan  günü olaraq qeyd etmək istəyirlər .Ancaq Kava olayının anladıldığı Firdovsinin " Şahnamə "sinə baxdığımızda bu hadısenin 31 avqusta təsadüf etdiyini görərik.Bunun 21 mart Novruz-Ergenekon günüyle heç bir elaqesi yoxdur.Novruzu "Dəmirçi Kava" ilə bağlaşdırmaq həm bilimsəl həm də məntiqi baximdan doğru deyildir.(19)
Türk Yurdu Aərbaycanda Novruz -Ergenekon xüsusi  ilə qeyd edilir.Milli bayramımız olan Novruza aid ənənələr illər ,yüz illər keçsə də  qorunub saxlanır.Çərşənbələr önəmlə qeyd edilir və bayram gününə hazırlıqlar başlayır.Bir-birindən ləziz yeməklər,şirniyyatlat-tatlılar bişirilir.Uşaqların yaddaşında Novruz "şekerbur,paxlava və rəngli boyalarla boyanmış yumurtaların olduğu bayram" kimi qalır.Türk Şairi M.Hüseyn Şəhriyar "Heyder Babaya Salam" şeirində Novruz bayramının adət ənənələrində xüsusi ilə bəhs edirdi.:
          Bayram olub,qızıl palçıq əzəllər,
         Naxış vurub otaqları bəzəllər,
        Taxçalara düzmələri düzəllər,
        Qız gəlinin fındıqçası,hənası
        Həvəslənər anası, qaynanası           Və Ya

   Yumurtanı göyçək,güllü boyardıq
 Çaqqışdırıb sınanları soyardıq
 Oynamaqdan bircə məgər doyardıq?
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə NOVRUZGÜLÜ dərərdi.
 Sonda sizə Azərbaycanin qurucusu və Türk millətinin tanınmış milli düşünürü M.Əmin Rəsulzadənin fikirlərini xatırlatmaq istəyirəm:
"...Milli Hökümətin qurulmasında təqəddüm edən illərdə şəkilləşən milli hərəkat və ümumi Türkçülük davasında Novruz və ya Yenigünün özəl bir yeri olmuşdur. Türkçülük və millətçilik yoluna girən Azərbaycanda Novruz bayramı Cəmşid və ya Şiə  Səfəvi ənənələrinə deyil,Ərgənəkon əfsanəsinə bağlanır və adına da Qurtuluş Bayramı deyilir.Əsrləercə özlərinini çevirən dağlar arasında mahsur qalan (mühasirədə qalan) Türklər,bir dəmirçinin mərifəti və Bozqurdun  dəlalaətiylə əsarətdən qurtularaq geniş dünyaya qovuşmuş və azad olmuşlar.9 martda baş verən bu uğurlu hadisə, yeni təqvimlə 21 marta təsadüf edən bir yeni gündə,bir Novruzda olmuşdur.... İran -Turan ənənələrini özündə birləşdirən Novruz Bayramı Azərbaycandakı özəlliyi ilə həddən ziyadə gərçək bir təbiət,həyat və hüriyyət bayramı olaraq,xalq kütlələrinin adət və ənənələrində yer almaqda və əsil dəyəridə bu nöqtədədir." M.Ə.Rəsulzadə."Novruz Bayramı" məqaləsi ."Azərbaycan " jurnalı . Ankara .yıl:3 Sayiı12(24),mart 1954-cü il    
 İstifadə edilən mənbələr:
1.ÇOBANOĞLU, Özkul (2000), “Türk Dünyası Sosyo-Kültürel Bağlamında Nevruz Bayramının Yapısal ve ĠĢlevsel Bakımlardan Halkbilimsel Çözümlemesi”, Uluslar arası Nevruz Sempozyumu Bildirileri, 33-38.
2.Türklerden başka diğer halklarda bahar gelenekleri ve Nevruzla iliĢkileri hakkında bakınız: Kemalettin Köroğlu; “Mezopotamya’da Yeni Yıl Törenleri Nevruz’un Kökeni” Türk Dünyasında Nevruz, Yay. Haz. Nadir Devlet, Ġstanbul 1999, s. 35-39; NeĢet Çağatay; “Kuzey Yarımküre Halklarının YılbaĢı Günü Nevruz”, Uluslar arası Nevruz Semineri Bildirileri, 21-23 Mart 200 Ankara, s. 19-23
3.ÖNAL, Mehmet Naci (2000), “Muğla’da Nevruz”, Muğla Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi I (3): 183-197.
4.GÜNGÖR, Harun (1995), “Önasya Kültürlerinde Yeniden DoğuĢ ve Türklerde Nevruz”, Türk Kültüründe Nevruz Uluslar arası Bilgi Şöleni Bildirileri, Ankara.
5.ALYILMAZ, Semra (2009), Maslenitsa ve Nevruz Bayramları Arasındaki ĠliĢki”, Uluslararası Sosyal Araştırmalar Dergisi (Karadeniz Sosyal Araştırmaları Özel Sayısı) II (7): 29-54.
6.Marmara Üniversitesi yayin no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan:  Prof.Dr.Nadir Devlet
7.Marmara Üniversitesi yayın no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan:  Prof.Dr.Nadir Devlet İstanbul 1999.NEVRUZ \I
8.  ÇAY, Abdulhalûk M. (1999), Nevrûz Türk Ergenekon Bayramı, Ankara.
9..Marmara Üniversitesi yayın no:655,Türkiyat Ensitüsü no:3 Türk dünyasında Nevruz. Hazirlayan:  Prof.Dr.Nadir Devlet İstanbul 1999.NEVRUZ \I
10.MAKAS, Zeynelâbidin (1987), Türk Milli Kültüründe Nevruz, Ġstanbul: Türk Dünyası AraĢtırmaları Vakfı Yayını
11.TUTAR, Hasan (2002), “Tarihte ve Mitolojide Nevruz”, Türkler, C. 3: 611-621
12. TÜRKDOĞAN, Orhan (1996), “Eski Bir Kültür Kodu Olarak Nevruz”, Türk Dünyası Araştırmaları Dergisi, Sayı 100: 23-38.
13.Nevruz’u kutlamaktadırlar (http://www.necatidemir.net/images/demir/bkosem/nevruz.pdf) 1 Nuraniye-Erkin H. Ekrem, “Uygurlarda Nevruz Kutlamaları”, Nevruz, s. 157.
   14.Ekrem, agm, s. 157’den naklen.
15.Reşat Genç, “Türk Tarihinde ve Kültüründe Nevruz”, Nevruz, (Yayına hazırlayan: Sadık Tural), Atatürk Kültür Merkezi yay., Ankara 1995, s. 22-23.
16.RACABOV, Nazar (2000), “Nevruz Asya Halklarının Ezeli Bayramı (Özbekistan Örneğinde Nevruz)”, Uluslar arası Nevruz Sempozyumu Bildirileri, 145-157.
 EBULGAZİ Bahadır Han (1925), Şecere-i Türk, Yayına Haz. Rıza Nur, Ġstanbul. FEDAİ
KAFALI, Mustafa (1995), “Türk Kültüründe Nevruz ve Takvim”, Türk Kültüründe Nevruz Uluslar arası Bilgi Şöleni Bildirileri, 20-22 Mart 1995, Ankara
17.ÇAY, Abdulhalûk M. (1999), Nevrûz Türk Ergenekon Bayramı, Ankara
18.TURAN, Mustafa (1998), “Tarihi Kaynaklar IĢığından Nevruz’un MenĢei Meselesi”, Milli Folklor V (37): 90-104.
GENÇ, ReĢat (1997), “Türk Tarihinde ve Kültüründe Nevruz”, Anayurttan Atayurda Türk Dünyası, Sayı  12: 1-9
TEPEKAYA, Muzaffer (2002), “Türk Kültüründe ve Tarihinde Nevruz”, Türkler, C. 3: 600- 610.12: 1-9.
19.Prof.Dr. Abdülhaluk Çay  .Nevruz :Türkün Ergenekon bayramı. turlsolu.com.tr.

Xüsusi Təşəkkür verdiyi dəyərli bilgilər üçün  Türk komutan İshak Çelik bəyə Sayqılarımla.

Hiç yorum yok:

Yorum Gönder