27 Nisan 2017 Perşembe

                            MƏN NİYƏ VƏ NƏ ÜÇÜN YAZIRAM?!...
Mən niyə və nə üçün yazıram?
Azərbaycanlı Oğuz Türk qızı olaraq bu vətənə və Türk millətimə xidmət etməyi boynumun borcu bilirəm.Yazdığım məqalələrlə Türk milətinin Tarixinin gərcəklərini və mədəniyyətinin incəliklərini öz tərzimdə şərh etməyə-yorumlamağa çalışıram. Məqsədim millətimin ,yəni şanlı Türk millətinin gənclərinə soylarının adət ənənələrini yenidən xatırlatmaqdır. Bir Türk qızı olaraq yeni çağda soydaşlarımı ,qandaşlarımı ozləşməyə ,türkləşməyə cağırıram. Yazarkən Türk vicdanın ,Türk örfünə yaraşan tərzdə yazıram. “Bu necə olur? “deyə sual edə bilərsiniz.Sizə cavabını verəcəyəm,Mən yazılarımda hər zaman istifadə etdiyim qaynaqları dürüst şəkildə yazıram.İstanbulda Təhsil alıram və burda Türkiyəli alimlərin,Türkoloqların yazılarına müraciət edirəm. Hər zaman istifadə etdiyim qaynaqları yazımın sonunda qeyd edirəm və dəstək olan insanların adını da yazıram.Bu belə de olmalıdır.Təhsil aldığım Üniversitetdə müəllimlərim hər zaman akademik və ya ədəbi məqalə yazarkən istifadə etdiyimiz qaynaqları qeyd etməyin mühüm olduğunu xüsusi ilə söyləyirlər.Əks halda elmi oğruluq-hırsızlıq etmiş olacağımızı və bunun da akademik və ədəbi həyatımızda ən çirkin və ən alçaldıcı hal olacağını qeyd etmişlər.Bizdə böyüklərimizin söylədiyi bu yolda irəliləyir və doğru ,dürüst şəkildə məsləyimizi icra edirik.
Sizə bu açıqlamanı ” niyə? ” və nə üçün?” etdiyimi qeyd edəcəyəm.Bu yaxınlarda tam olaraq 6.04.2017 il tarixində Azərbaycanda bir internet sehifesi mənim yazmış olduğun” TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏR” isimli məqaləmin adını dəyişdirərək “TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ ROLU” ismi ilə paylaşmış və nə mənim ismimi ,nə də istifadə etdiyim qaynaqları yazmadan öz səhifələrində yayınlamışlar.Bu açıq aydın oğruluqdur .Məsələni bildirdiyim zamanda “sizin adınızı yazıda düzənləyib qeyd edəcəyik” dedilər.Mən razılaşmadım.Çünki məqalədə tək mənim adımın olması yetərli deyil, istifadə etdiyim qaynaqlarda qeyd edilməlidir. Bunu qəbul etməyincə yazımı silmələrini istədim.Bilirsiz bu açıq- aydın mədəniyyətsizlikdir.İlk öncə məqaləni müəllifin adı və istifadə edilən mənbələr olmadan paylaşırlar və sonar xəbərdarlıq belə etmirlər,özlərini haqlı çıxarmağa çalışırlar. Bunu hələ birdə ismi Türklüklə əlaqəli olan bir səhifə edirsə ,bu həqiqətən utanmazlıqdır.Türklüyün örfündə və törəsində dürüstlük ilk amildir.Bunu edən səhifəni kəskin şəkildə qınayıram.Bundan belə məqalələrimi adım və istifadə etdiyim mənbələr qeyd edilmədən paylaşan səhifəni və internet saytını müəllif hüquqlarını göz ardı etdikləri üçün hüquqi qürumlara şikayət edəcəyəm və məhkəməyə verəcəyəm.Mənim məqalələrim rəsmi olaraq Türkiyədə Ural Eğitim Kültür və Kültür və Stratejik Araştırmalar Mərkəzinin saytında və Türkçə Tarih səhifəsində paylaşılır.Azərbaycanda isə Azərbaycan Turan Ocağı səhifəsində ,saytında ilk olaraq sonra isə Milliyetçi Gənclər,İrəvan Tv səhifələrində mənim ricamla paylaşılır.Bundan başqa veteninfo.az, Gəncintellekt.com,Millətim,Teref.info,Xeberdar.net saytları da adımı və istifadə etdiyim mənbələri qeyd edərək mənim ricamla məqalələrimi uyğun şəkildə paylaşırlar.Adlarını qeyd etdiyim səhifələrə və yönəticilərinə başda Azərbaycan Turan Ocağının yönəticiləri İsmayıl müəllim ,Təranə xanım və
Ural Eğitim Kültür və Stratejik Araşdırmalar Derneğinin saytının yöneticilərində Teymur müəllimə ,İrəvan Tv səhifəsini yönəticilərindən Samir bəyə təşəkkürlərimi bildirirəm.Sağ olun var olun. Bu səhifələr yazı və müəllif hüquqlarına uyğun bir şəkildə məqalələrimi paylaşırlar . Digər səhifənin yönəticilərini başda Ayla Mehdiyeva isimli xanımı dürüstlüyə və müəlliflərin hüquqlarını qorumağa dəvət edirəm.
gəncintellekt.com
Xüsusi teşekkür meqalelerimde verdiyi değerli bilgiler için Türk komutan İshak Çelik beye sayqılarımla .
YAZAR:AYNUR TALIBLI.Tarix və mədəniyyət araşdırmacısı.İstanbul 2017

Hiç yorum yok:

Yorum Gönder