28 Nisan 2017 Cuma

          HOLLANDİYANIN TİMSALINDA AVROPANIN TÜRK DÜŞMANLIĞI!.....
YAZAR:AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans. İstanbul 2017.
Türk milləti  olaraq hər zaman tarixə nam salmış və bütün dünyaya hökm etmişik.Tarixə nəzər salsaq illərlə Avropaya da hökm etmişik.Ama soylu və şanlı atalarımız günümüzün Avropalıları kimi onları idarə edərkən sömürgəçi siyasət yeridmədən hökm etmişdir.Türkün asalətindən,ədalətindən və mərhəmətindən xəbərdar olsalar da, zaman zaman heç də həqiqətə uymayan ,tarixi bir gərçəkliyi olmayan safsatalarla türk millətinə qarşı məkirli siyasət yeridən ermənilərə xristian qardaşlarına dəstək vermişlərdir.
 Hər birinizə məlumdur ki,məkirli ,işğalçı ,üzdəniraq qonşularımız olan ermənilər hər il 24 aprel(nisan) gününü qondarma"erməni soyqırımı"nın il dönümünü kimi qeyd edir vəTürklərin onlara qarşı soyqırımı törətdiyini idda edirlər.Onların  bu yalanı heç bir fakta -dəlilə əsaslanmır. Təxminən yüz il bundan əvvəl Türklərin onlara qarşı soyqırımı törətdiyini idda edən ermənilər və onların xristian qardaşları çox deyil,tam 25 il bundan əvvəl  Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı açıq- aydın vəhşicəsinə törətdiyi soyqırımını gözardı edirlər. Üstəlik Xocalıdan öncə dəfələrlə bizlərə etnik təmizləmə - soyqırımı etmişdilər və bunu yalnız deyil ,xristian qardaşlarının dəstəyi ilə həyata keçirmişlər.
 Xocalıda törədilən soyqırımından dünya medyasıda xəbardardır və o dönəmdə öz gündəmlərində bu mövzuya geniş yer vermişlərdir. (1)Digər tərəfdən utanmadan erməni quldurları və sözdə" aydınları" etikləri insanlığa sığmayan işgəncələri kitablarına belə mövzu edir və bunu kitab halında nəşr etdirirlər. Balayanın bu mövzuda yazdığı kitabının adı"Ruhumuzun canlanması"dır ,kitabın adi belə ermənilərin Türklərə qarşı soyqırımı törətməkdən zövq alan bir faşist pisixologiyaya malik olduğuna işarə edir. Balayan etdikləri vəhşiliyi  kitabında  belə əks etdirir:"Biz dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşında bir Türk uşağını pəncərəyə mismarlamışdı.Türk uşağının bağırışları çağırışıları çox eşidilməsin deyə ,Xaçatur uşağın anasının kəsilmiş döşünü uşağın ağzına soxdu. Daha sonra bu 13 yaşındakı Türkə onların atalarının bizim uşağlara etdiyini etdim.Başından sinəsindən və qarnından dərisini soydum.Saata baxdım Türk uşağı  7 dəqiqə sonra qan itkisindən öldü. İlk işim həkimlik olduğu üçün humanist idim,bunun üçün də Türk uşağına etdiyim bu işgəncələr üçün  özümdə narahatlıq hiss etmədim.Ama ruhum xalqımın intiqamını aldığı üçün sevincli və qururlu idi.
Xaçatur daha sonra ölmüş Türk uşağının cəsədini parça-parça doğradı və bu Türklə eyni kökəndən olan ittlərə atdı.Axşam eyni işgəncəni üç Türk uşağına daha etdik. Bir erməni vətən sevəri olaraq görəvimi yerinə yetirdim. Xaçatur da çox tərləmişdi,ama  mən onun gözlərində və digər əsgərlərimizin gözlərində intiqam və güçlü hümanizim mücadələsi gördüm.Ertəsi gün biz kilsəyə gedərək 1915 ci ildə ölənlərimiz və ruhlarımızın dünən gördüyümüz kirdən təmizlənməsi üçün dua etdik".(2).  Türk tarixində heç bir zaman bizlərin şanlı,şərəfli atalarımız belə bir vəhşilik etməmişdir.Silahsız heç bir canlıya hücum etməmişdir.Yeqin ki  bir necə dilə tərcümə olunmuş bu kitabdan Avropa ölkələri və bura daxil olan Fransa ,Almanya ,Hollandiya kimi ölkələrin də xəbəri vardır. Xüsusi ilə bu üç ölkənin adını qeyd etdim . Çünki, hər kəsin həmin ölkələrin yerə -göyə sığmayan erməni sevgisindən xəbəri var. Yaxın zamanda Hollandiya açıq aydın TÜRK millətinə qarşı qərəzli siyasət yeridmişdir və yeridir.Buna Türkiyəli diplomatlara qarşı və Türk əsilli vətəndaşlarına qarşı rəfdarlarıda açıq aydın göstərir. Bu tərəfli  və faşist siyasətlərinə bu yaxınlarda 24 nisan(aprel) qondarma " erməni soyqırımı"nın sözdə il dönümü qeyd etmək üçün məktəbliləri küçələrə tökmələri, əllərinə Türkiyə əleyhina yazılar yazılmış lövhələr verərək uşaqları çirkli siyasətlərinə  bulaşdırmaları da əlavə olundu. Hər nə qədər bu uşaqların erməni olduğu iddi edilsə də , " Avropa Birliyinin Təməl  Haqları Bildirgəsi"nin III Bölümünün Eşitlik -Bərabərliklə əlaqədar 24-cü maddəsinə  qeyd edilmiş qanuna zidd davranışdır .Qanunda belə qeyd edilir:1. "Uşaqlar, öz rəfahları üçün gərəkli qoruma ve özəndən-qayğıdan yararlanma haqqına sahibdir. Görüşlerini sərbəstçə ifadə edəbilərlər. Bu görüşlerdə, öz yaşları ve olqunluq səviyyələrinə uyğun olaraq özlərini maraqlandıran mövzuların olması diqqətə alınmalıdır."(3) qeyd etdiyimiz qanunu əsas götürsək ,deməyə haqqımız var ki,100 il bundan qabaq baş verdiyi yalandan iddia edilən,heç bir dəqiq bəlgəyə əsaslanmayan "soyqırımı " o uşaqların heç maraq dairəsində belə ola bilməz və bu mövzu onların yaşına belə uyğun deyildir ki, bu haqda görüşləri-fikirləri olsun.
 Bu hadisə haqqında məlumatı və fotoları  mən sosial medyada bir səhifədən,özüdə əslən Azərbaycanlı olub Avropada yaşayan bir soydaşımızın vasitəsi ilə  əldə etdim.Bunu üçün ona təşəkkür edirəm ama onun bu hadisəyə yanaşması fərqli və bir o qədərdə sadəliklə  yəni Avropanın saxta xoşgörüsünə-  humanizminə inanmış tərzdə oldu.Belə ki,paylaşdığı fotolara bu fikirləri yazmışdı "Düşmənimizin Hollandiyada qazandığı uğurlardan danışmaq istəyirəm.Hal,hazirda ermənilərin burda  bir neçə hərbiləşdirilmiş skaut tipli düşərgə və təşkilatları var.Yəni birdən Ermənistan və Azərbaycan arasında müharibə elan olunsa,onlar artıq yaşları çatarsa ,bir neçə aylıq kurs keçərək hazır əsgər  kimi cəbhədə vuruşa bilərlər.Onlar üçün orda elə gözəl şərait yaradılıb ki, hər il hər bir erməni ailəsi bir neçə həftəlik öz uşaqlarını o düşərgələrə göndərirlər,orda onlar erməni dili və tarixindən əlavə,nizam intizam dərsləri verilir,xüsusi hərbi tipli forma geyməklə və əsgərlik şəraitinə yaxın  qayda qanunla yaşayırlar.Bəs biz,Hollandiyada yaşayan AZƏRBAYCANLILAR NƏ ƏLDƏ ETMİŞİK?,kimə deyirsən gəlin bir olaq,şad və şən günlərimizi bir yerdə qeyd edək, o saat min" əmma" tapırlarlar ki,gah işdəyəm,uşaqlarım balacadır,gah tələbəyəm vaxtım yoxdur(amma dövlət hesabına oxuyur və Azərbaycanla bağlı  tədbirlərdə iştirak etmək onun müqaviləsində qeyd olunub),gah uzaqdır,gah mənim  erməni dostlarımdan əyibdir və.s.Baxın dostlar və diaspora sahəsində kiməsə dəstək verən təşkilatlar,baxın düşmən hansı səviyyədə və biz hansı səviyyədəyik" .
Bu  soydaşımızın paylaşdığı yazılanları və fotoları görüncə düşündüm ki, "düşmanın Hollandiyada qazandığı uğurlar" deyərkən bu ifadə nə qədər doğrudur?Əgər xatırlasaq ki ,Hollandiya zatən QONDARMA" ERMƏNİ SOYQIRIMINI" tanımış və hər zaman ermənilərə dəstək olmuşdur, o zaman bu mövzunu "ermənilərin Hollandiyadakı uğuru" kimi dəyərləndirmək məncə heç də uyğun olmaz.Hər kəsə məlumdur ki, Avropa ölkələri Almanya,Fransa ,Hollandiya həz zaman ermənilərə dəstək  vermiş və onlara məkirli siyasətlərini həyata keçirmələrində də dəstək olmuşlardır.Onlar hər zaman irqçi ,ayrımcı,faşist olmuşlardır. Düşündüklərimi "Guya Hollandiya bizm dostumuzdur?Sizin deyəsən xristian ,xaçlı birliyindən xəbəriniz yoxdur?Bu onlar üçün normal haldır, qardaşlarına dəstək verirlər,hələ bir azdan Ermənistanı "Avropa Birliyi" deyilən o xaçlı qardaşlar təşkilatına da qəbul edəcəklər.!" deyə şərh yazaraq bildirdim .Buna qarşılıq olaraq soyadşımızın sözü"Avropa ölkələri dialoqa hazırdır,biz isə yox" oldu. Mənsə " Hansı dialoq?! siz o qədər yaxşı niyyətlə düşünürsünsüz ki,mən onların dırnaq arası" dialoqlar"ını Afrikada, Hindistanda, Misirdə və Ərəb ölkələrinə gətirdikləri "bahar" da gördüm,inanın o dialoq yarımçıq yolda qalsa yaxşıdır."deyə yazdım , bunun qarşılığı olaraq  soydaşımız" Məsələn siz hansı təklifi irəli sürmüsünüz ki, avropa qəbul etməyib" yazıdı.Cavab olaraq "Məsələn ermənilər hansı təklifi irəli sürüb ki, Hollandiya qəbul edib?!. və bu məktəb şagirdlərinin körpə saf beyninə bu zəhərli toxumu əkiblər? Məgər ermənilər bu qədər mi Beynəlxalq arenada söz sahibidir?!Bu qədər mi güclüdür?Bəli adicə  bir Azərbaycan Türk  bayrağını əlimdə daşıdığım üçün üzərimə gəlib "  olmaz" deyən ingilisə qarşı mən hansi siyasi təklif irəli sürmüşdüm ki, "olmaz" deyərək etirza etdi." yazdım.Soydaşımız mənə cavab olaraq "Məsələn ,ermənilər öz mitinqinə 3 deputat və bir şəhər merini qatiblar ."deyə  yazdı. "Erməni deputatlar ora hansı güclə gediblər?,necə?,Kürdlər ora hansı güclə gedir?Bu hansı  hüquqda var ki ,vizasız Avropa  ölkəsinə gedirlər?,Deyəcəksizin ki, Diplomatik pasaportla .Ama necə olur ,digər tərəfdə qarşı düşüncəyə sahib olan diplomatik pasaport sahiblərinə məhdudiyyət qoyulur ama ermənilərə,kürdlərə qapı hər zaman açıq olur?!" deyə sual verdim ama cavab olaraq heç bir şərh yazılmadı.Yazıla da bilməzdi çünki, bu Avropanın gərçək üzüdür. Sizə ondan da bəhs edim ki yenə "AvropaBirliyinin Təməl Haqqları Bildirgəsi"nin III Eşidlik-Bərabərlik bölümünün 20-ci maddəsində qeyd edilən" Hər kəs qanun qarşısında bərabərdir" və 21-ci maddəsində qeyd edilən "1. Cinsiyyət, irq, rəng, etnik ve ya sosial kökən, irsi özəlliklər, dil, din ve ya inanc, siyasi ve ya başqa herhansı bir görüş, bir ulusal azınlığın üyəsi olmaq, xüsusiyyət, doğum, yaş ve ya cinsel eğilim-qavram kimi herhansı bir səbəblə ayrımcılıq edilməsi yasaqdır.
2. Avropa Topluluğunu quran Antlaşma ve Avrupa Birliği Antlaşmasının həyata keçirilməsi kapsamıda çərçivəsinde ve bu Antlaşmaların özəl hökümləri saklı - gizli qalmaq üzərə milliyət səbəbi ilə hər türlü-cür ayrımcılıq yasaq-qadağandır."(4) qanunları Hollandiya,Fransa,Almaniya kimi Avropa ölkələri tərəfindən hər zaman gözardı edilmişdir. Bunu ASALA kimi Pkkya və onun uzantısı olan YPG nin teroristlərinə və onlarla eyni soydan gələn ermənilərə gizli və ya açıq şəkildə hər zaman dəstək olmaları sübut edir.Bunu doğrulayan onlarca  fakt-dəlil vardır.
Yenə çox deyil bir gün öncə 28.04.2017. tarixində Viyana havalimanında Franco.A isimli alman hərbici silah əldə edərkən tutulur.Səbəbini sizə bəhs edəcəyəm.Demək bu alman hərbiçi ,özünü mürtəci-köçmən- göstərmək üçün Almanyadakı mürtəci kampına yazılır.Bundan sonra özünü mürtəci olaraq ətrafına tanıdır və qaçqınları suçlu,cinayətkar,terorist göstərmək məqsədi ilə Fransada ,Avistryada silahlı saldırılar həyata keçirməyi planlaşdırırmışdır.Bu səbəblə havalimanında tutulmuşdur.Deyilənə görə Almanya istihbaratının bu plandan xəbəri olmuşdur.(5)Burdan da göründüyü kimi Avropa ölkələri hər zaman faşist və irqçi siyasətlərinə davam etmişlərdir.
Dəyərli həmvətənlərim ,sizlərə təkrar bildirmək istəyirəm ki ,Ermənistanla,Almaniya,Fransa,Hollandiya qardaşlıq siyasəti həyata keçirirlər.Dünyanın dörd-bir yaninda ermənilərə dəstək verirlər.  Vətənin ,millətini sevən,  ,Almanyada ,Amerikada ,Fransada,Hollandiyada və.s digər Avropa ölkələrində yaşayan saf qan Azərbaycan Türkü ,Türkiyə Türkü,Güney Azərbaycan Türkü və digər Türk dövlətlərindən olan ərlərin,igidləri,xanimlarin,xatunlarin olduğunu bilirəm və ermənilərin Xocalı soyqırımında etdiyi vəhşilikləri dünyada necə tanıtdırdıqlarından   xəbərdaram və onlara təşəkkür edirəm.Belə soydaşlarımla,qandaşlarımla qürur duyuram.Onların hər zaman oyanıq ,güclü və ağıllı siyasətlə Türk birliyini qorumağa ,dəstəkləməyə çağırıram.Nə mutlu Türküm deyənə!
İstifadə edilən mənbələr.
1. 3nesil1soyqırımı.org " Karabağda 3 nesil 1 soykirimi" sayfa 28-29 " Uluslararasi Basında Hocalı"
2..islahhaber.net."Hocalı Soykırımı 23 yaşında.! 13 yaşındakı çocuğun derisini soydum!"
Doktor Ünvanlı Taşnak artığı Balayan’ın  Ruhumuzun Canlanması adlı kitabında, gururla itiraf ettiği kitapta şu ifadeler yer alıyor :
3. avrupa.info.tr. "Avrupa Birliğinin Temel Haklar Bildirgesi"
4.. avrupa.info.tr. "Avrupa Birliğinin Temel Haklar Bildirgesi"
5.Trthaber.Zafer Kiraz
 Xüsusi təşəkkür verdiyi dəyərli bilgilər üçün Türk komutan İshak Çelik bəyə sayqılarımla.


Yazımız sonunda məqaləmin əvvəlində qeyd etdiyim fotolari sizlərlə paylaşıram.







27 Nisan 2017 Perşembe

                            MƏN NİYƏ VƏ NƏ ÜÇÜN YAZIRAM?!...
Mən niyə və nə üçün yazıram?
Azərbaycanlı Oğuz Türk qızı olaraq bu vətənə və Türk millətimə xidmət etməyi boynumun borcu bilirəm.Yazdığım məqalələrlə Türk milətinin Tarixinin gərcəklərini və mədəniyyətinin incəliklərini öz tərzimdə şərh etməyə-yorumlamağa çalışıram. Məqsədim millətimin ,yəni şanlı Türk millətinin gənclərinə soylarının adət ənənələrini yenidən xatırlatmaqdır. Bir Türk qızı olaraq yeni çağda soydaşlarımı ,qandaşlarımı ozləşməyə ,türkləşməyə cağırıram. Yazarkən Türk vicdanın ,Türk örfünə yaraşan tərzdə yazıram. “Bu necə olur? “deyə sual edə bilərsiniz.Sizə cavabını verəcəyəm,Mən yazılarımda hər zaman istifadə etdiyim qaynaqları dürüst şəkildə yazıram.İstanbulda Təhsil alıram və burda Türkiyəli alimlərin,Türkoloqların yazılarına müraciət edirəm. Hər zaman istifadə etdiyim qaynaqları yazımın sonunda qeyd edirəm və dəstək olan insanların adını da yazıram.Bu belə de olmalıdır.Təhsil aldığım Üniversitetdə müəllimlərim hər zaman akademik və ya ədəbi məqalə yazarkən istifadə etdiyimiz qaynaqları qeyd etməyin mühüm olduğunu xüsusi ilə söyləyirlər.Əks halda elmi oğruluq-hırsızlıq etmiş olacağımızı və bunun da akademik və ədəbi həyatımızda ən çirkin və ən alçaldıcı hal olacağını qeyd etmişlər.Bizdə böyüklərimizin söylədiyi bu yolda irəliləyir və doğru ,dürüst şəkildə məsləyimizi icra edirik.
Sizə bu açıqlamanı ” niyə? ” və nə üçün?” etdiyimi qeyd edəcəyəm.Bu yaxınlarda tam olaraq 6.04.2017 il tarixində Azərbaycanda bir internet sehifesi mənim yazmış olduğun” TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏR” isimli məqaləmin adını dəyişdirərək “TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ ROLU” ismi ilə paylaşmış və nə mənim ismimi ,nə də istifadə etdiyim qaynaqları yazmadan öz səhifələrində yayınlamışlar.Bu açıq aydın oğruluqdur .Məsələni bildirdiyim zamanda “sizin adınızı yazıda düzənləyib qeyd edəcəyik” dedilər.Mən razılaşmadım.Çünki məqalədə tək mənim adımın olması yetərli deyil, istifadə etdiyim qaynaqlarda qeyd edilməlidir. Bunu qəbul etməyincə yazımı silmələrini istədim.Bilirsiz bu açıq- aydın mədəniyyətsizlikdir.İlk öncə məqaləni müəllifin adı və istifadə edilən mənbələr olmadan paylaşırlar və sonar xəbərdarlıq belə etmirlər,özlərini haqlı çıxarmağa çalışırlar. Bunu hələ birdə ismi Türklüklə əlaqəli olan bir səhifə edirsə ,bu həqiqətən utanmazlıqdır.Türklüyün örfündə və törəsində dürüstlük ilk amildir.Bunu edən səhifəni kəskin şəkildə qınayıram.Bundan belə məqalələrimi adım və istifadə etdiyim mənbələr qeyd edilmədən paylaşan səhifəni və internet saytını müəllif hüquqlarını göz ardı etdikləri üçün hüquqi qürumlara şikayət edəcəyəm və məhkəməyə verəcəyəm.Mənim məqalələrim rəsmi olaraq Türkiyədə Ural Eğitim Kültür və Kültür və Stratejik Araştırmalar Mərkəzinin saytında və Türkçə Tarih səhifəsində paylaşılır.Azərbaycanda isə Azərbaycan Turan Ocağı səhifəsində ,saytında ilk olaraq sonra isə Milliyetçi Gənclər,İrəvan Tv səhifələrində mənim ricamla paylaşılır.Bundan başqa veteninfo.az, Gəncintellekt.com,Millətim,Teref.info,Xeberdar.net saytları da adımı və istifadə etdiyim mənbələri qeyd edərək mənim ricamla məqalələrimi uyğun şəkildə paylaşırlar.Adlarını qeyd etdiyim səhifələrə və yönəticilərinə başda Azərbaycan Turan Ocağının yönəticiləri İsmayıl müəllim ,Təranə xanım və
Ural Eğitim Kültür və Stratejik Araşdırmalar Derneğinin saytının yöneticilərində Teymur müəllimə ,İrəvan Tv səhifəsini yönəticilərindən Samir bəyə təşəkkürlərimi bildirirəm.Sağ olun var olun. Bu səhifələr yazı və müəllif hüquqlarına uyğun bir şəkildə məqalələrimi paylaşırlar . Digər səhifənin yönəticilərini başda Ayla Mehdiyeva isimli xanımı dürüstlüyə və müəlliflərin hüquqlarını qorumağa dəvət edirəm.
gəncintellekt.com
Xüsusi teşekkür meqalelerimde verdiyi değerli bilgiler için Türk komutan İshak Çelik beye sayqılarımla .
YAZAR:AYNUR TALIBLI.Tarix və mədəniyyət araşdırmacısı.İstanbul 2017

23 Nisan 2017 Pazar

MİLLİ MENTALİTET YOXSA TÜRK TÖRESİ VE YA MİLLİ DƏYƏRLƏR?!
YAZAR : AYNUR TALIBLI. İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyyet Araşdırmaları Bölümü Yüksek Lisans. İstanbul 2017.
Sizin də ətrafımizdakı insanların da  zaman -zaman mənim də istifadə etdiyimiz" milli mentalitet " sözü tam anlamıyla anlaşılmasada illərdir dillər əzbəri olmuşdur. Səbəbi bilinməz ama nədənsə  bəzi anlarda qurtarıcı bir ifadə olaraq " milli mentalitetimize  sığmaz" ,"milli mentalitetimize uymaz" deyilir.Yəni "milli mentalitet " adlandırılan bu qavramı hər kəs işinə gəldiyi kimi ,özünü müdafiə etmək və ya haqlı çıxarmaq üçün istifadə edir.Digər tərəfdən  heç də bizim dilimizə uymayan  və dilimizdən olmayan bu kəlimənin  inadla bəziləri tərəfindən istifadə edilməsi  mənə görə qəbul ediləcək bir hal deyil.Bunun səbəbləri vardır.Bu yazımda "milli mentalitetin nə olduğundan",Türk törəsinin və  ya milli dəyərlərinin , milli mentalitetlə əlaqəsindən" bəhs edəcəyəm.Bütün bu qavramların anlamını ,fərqliliklərini qeyd edərkən zaman zaman Tarixi abidələrdən örnəklərə də müraciət edəcəyəm və bu qavramları tarixi ardıcıllıqla izah etməyə çalışacağam.Bu səbəbdən sizlərə ilk öncə Türk törəsindən bəhs edəcəyəm.Çünki "Türk törəsi", "milli mentalitet" deyilən heç də biz Türklərin dilinə aid  olmayan  qavramdan daha əski və köklüdür.
  Qədim və Dünya  tarixinin  səhifələrində önəmli yerə malik olan, Türk millətinin mədəniyyətinin əsasını təşkil edən ən önəmli qavramlarından biri də "Türk törəsi"dir.Fəqət son zamanlar bəzi Türk Dövlətlərinin  çağdaş dilində ya bu qavram" Türk Törəsi" şəkilində işlədilmədən, alınma sözlərlə adlandırılır ,anlamı tam olaraq anlaşılmır və ya "törə " deyincə qan davası ,şiddət ağla gəlir. Bu isə bu mövzunun doğru anlaşılmadığına işarət edir. Hal belə olunca bu mövzunu günümüzdə araşdırmağın gərəkli olduğunu anladım. Bu səbəbdən bu məqaləni yazdım.
Türk millətinin tarixində və mədəniyyətində Türk Törəsinin mühüm və əhəmiyyətli yeri olduğunu qeyd etmişdik.Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir.Bu günə qədər aparilan etimaloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının "törəmək,törəli,güclü qüvvətli" anlamları ifadə etdiyi daha  çox qəbul edilmişdir(1)Bu səbəbdən də Türk adının mənasının içərisində yer alan törə qavramı mədəniyyətimizin ən  qədim və ən önəmli ünsürlərindən biri olaraq dəyərləndirilməsi mütləqdir.
 Töre qavramı qədim Türk abidələrində ,yazıtlarında,kitabələrində "ənənə,nizam,qanun" anlamında bir çox dəfə  qeyd edilir.Örnək olaraq "Bilgə Kağan " yazıtının doğu-şərq  tərəfinin ikinci sətirində “Üstte mavi gök, aşağıda yağız yer yaradıldıkdan sonra insan oğlunun yaradıldığı ve onların başına da Bumin ve İstemi Kağanların getirildiği, onların da Türk milletinin ülkesini ve töresini idare ve tanzim ettiği” yazılıdır (Orkun 1994: 28-29).(2) Burdan yola çıxaraq  xaqanın ən təməl  görəvləri-işləri arasında törəni  və ya qanunuları  düzənləyib ,ölkəyə yayamaq görəvinin olduğunu söyləyə bilərik.Bu görəvin yerinə yetirilməsi üçün isə böyük bir qurultay qurulurdu.Ögəl (tarihci,turkolog) törənin dövlətin qurucusunun adını daşıdığını qeyd edərək ,"Oğuz Han törəsi", "Bumin Kağan Törəsi","Çingiz Han yasası " kimi örnəklər göstərməklə,Törənin topluluq düzəni,əsgəri bir disiplin qurmaq məqsədi ilə yaradılan qanunlar olduğunu söyləmişdir.(3)Səlçuklularla Osmanlılardan qalma  təamüllərdə -uygulamalarda "Oğuz Törəsi"deyə qeyd edilirdi. Lütfi Paşa Tarixi Osman Gazini Oğuz bəyləri tərəfindən xanlığa seçilməsini bu şəkildə qeyd edir "Siz Qayı nəslindənsiniz !Bu Oğuz xandan sonra Oğuz bəylərinin ağaları və xanları idi.Gün Xan vəsiyəti ,Oğuz Törəsi mucibincə-gərəyincə Oğuz nəslindən kimsə olmadığı halda ,xanlıq və padişahlıq Qayı soyu var ikən özgə-başqa boy  soyuna düşməz (4). Hər nə qədər qulaqlarımız "törə" kəliməsini,Oğuz ismiylə bərabər eşitməyə alışsa da , öncədən qeyd etdiyimiz kimi "törə" yalnız Oğuzların təmüllərindən ibarət aid deyil. Orhun Kitabəsində də bu kəliməylə qarşılaşırıq "“İkin ara idi yoksuz Kök Türk anca olurur ermiş, Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı yime bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı yime tüz ermiş. Anı üçün ilig tutmış erinç. İlig tutup törüg itmiş.”(5)Bu ibarəni bu günki Azərbaycan Türkçəsinə çevirdikdə bu şəkildə olar "İkisi arasında Gök Türklər əfəndisiz ( yəni hürr və müstəqil olaraq) otururdular.Bilici xaqanlar idilər,qəhrəman xaqanlar idilər.Bütün buyruqları bilici idilər,alp idilər.Bütün bəyləri bütün xalqları doğru idilər.Bunun üçündür ki ,bu qədər böyük bir dövləti idarə edirdilər və dövləti idarə edərkən qanunlar qururdular." (6). Thomsen buradaki “törüg” kəliməsini “qanun” deyə tərcüme etmiş. Hâlbuki başqa bir yerdə "müəssəsələr" (qurumlar) (Les institutions) manasına almış: “Türk Oguz begleri budunı eşidin. Üze Tengri basmasar, asra yir telinmeser, Türk budun iling, törüng kim artadı?”(7) Bu günki Azərbaycan  Türkçəsinə nəqli (çevirisi): “Türk Oğuz bəyləri ve xalqları eşidin! Yuxarıdan göy basmadıysa aşağıdan yer dəlinmədiysə sizin dövlətinizi ve müəssəsələrinizi kim yıxa bilər?”(8) 
Türk kültürünün ,mədəniyyətinin ən önəmli əsərlərindən biri  olan  Kutadgu Bilikdə isə "törə" qavramı 153 dəfə təkrarlanmışdır.(9)Hər nə qədər" törə" qanun sözü ilə eyni görülsədə, qanun"törə" terminini tək başına qarşılaya biləcək bir söz deyildir.Çünki,Kutadgu Bilikdə "Kılıksız törü öngdi bilməz kişi,kişike  katılsa itilmez işi"(10). beytindən " Təbiəti bozuq , törə və qanun bilməyən adam,insanlar arasına qatılsa da işi nizama düşməz,düzəlməz" anlamı çıxarılmaqdadır. "Törə" kəliməsinin içində qanun anlamı olsa da,qanundan daha daha fərqli olaraq ,bütün kainata hakim bir yüksək qanun şəklində ifadə edilməkdədir.(11).Törənin bu vəsfi də evrənsəlliyə (cəhani olmaq) sahib olduğu göstərməkdədir.
Əsk Türklərdə Törənin qanun anılamını ifadə etmək üçün istifadə edildiyini qeyd etdik.Bu kəlimənin istifadəsi ilə əlaqədar çeşitli,müxtəlif görüşlər mövcutdur.Bu görüşlərdən biri Qaşqarlı Mahmuda aiddir.Qaşqarlı Mahmud, "Divan-ı Luğatit Türk " adlı əsərində törə kəlməsinin "törü" şəklində  qeyd etmişdir. "Törü" kəlməsi ,düzən ,nizam,görənək adət mənasını verməkdədir.(12)  "Divan-i Lüğətit-Türk" əsərində"vilayət tərk edilir,adət( törə) tərk edilməz" yazmaqla,Türk kültür-mədəniyyət həyatı içərisində "törə"nin nə qədər önəmli olduğuna işarət edilmişdir.Çünki qonar-köçər həyatda vətən olabiləcək başqa torpaqlara getmək mümkündür.Ancaq "törə"nin tərk edilməsi,sosial-kültürəl,mədəni durumun və dövlət-toplum əlaqəsinin pozulmasını gətirib çıxaracağı deməkdir.Bir başqa deyimlə ,törəsini itirən topum öz davamlılığını qoruyub saxlayan amilləri  də itirmiş olacaqdır. Bu səbəbdən də Türklər, "El gedər törə qalır" sözünü mənimsəmiş və getdikləri yerdə yeni dövlətlər qura bilmişlər.(13)     Burdan törə kəliməsini hüquqi bir anlam bildirdiyini,örf,adət,gələnək,görənək şəklində meydana gəldiyi görürük."Törə" kəlməsinin anlamı mövzusunda Ziya Gökalp da fikirlər bildirmişdir. Gökalpa görə ,yazılmış yasalardan,qanunlardan başqa yazılmamaış yasalar da törənin içindədir.Hətta hüquqi törədən başqa,dini və əxlaqi törələr də vardır.O halda Türk törəsi əski-qədim Türklərə atalarından qalan bütün qaydaların məcmusu-toplamıdır.(14)
  Törə sözünün kökü Türkçədir və "Türe" dən meydana gəlmişdir, örf, adət, yol, qayda, gələnək, görənək,yasa və kut törən -ayin anlamlarını qarşılamaqdadır.(15) Törə kəliməsi,Qazax və Qırğız dilində gələnək ,görənək.qərar,höküm və soylu tekin( prens) anlamlarını bildirir. Törə kəliməsi Uygur çağında isə artıq doğrudan  doğruya "qanun" anlamında istifadə edilməyə başlanmışdır(16).Törə,Mete xandan Timura  Xana qədər əsas xətləri ilə qorunmuş,tabe olan qövmlərin  qanunlarına öz hüquq qaydalarına tərs düşməyəcək şəkildə yer verilmişdir.(17).Hikmət Tanyu ,törə kəliməsinin "tör" və ya "töz" kökündən gəldiyini və bu kəlimənin" atalardan qalma örf,adət,qanun" mənalarında  istifadə edildiyini (18)qeyd etsə də Qaşqarlı Mahmud " Divan-i Lüğətit Türk" adlı əsərində "tör" kəliməsindən  törəmiş olan "törə" kəliməsini evin önəmli yeri və sədiri(19) anlamında istifadə etmişdir.Burdan da töre kəliməsi ilə  törü kəliməsinin bir-birindən fərqli anlamları bildirdikləri görünür.
Əski Türklərdə dövlətin yönəltilməsi,idarəsi törə hökümlərinə görə gərçəkləşdirilirdi. Törə, əski Türklərdə  dövlət adamlarının və xalqın günlük  yaşamda uymaları-riayət etmələri gərəkən sosial və siyasi qanunların bütünüdür.(20)Toplumsal- sosial həyatı  düzənləyən törənin bəsləndiyi qaynaqlar vardır.Bu qaynaqların birincisini xalq təşkil edir.Bu halda törə xalqın adət halına gətirdiyi qanunlardır.(Durmuş 1998 ,394)  (21).Törəni təşkil edən birdigər qaynaq Yosundur. Toplum içində ənənəvi- gələnəksər olaraq ,yavaş-yavaş və özlüyündən meydana gələn qanunlar yəni " yosun hüquq ",xaqanın qəbul etdiyi nisbətdə Türk törəsindən sayılırdı.(22).Qədim Türklərdə  şəxsi hüquqa aid qanunlar , xüsusi ilə də şəxsi, ailə və miras hüququ qaydaları bu şəkildə meydana gəlmişdir (22)Yenə dinlə əlaqədar mövzularında da yosun hüququnun yerinə yetirildiyi görünməkdə idi.(23) Törənin bir digər qaynağını Xaqanlar tərəfindən qoyulan qanunlar  və qurultayın aldığı qərarlar təşkil edir.(24)
 Bəhs  etdiyimiz kimi, qədim Türklərdə " törə" daha çox dövlətin quruluş düzəni və işləyişi ilə əlaqədar  qanunlari ifadə etməkdə isə də, Türklər ailə yaşantısı baxımından da bu qavramı istifadə etmişlərdir. Bu mənada "törə" görənək deməkdir.(25).
Türk Törəsi sözlü (yazılı) qaynaqların ən önəmlisidir.Törə ,qədim Türk dövlət hüququnun əsaslandığı sözlü gələnəyin anayasası- əsas qanunudur.(26) Örf ,adət,gələnək ,görənək biçimində dəyərləndirilməsi mümkün olan törə anlayışı zamanla vaz keçilməz-əvəz olunmaz  bir hüquq qanun şəklini almışdır.İnsanların bir-biri ilə müxtəlif əlaqələr qurması nəticəsində nəticəsində ortaya çıxan davranış biçimləri zamanla " hüquqi bir davranış halı"nı  alır və zamanla əsas  qanuna çevrilərək ya örf adət qaydası olaraq yaşayır ya da yazılı  bir hüquq qanunu olur (27) Yəni Törə həm dövlətin idarəsində ,həm də sosial həyatın düzənində mühüm və əsas qanundur. Orhun Kitabələrində törəsiz bir dövlətin düzəninin olmayacağından bəhs edilir.Məhz Bilgə Kağan "... Mən taxta çıxdıqdan sonra bunca önəmli yasanı dünyanın dörd bucağındakı xalqa verdim." sözləri ilə bu gərçəyi dilə gətirmişdir.(28)
  Eyni anlayışı Kutadgu bilikdə də görmək mümkündür.Bu məşhur-ünlü əsərin yazarı Yusuf Has Hacib " Dövlət silahla qurulur,ancaq qələm və yasa-törə ilə yönətilir"(29). deməklə bu gərcəyi özəlliklə qeyd etmişdir.
 Qədim Türklərdə toplumun düzəni və xalqın rəfahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların uygulanmasının-həyata keçirilməsinin  mütləq "ədalət" anlayışına uyğun olması  istənmiş və Türk  xaqanları da ölkələrində  ədalətin qorunmasına böyük önəm vermişlərdir.(30) Bir Çin qaynağında qeyd edilənə görə,Tabgaç Türk hökümdarı  T"ai-Wu " Mən dövlətimin içində kiçiklərin haydutluq etməsinə və xalqımın əzilməsinə göz yumamam" deyərək,ədalətə əməl olunmasına göstərdiyi diqqəti-titizliyi gözlər önünə sərmişdir.(31)
 Türklərdə Törəni qazanmaq dövləti qurmaq deməkdir. Bu səbəblə törənin itirilməməsi gərəkməkdədir. Bu mövzuyla əlaqədar yuxarıda qeyd etdiyimiz örnəyi yenidən təkrarlamaq  yerinə düşər." El buraxılar törü buraxılmaz".  Türklərə görə.," Türk törüsin  ıçgınmış budun" yəni "Türk törəsini itirmiş millət", yox olmuş və ortadan qalxmış bir millətdir.Törə gedincə nə millət,nə el,nə də dövlət qala bilər.  Bununla bərabər heç bir qüvvət ,Türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa olsa yenə Türk millətinin avaralığı  və aldanmasi- yanilması onun elini və törəsini əlindən ala bilər ,(32)Türk dövlətini yıxacaq güç ancaq  Türklərin Törədən ayrılması və avaralığa düşməsi  ilə olar. Əski Türklərdə Xaqanın törəyə bağlı qalması,dövlətin və milətin rəfahı baxımından önəmlidir, ancaq yeterli deyildir . Çünki gərçək bir dövlət qurucusu Xaqan , eyni zamanda törəni dərləyən -toplayan və yeni törələr meydana gətirərək dövləti qüvvətləndirəcək olan Xaqandır.(33)Qədim Türklər törə qanunlarına uyaraq həyatlarını sürdürürdülər(34).Bu şəkildə ölkə içərisində birlik və bunun doğal-təbii  bir uzantısı və sonucu -əksi olaraq  dirilik saxlana bilinirdi.(35).
 Bütün qeyd etdiklərimizdən bu nəticəyə varırıq ki. Törə həm də Türk millətinin milli dəyərləridir. Çünki, törəni türk millətinin , dövlətlərinin dəyər verdiyi,önəmsədiyi qanunlar və mədəniyyət qaydaları,ənənələr,gələnək-görənəklər təşkil edir və törə ədalətə əsaslanır.
   Sizlərə Türkün törəsinin və ya milli dəyərlərinin önəmindən bəhs etdim.Yazimin ikinci hissəsində" milli mentalitet nədir və necə meydana gəldi ?" sualina cavab tapmağa və "mentalitet sözünün biz türlərdəki qarşılığından və nə məqsədlə bu sözün toplumumuzda işlədildiyindən bəhs edəcəyəm.
 Öncəliklə dillər əzbəri olan milli mentalitete sözünün mənasını araşdırmağa çalışdım.Müxtəlif fikirlər qarşıma çıxdı.Kimisi bu sözün "ağıl, məntiq",kimisi "ağıllı ,düşüncəli",kimisi isə"sürü davranış və ya düşüncəsi" olaraq dəyərləndirir .(36)Bu sözün ilk dəfə kim tərərfindən dünyada istifadə edildiyinə dair də dəqiq bi məlumat əldə edə bilmədim.Bu barədə də  müxtəlif fikirlər var. Kimisi bu sözün ilk dəfə 19-cu əsrdə fransiz sosyal pisixoloqları Gabriel Tarde və  Gustave LeBon tərəfindən termin kimi istifadə edildiyini deyir.Bəziləri də bu sözü elmə Levi Brül tərəfindən gətirildiyini söyləyir.Bir başqa mənbə də isə termin kimi ilk dəfə 1856-ci ildə Amerikada alim R.Emerson tərəfindən istifadə edildiyindən bəhs edilir ve bu sözü yeni söz kimi dilə fransız  düşünür Marsel Purst tərəfindən gətirildiyini də qeyd edirler.(37) Bəziləri mentaliteti xəstəlik ,geriçilik olaraq görmüşlər" sürüdən  dala qalma" ifadəsi ilə eyniləşdirmişlər. Həmçinin bdüşünülür ki ," Sülh və Müharibədə  Sürü İnstinkləri"kitabında Sigmund Freud və WilfredTrotter tərəfindən araşdırılmışdır. Bəziləri ABŞ-da meymunlar üzerində aparılmış təcrübəyə əsaslanaraq mentalitetin şüursuz yamsılamadan ibaret olduğunu düşünürlər. (38)."mentalitet"i mədəniyyətin bir qolu hesab edənlər də var.Milli mentaliteti isə mili özünü dərk,adət ,gələnək görənək ,düşüncə tərzi və milli xüsusiyyətləri özündə birləşdirən bir qavram olaraq görənlər də var. Burdan belə nəticəyə gəlirik ki " milli mentalitet "adlandırılan bu qavram biz Türklərin "Törə" anlayışına bənzəyir. Fəqət  çox önəmli fərqlər var.Birincisi, biz Türklər mədəniyyətimizi çox əski zamanlardan meydana gətirdiyimizdən bizim Törəmiz yəni milli dəyərlərimiz daha qədim və köklüdür. Avropalılar isə bu anlayışa ,bu dəyərlərə daha sonradan 19-cu əsrdən sahib olmuşlar.Digər tərəfdən hətta bunu xəstəlik olaraq belə görmüşlər.Biz Türklərdə isə bu anlayış daha dəyərlidir ,toplumda nizam,düzən quran və ədalətə əsaslanan bir qavramdır. Ancaq bu günlərdə Azərbaycan Türk toplumunda törə və ya milli dəyərlər əvəzinə heç də xoş olmayan " milli  mentalitet" anlayışı yayılmışdır.Bu anlayış" nəyi ifadə edir ?" sualına isə cəmiyyətimiz heç də dəqiq bir cavab verə bilmir.Sözün qısası  isnsanlar işlərinə gəldiyi kimi bu sözü istifadə edirler. Adətən, kimisə qınamaq ,  ayıblamaq mənasında və ya hər hansı  bir  mövzuda haqsız olduqları zaman ,özlərini haqlı çıxarmaq məqsədi ilə bu "bizim milli mentalitetimizə uymaz" sözünü işlədirlər.
   Dəyərli qandaşlarım ,lütfən artıq hardan gəldiyi bəlli olmayan bu sözü istifadə etməyin. Əgər "milli dəyərlər" demək sizə ağır gəlirsə," Törəmiz" deyə bilərsiniz.Ama unutmayın bu sözü özünüzü haqlı çıxarmaq üçün deyil,atalarımızın etdiyi kimi ədaləti qorumaq və toplumda düzəni saxlamaq məqsədi ilə dərk edərək istifadə edin .Bizlərdə Törə dəyərlidir və millətimizin dövlətimizin var olmasında əsas ünsürdür. Bu  yerdə biz Türklərin Xaqanı Süleyman Şahın bu sözlərini xatırlatmaq istərdim "Törə bilməyən adamdan Sultan olmaz,Bəy  də olmaz,adam da olmaz.Bizim də adam olmayanla işimiz olmza"
Bu sözlərdən də göründüyü kimi törə və ya milli dəyərlər biz türklər üçün önəmlidir.Sonuc olaraq,Türk töresi milli anlayışımız,MİLLİ GÖRÜŞÜMÜZ OLMALIDIR! Ne Mutlu Türküm  deyene!
  İsifadə edilən mənbələr:
1.Gömeç,Saadettin(2006).Türk Kültürünün Ana Hatları.Ankara:Akçağ yayınları.
2.Orkun,Hüseyin Namık(1994)Eski Türk Yazıtları. Ankara .TDK Yayınları.
3.Ögel,Bahaeddin(1982).Türklerde Devlet Anlayışı(13.Yüzyılın Sonlarına Kadar).Ankara: 
Başbakanlık  Basım evi.
4.Ahmet Rasim, Osmanlı Tarihi, Cilt 1, s. 41..
5.Thomsen, Orhon Yazıtları Araştırmaları, Çeviren ve Yayıma Hazırlayan: Vedat Köken, Ankara 2002: Türk Dil Kurumu Yayınları, s. 128.
6.Ziya Gökalp’ın Orhun Abideleri’nden yaptığı bu alıntı, Muharrem Ergin’in çalışmasında şu şekilde yer almaktadır: “İkin ara idi oksuz Kök Türk iti ança olurur ermiş. Bilge Kagan ermiş, alp kagan ermiş. Buyrukı bilge ermiş erinç, alp ermiş erinç. Begleri yime budunı [yime tüz ermiş. Anı] üçün ilig ança tutmış erinç. İlig tutup törü[g itmiş.]”
“İkisi arasında pek teşkilatsız Gök Türkü düzene sokarak öylece oturuyormuş. Bilgili kağan imiş, cesur kağan imiş. Buyruku bilgili imiş tabii, cesur imiş tabii. Beyleri de milleti de doğru imiş. Onun için ili öylece tutmuş tabii. İli tutup töreyi düzenlemiş.” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 32-33.)
7.Age., s. 142..
8.Bu bölüm, Muharrem Ergin’in çalışmasında şu şekildedir: “Türk Oguz begleri budun eşiding. Üze tengri basmasar, asra yir telinmeser, Türk budun, ilingin törüngin kim artatı [udaçı erti]?” “Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim bozabilecekti?” (Muharrem Ergin, Orhun Abideleri, İstanbul, s. 16-17.)
9.Çengel,Hülya Kasapoğlu(2007).Ermeni harifli Kıpçak Türkçesiyle Yazılmış Töre Bitiği ve Bu Eserdeki Töre,Yargı,Bitik  Terimleri Üzerine.Gazi Türkiyat Dergisi,2007.1,77-95
10. KB.4606
11. Başer,Sat(1995).Kutadgu Biligde Kut ve Töreden  Sevgi Toplumuna.İstanbul:Seyran Kitab.76-78.9
12. KaşgarlıMahmud 1985:I,106; .KaşgarlıMahmud 1985:II,18,25; Kaşgarlı Mahmud 1985:III,120,121.
13. DLT-II:18;III:120,221.
14. TANYU,H (1979)"Türk Töresi Üzerine Yeni Bir Araşdırma".Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.
15. ÖRNEK,S.V.(2000) Türk Halk Bilimi.Ankara:Kültür Bakanlığı Yayınları.
16. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası  Araşdırmalari Vakfı Yayınları.
17. TOGAN,A.Z.V.(1981) Umuni Türk Tarihine Giriş.İstanbul:Enderun Yayınları.
18. TANYU,H (1979)"Türk Töresi Üzerine Yeni Bir Araşdırma".Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi,Cilt23,Sayı 1,97-120.
19. KAŞGARLI MAHMUD(1985) Divan-ı Lugat"it Türk Tercümesi.Cilt III, Çev.Besim ALTAY,Ankara:Türk Dil Kurumu Yayınları.
20. UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
21.DURMUŞ İ.(1998)"Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel Unsurları".Prof.Dr. Abdulhaluk M.Çay Armağanı,Cilt I,Ankara:Işık Ofset Matbaacılık Yayınları,399-407.
22. 32 İNALCIK, Halil; Osmanlı’da Devlet, Hukuk, Adalet, İstanbul, 2000, s. 21.
23.  AYDIN; a.g.e., s. 15.
24. DURMUŞ İ.(1998)"Hun Devletinin Ortaya Çıkışı ve Oluşumunun Temel 
25. Pamir,A(2009)" Orta Asiya Türk Hukukunda "Töre" Kavramı".Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi,C.58.S.2,Ankara,359-375.
26. UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
27. GÜRKAN,Ü .(1994) Hukuk Sosyolojisine Giriş.Ankara
28. THOMSEN; a.g.e., s. 158.
29. 7 Kutadgu Bilig; B. 2711.
30.Eski Türk devletlerinde adalet anlayışı ve bu kavrama isnat edilen değerle ilgili ayrıntılı bilgi için bkz. TUTAR, Adem; İslâm Öncesi Türk Devlet Geleneğinde Adalet Anlayışı, C. II, Ankara, 2002, s. 868 vd.
31.   DONUK, Abdülkadir; Eski Türklerde Hükümdarın Vazifeleri ve Vasıfları, Türk Dünyaları Araştırma Dergisi, Nisan 1982, No: 17, s. 108.
32. ÖGEL,B (2001) Dünden Bugüne Türk Kültürünün Gelişme Çağları.4.Baskı, İstanbul: Türk Dünyası  Araşdırmalari Vakfı Yayınları.
33.UĞURLU,S.-YILMAZ,K (2011)"Türk Devlet Yönetme Geleneğinde Töreden Örfe Değişim".Turkish Studies- İnternational Periodical For The Languages,Literature and History of Turkish or Turic,Volume 6/2,Spring 2011,TURKEY,947,970.
34. DURMUŞ(2009) Bilge Kağan ,Köl Tigin ve Bilgi Tonyukuk.Ankara: Maya Akademi Yayınları.
35. aynıdır 35 .deki kaynakla
36.azad.azsaytı ve ceferlikonulwordpress/com/
37/azadqadinaz ve ceferlikonulwordpress
38/Mentalidet nedir? Mentalitetin izahi ?tarixi ve onunla bağlı keçirilmiş tecrube .azadqadınza saytı.
39. Süleyman Şahın sözleri.Meral Çayır ceddimiz osmanlı site.
Xüsusi Teşekkür verdiyi deyerli bilgiler üçün İshak Çelik beye sayqılarimla.