19 Mayıs 2017 Cuma

                                TÜRKLƏRDƏ BAYRAQLAR,SANCAQLAR VE TUĞLAR......
YAZAR: AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans .İstanbul 2017
Tarihdə var olan əski dövlətlərin və millətlərin mövcud olduqlarını sübüt edən ən mühüm  fakt -dəlillər ,simgələr bayraqlardır. Bayraqlar həm də var olan dövlətlərin mədəniyyətlərini ,qiymət verdikləri mənəvi dəyərləri özündə əks etdirir. Bu baxımdan bayraqlar , başqa deyimlə sancaqlar  və ya aləmlər dünya tarixində mühüm önəmə sahibdirlər. Biz Türklərin ataları əski və köklü dövlətlər qurduqlarından ,bizim də mədəniyyətimizdə bayraqların xüsusi əhəmiyyəti vardır. Bu yazımda "bayraq nədir?sualına cavab tapacağam ,türklərdə bayrağın önəmindən və bayraqların,sancaqların və tuğların fərqindən  bəhs edəcəyəm.
 İnsanlıq tarixinin ən qədim ,ən ərdəmli və dəyərli duyqularından biri heç şübəsiz vətən millət və bayraq sevgisidir.(1)Bayraq bir ruhdur.Minlərcə ildən bəri əldə daşınmış ,evə asılmış və şəhidlərimizin məzarlarının üzərinə sərilmişdir. Ovda və savaşda ondan yardım dilənilmişdir. Uğurun bayraqda olduğuna inanılmışdır. Bayraq qoruyucu bir ruhdur.Bayraq ölərmi? Ölməz!Çünki o Türk  millətinin soyunun bir  kökü və simgəsidir.(2)Türklərdə bayrağın kökü yerə sağlam saplanmalı,başı isə göylərdə olmalı və ən uca yerdə dalğalanmalıdır. Bu yerdə ilk Azərbaycan Cumhuriyyətinin  qurucusu ,görkəmli ədibimiz,Türk millətinin dəyərli düşünürü Məmhəmməd Əmin Rəsulzadə  bu sözlərini xatırlatmaq istərdim"Bir kərə yüksələn bayraq, bir daha enməz!" Türklərin bayrağa verdiyi dəyəri və bu sözlərdə əks etdirilmişdir.  Türk tarixinin önəmli tarixçilərindən olan  Prof. Dr. Bahaeddin Ögel bayraqla əlaqədar bunları qeyd etmişdir.:”Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq qutlu- müqəddəs və mübarək bir insan kimidir; əsəbləşər, sevinər, küsər, düşerse onu tutanlarda yox olur. Kökü, dibi yerde; başı ise göylerde olan bir varlıqdır. Göylərdə enginləşir, yayılır, ucalır, millətlərin soyunun ve kökünün semvoludur.”(3)                 
 Bayraq sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər vardır. Kimisi "bayraq" sözcüyünü ərəb mənşəli hesab edir ,râye və liva kəlimələrinin qarşılığı olan “bayrak” keliməsinin  Türkçe qarşılığın alem veya yaygın olarak “sancaq” olacağını düşünür. (4). Sancak, orduların təmsil etdikləri dövlətin əlâməti-simgesi olaraq istifadə etdikləri bayrağın adıdır. Simge: Belli bir insan öbeğinin,topluluğunun razılaşma yoluyla hər hansi bir əşyaya bəlli bir anlam verdiyinin göstərgəsidir. Bir şeyi göstərən, bir anlamı, bir düşüncəyi bildirən görülə bilir nəsnədir. Görülməz bir gərçəkliyi canlandıran imge ya da özəl-xüsusi nəsnəyə simgə deyilir. Bu mövzuda baxınız. Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.16.(5) Bayrak, çox  qədim bir şeydir. Əski Misiırlilərlə, müasir mövcud olan yaxud onlardan mədəniyyət örnəyi alan qövümlər nəzərində bayraq qoruyucudur . Dünya millətləri nəzdində əks etdirdiyi məna çox böyük olan bayraqlar, qədim Türklərdə də bir xeyli önemliydi. Türk tarixində tuğ namıyla anılan şey əski Türklərin bayrağı idi.
Bayrak: Bir millətin varlığını, bir dövlətin hâkimiyyətini təmsil edən əsgərî və ya bənzəri bir müəssəsənin rənglərini, əlâmətlərini daşıyan  bir mizrağın ucuna dalğalanacak şəkildə asılan semvol, işarət, şey, râyət, sancak, aləm(6)olaraq tanımlanmaqdadır. Yenə  sancak keliməsinin ərəbcə  qarşılığı bayrak və ya aləmdir. Çağatay lügətində “baydaq” olaraq keçməkdədir. Bu sözcük Azərbaycan Türkçəsi ləhçəsinde bəyliyin əlaməti (iz, işarət, bəlgə), Çağatay ləhçəsində də “mücadələdə ,yarışda verilən mükâfat” anlamında istifadə edilirdi .(7)
Bəziləri isə "bayraq" sözcüyünün tam mənasiyla Türk sözü olduğunu hesab edir. Kaşgarlı Mahmud'dan; bu kəlimənin XI. yüzildə; Oğuz Türkləri arasında bayraq ve batrak biçimlərində və yaxın olaraq bugünki mənada istifadə edildiyini bilirik. Hətta bəziləri saf -təmiz olaraq heç bir dilin təsirində qalmadan meydana gələn Türk sözü olduğunu hesab edir. (8)İlk Müsəlman Türk dövləti olan Karahanlı Dövləti’nə mensub olan ve Türkistan’ın Kaşgar şəhrində yaşayan dil bilgini Mahmut tərəfındən 1069 ilində yazılan əsər, Türkçə öyrenmek isteyen qeyri-millətlər xüsusi ilə ərəblər üçün qələmə alınmış Türkçə-Ərapçə bir sözlük olan Divanü Lügati’t-Türk’də “batrak” şəklinde yazılan bayraq kəliməsi “savaşlarda istifadə edilən ve ucuna bir ipək parçası taxılan mızraq” olarak açıklanmaqdadır. Bu baxımdan, əski Uygur mətinlərində də bayrak kəliməsiylə eş anlamlı olaraq “badruk” istifadə edilmişdir. Eyni əsərdəki bir mənzumədə isə kelime bayrak şəklinde istifadə edilmişdir ve Oğuzlar arasında da belə tələffüz edildiyi bildirilmişdir.(9).Bununla bərabər Türklər bayraq yerinə daha çox sancaq kəliməsini istifadə etmişlərdir.(10)."Bayraq" və" batrak "şəkilində Oğuzlarda istifadə edildiyindən bəhs edərkən,məna fərqlərini də qeyd etmək lazımdır.
.BATRAK: Tək başına müharibə edən mühariblərə məxsus və ipəkdən düzəldilmiş aləmdir. Bu izaha görə Batrak, mübarizlərin istifadə etdikləri bir çeşit mızraq olur. Bu mızraqların təmrənlərinden- iti uclarinda sonra flâmalarda(Avropa dillərindən gələn ,xüsusi simgə-simvol əks olunana bayraq.Örnəyin bir  üniversitetin bayrağı) olduğu gibi bir bez parçası vəya bir heyvan kuyruğu olurdu.
BAYRAK: Oğuz Türkləri arasında eyni zamanda bayraq şəklinin də istifadə edildiyini  yenə Divanu Lügati`t-Türkdən alınan bu  misralardan da öyrəniriz:
                                        Ağdi kızıl bayrak
                                         Tağdı kara toprak
                                         Yetşü gelüp «uğrak»
                                        Tokşip anın giçtimiz.

Şeirdə qızıl bayraq,yüksəldiyi zaman qara torpağı havalandıran və bütün bir savaşçı topluluğunu arxasınca sürükləyən bir güc,  bir əlamət olaraq göründüyündən bəhs  edilir.Bu örnək,bayraq sözcüyünün günümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan  gəldiyini göstərmək baxımından önəmliridir. Demek olur ki Oğuz Türkləri arasında heç olmazsa  XI. yüzuldə bir bayraq kəliməsi vardı. .Bayrağın qızıl rəngdə olduğunu Kırgızların Manas Dastanında da görürük. Düşmanlara qarşı Qırgız qəbilələrinin «qızıl tuğ» ətrafında toplandığı bu dastanda anladılmaqdadır.  Altay Türkləri, qurban edilən heyvanın dərisini muqəddəs qayın ağacından bir budaq ucuna asaraq bayraq  şəklini  əmələ gətirərlər  və bu surətlə ərvahı (ruhları) məmnun edərlərdi. Bu bayrağın adına "paydara " deyilirdi. Sonralar bu dərinin yerinə  kumaş-parça qoymağa  başlandı. Hələ də Altay1ıIar müəyyən bir miqtar parçaya payrı deyərlər. Bayrağın qızıl rəngdə  olduğunun bir dəlili də Şamanlıkda ruhların şərəfinə tikilən bayraqların qırmızı rəngde olmasıdır. Günəşə və atəşə bənzəməsindən kinayə olaraq Altaylılar bu bayraqlara yalama deyərlərdi.Türk âlemində bayraq olarak dalğalanıb gələn bu məna psiko-sosyolojinin dəyişmələrinə tâbe olarak bəzi rəng və xizmət fərqi göstərmiş ise de bu müvəqqəti ayrılımlarından dərhal dönərək yenə semantik cəvhərinə qovuşmuşdur. Yəni əsas olaraq Türk millî rəmzini, rəngini ve bayraq adını mühafizə edərək gəlmişdir.(9).
Bayrak kəliməsi morfolojik baxımdan incələndiyində də “Bay” kəliməsinin “böyük, əfəndi, Tanrı” mənalarını bildirdiyini, ayrıca “böyüyə layıq, böyüyə məxsus” mənalarına da geldiyi, “ak” kəliməsinin də “güç, qüvvət, mükəmməllik” mənası daşıdığı görülməkdedir.(10)
   Bəzi alimlər isə  bayraq - aləm,sancaq və tuğ qavramlarının fərqli olduğunu düşünürlər. Bu baxımdan mövzuya yanaşanlara görə Türklərdə sancaq kəliməsi əsgərî, bayraq kəliməsinin isə fərqli olaraq daha çox siyasî qismən də dinî ədəbiyyatlarda istifadə edilmişdir. Sancaq sözcüyünün Türkçədən, Ərəbcə və Farscaya keçtiyinin belirləyən Prof. Dr. Hasan Eren, bayraq ve sancaq qavramlarını etimolojik yöndən incələmiş ve bu mövzuda çox önəmli bilgilər əldə etmişdir. Özətlə bunları qeyd edirdi;” istər –aq, istər –kak şəkilçisi ilə əmələ gəlmiş olsun "sancaq"sözü “batırmaq, saplamaq,” anlamına gələn sanç- kökündən gəldiği açıqdır. Türkçədə ‘bir ulusun, bir topluluğun və ya bir quruluşun simgəsi’ olaraq istifadə edilən" bayraq"sözünün Türkçə bir kökdən  olduğunu ilk baxışda inkar etmək asan deyildir. O baxımdan əski sözcüklərdə-lüğətlərdə ara sıra "bayraq’" sözünün qonşu dillərdən qalma bir söz olduğu belə söylənmişdir.(11). Sancaq; alay-əsgəri birlik bayrağı, kəliməsi Türkçə olmaqla bərabər Sancak-ı Şerif kimi alınma sözlərlə birləşik hallarda da  istifadə edilmiş ve Osmanlıca da “sanacık” şəklinde cəmləndirilçişdir.(12)
.Türkçə bayrak, Azerbaycan Türkçəsinde bayraq, Baş- kurt Türkçəsinde bayrak, QazaxTürkçəsinde bayrak, Kırgız Türkçesinde bayrak, asaba, Özbək Türkçəsinde bayrak, Tatarca bayrak, Türkməncə baydak, Uygur Türkçəsində bayraq bir tərəfdən sopaya pərçinlənmiş -  möhkəm bağlanmış və üzərinde semvolik yazılar ve rəsimlər olan rəngli parçadan-meydana gələn,  bayrağı ifadə edirdi.
Buna görə, bayraq tamamən bir bez-parça bayraq olaraq anlaşılır (Hun məzarlarında, özəlliklə örgülü yaxşı qorunmuş bayraqların var olduğunu qeyd etmek gərəkir. Kumaş-parça bayraqlar Avropa’ya IV-V yüzillərdə Hunlar tərəfindən gətirilmişti). Diqqət cəlb edicidir ki, bayraq hər zaman birliyin digər semvollarindan ayrı göstərilirdi. Bu səbəbdən, İslam öncəsi dönəmdə yazılmış və XIV yüzil əlyazmasıyla günümüzə qədər gələn Türk dünyasının görkəmli “Kitabi Dede Qorqut” dastanında belə bir ifadə yer alır: “qılıçla məhv edərək, düşmanın tuğ və bayrağı- nı indirin” [8, с.50]. Ortaçağ qaynaqlarında Bayraq ve tuğ fərqli simgələr olaraq göstərilmişdir.
“Kitabi Dede Korkut” destanında bayraktan ayrı olarak “sancaq” kəliməsi yer almaqdadır [8, с.50].
 F.Kurtoğlu, sancak teriminin, çadır ortasındakə dirəyə asılan bu veya diger semvolu ifade etdiyini yazır [1, с.5].
  Çağdaş Türk ləhçələrində “sancaq” daha çox Türkiyə Türkçəsində istifadə edilir, digər ləhçələrdə isə arxaizm olaraq qalmaqdadır.
  “Kitabi Dədə Qorqut” dastanında, sancaqla bərabər “tuğ” hâkimiyyət simgələrindən biri olaraq anılmaqdadır [8, с.50](13)
Tuğ- dirək , kürə və hilal şəklində olan topuzdan meydana gəlirdi. Ümumi ağırlığını  yüngülləşdirmək üçün dirəyin içi oyuq olurdu. Topuzun altına kimi zaman müxtəlif rənglərdə boyanmış at tükü, qurt ve öküz quyruğları bağlanırdı [18, с.371]. Çağdaş Türk ləhçələrində “tuğ” sözü (Qazaxca –tuv; Qırğızca –tu) arxaik kəlimədir Türk tarixində tuğ namıyla anılan - xatırlanan şey əski Türklərin bayrağı idi. Bu bayraq, əski Türklərdə müqəddəs sayılan “Tibet Öküzü’nün” quyruğundan meydana gətirilirdi. Bu öküzün kuyruğu atkuyruğuna bənzərdi. Sonralar nəsli yavaş yavaş tükənən Tibet Öküzü kuyruğu yerinə atquyruğundan tuğlar düzəldilmişdir.(14).
                                                    Tuğ
Tuğ



Sizlərə bayraqlardan ,sancaqlardan tuğlardan  və onların fərqlərindən qısaca bəhs etdim.Yuxarıda qeyd etdiyimiz kimi bu simgələr əski türklər üçün çox önəmli idi və var olduqlarına işarə idi.Bir millətin vətəninə ,yurduna,ulusuna  verdiyi qiymət,dəyər özünü bayraq,sancaq və tuğlarına verdiyi önəmdə əks etdirir.Türk törəsində,vətən, millət və bayraq  sevgisi, ana-ata sevgisindən öncə gəlir. Çünkü vətən və bayraq olamazsa ailə ocağı təhlükəyə düşər(15).Əski Türklər yurdlarına bağlıdırlar.Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı vətən saymağda ( Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər.(Türklərin köçlərinin digər bir səbəbi).Qısaca Türk kültüründə vətən,Türk tuğlarının və ya bayrağının  dalğalandığı yerdir.(16)
Burdan da anlaşıldığı kimi biz türklərin vətən anlayışında bayraq və tuğların önəmi əvəz olunmazdır.Tam da şairin ifadə etdiyi kimi;“Ey mavi göylərin bəyaz və qızıl süsü, /Qız kardeşimin gəlinliyi, şəhidimin son örtüsü. İşıq işıq dalğa dalğa bayrağım, / Senin dastanını oxudum, senin dastanını yazacağım!.. (17)
BİZ TÜRKLƏR VƏTƏN ÜÇÜN,BAYRAQ ÜÇÜN  ÖLƏRİK-ŞƏHİT OLARIQ VƏ ÖLDÜRƏRİK." Bayraqları bayraq yapan üstündəki qandır,Torpaq egər uğrunda ölən varsa vətəndir." Mithat Cemal Kuntay. Dillər əzbəri olan və hardasa biz türklərin ata sözü ola biləcək bu misralar əslinəd hər şeyi izah edir.
Türkün Törəsində bayraq namusdur,vətən və millətin var oluşuna işarədir.Bu yerde Güney Azərbaycanda Azərbaycan Türk Bayrağını dalğalandırmaq üçün canını belə feda edən fars zülmünə məruz qalan qandaşlarımız Salam olsun.!




Xüsusi Teşəkkür vediyi deyerli bilgilər üçün Türk komutan İshak  Çelik bəyə sayqılarımla!
İstifadə edilən mənbələr:
1 . A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED] 42, ERZURUM 2010, 209-239
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*
2.   AKSU (Mahallî) Gazetesi 28 Aralık 1994 tarih ve 344 sayılı nüshasında neşredilmeye başlanmıştır. BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ.
3.   Bahattin Ögel, Türk Kültür Tarihine Giriş, T.T.K Yay., Cilt: VI, Ankara, 1984, s.311–312–313.
4.   1. deki kaynakla aynııdır.
5. Bedia Akarsu, Felsefe Terimleri Sözlüğü, İnkılâp Kitapevi, İstanbul, 1988, s.160.
6. Örnekleriyle Türkçe Sözlük, Milli Eğitim Bakanlığı Komisyon Yayınları: 2798, Cilt:1, İstanbul, 2004, s.276.
7.  Hakan Keskin Türk Tarihinde Bayraklar ve Sancaklar, JGK “Jandarma Dergisi” Sayı:114, Ankara, 2007, s.42–45.
8.  BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994,s.2.
9.  Türk devletlerinin isimleri ve bayrakları.  osmanli.site (internet sitesi). BAYRAK, TUĞRA, SANCAK Mevhibe SAVAŞ. 1994, s.3.
10.  Fevzi Kurtoğlu, Türk Bayrağı ve Ay Yıldız, Türk Tarih Kurumu Yayınları, Ankara, 1992, s.5.
11. Hasan Eren, Etimolojik Çalışmalarda Metodoloji Sorunları–1, TÜRK DİLİ Dergisi, TDK Yay., Sayı: 631, Ank., Tem.–2004, s.3–7.
12. Ferit Devellioğlu, Osmanlıca-Türkçe Ansiklopedik Lûgat, Aydın Yayınları, Ankara, 2000, s.919.
13. Türk halklarında devlet ve hâkİmİyet sembollerİ – “bayrak”, “sancak”, “tuğ” Dr.Sebuhi Ahmedov Tarih Bilimci.[8, с.50],[8, с.50](13)
14. Mehmet Zeki Pakalın, Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü, Cilt: III, MEB Yayınları, İstanbul, 2004, s.116–118.
15.  1. deki kaynakla aynidir.
16.Dr.prof.İbrahim Kafesoğlu(Türk Milli KÜLTÜRÜ)(Ülke)
17.TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL* 1. ,  4. , 17 . kaynak aynıdır.
TARİHSEL SÜREÇTE BAYRAK VE SANCAKLARIMIZ Our Flag During the Historical Process Mahmut Enes SOYSAL*

12 Mayıs 2017 Cuma

                        "KÖNÜLLÜLƏR" NƏYƏ KÖNÜLLÜDÜRLƏR?!
Sizə də,mənə də məlumdur ki, vətənimizdə, Azerbaycan Oğuz Türk yurdunda hər il beynəlxalq yarışlar keçirilir.Bu yarışlar Azərbaycanın dünyada tanınması üçün xüsusi ilə əhəmiyyətlidir. Bu səbəbdən də ev sahibliyi etdiyimiz yarışlara həm maddi, həm də mənəvi cəhətdən ciddi hazırlıqlar edilir.Vətənimizdə keçirilən bu yarışlar Azərbaycan Türk mədəniyyətini,adət-ənənələrini,incəsənətini,tarixini gələn misafirlərə tanıdmağı da qarşısına məqsəd qoyurum. Bizim misafir sevərliyimiz,qonaq pərvərliyimiz xaricdən gələn qonaqlarımızın da diqqətini xüsusi ilə cəlb edir.Bu səbəbdəndir ki,gələn qonaqlarımıza yardımcı olsun deyə xüsusi "könüllülər" adlandırılan qrup təşkil edilmişdir ki,  onlara tariximizi,mədəniyyətimizi tanıdsınlar,şəhəri gəzərkən yardımcı olsunlar.Həqiqətən bu işi layiqi ilə görən könüllü həmvətənlərimiz vardır.Mənim ətrafımda ,dostlarımın arasında da xüsusi ilə bu işə önəm verən tanışlarım vardır və onlara vətənimizə xidmət məqsədiylə çalışdıqları üçün təşəkkür edirəm.Amma bu işdə çox da doğru yolu tutmayanlarda vardır.Sizə vətənimizə misafir olan və burda çalışan əslən İngilis olan bir tanışımızın qarşılaşdığı və təəccübləndiyi bir hadisədən bəhs edəcəyəm. Beləki uzun müddətdir Azərbaycanda yaşayan və Bakıda bir şirkətdə çalışan əslən İngilis olan bu dostumuz şəhərdə gəzərkən onun yarışlar səbəbi ilə vətənimizə gəldiyini zənn edən 6 nəfərlik gənc könüllü qrupu ona tərəf gələrək "Xoş gəldiniz,bizlər könüllüyük və sizin yardıma ehtiyacınız varsa, sizə kömək edə bilərik" deyirlər. Bizim əcnəbi dostumuz ,"Sağ olun mən artıq yerli sayılıram,buranı taniyiram " deyərək cavab verir.Bunun üzərinə söhbətə başlayırlar.Bizim xarici dostumuz qrupdakıların aralarında fərqli dildə yəni Azərbaycan Türkçəsində danışmadığını görür və " siz Azərbaycandan deyilsiniz hər halda ?" deyə sual edir. Məlum olur ki, iki könüllü əslən Azerbaycanlı deyil.Bunu öyrəndikdən sonra əcnəbi dostumuz digərlərinin də Azərbaycanlı olmadığını zənn etdiyini ,başqa dildə danışdıqlarını söyləyir. Düşünün bunu eşidən eslən Azərbaycanlı olan dörd nəfər sevinərək" Sağ  olun, bizi azərbaycanlı kimi görmədiyinizə sevindim" deyirlər. Hansı səbəbdən belə sevindikləri soruşulduqda isə  cavab olaraq əslən Azərbaycanlı olan bu 4 nəfərin ortaq cavabi belə olur" azərilər ya da siz necə deyirsiz ,azərbaycanlılar çox da mədəni olmurlar ,mədəniyyətsiz olurlar,çağdaş olmurlar.bizi onlara oxşadmadığınız üçün sağ olun."Bunun üzərinə xarici dostumuz "Sizin düşüncəniz heç də doğru deyil gənclər,mən çox zaman oldu burda çalışıram və tanışlarımızın çoxu Azərbaycanda böyüyüb və çox mədəniyyətli  dəyərli insanlardı.Həm siz burda Azərbaycanı tanıdmalısınız .Mən artıq buranın yerlisi sayılıram və burda tanışlarım olmasa sizin düşüncənizlə hərəkət etseydim, Azərbaycanın əhalisini və mədəniyyətini yanlış anlamış olardım" deyir.
Sizə bəhs etdiyim bu hadisədən xəbərdar olduqdan sonra ,mənə bu hadisəni  təəccüblə  danışan əcnəbi dostumuza xüsusi təşəkkür edtim.Çünki, bu dost özünün Azərbaycanlı olduğunu deyən və başqa dildə danışmağ, fərqli milllətdən biri kimi görünməyi mədəniyyət hesab edən sözdə "həmvətənlərimizə" yaxşı dərs vermişdi.Ama bu gəncələrin düşüncə tərzi məni çox məyus etdi. Sən Azərbaycanda yaşa,Azərbaycanın suyunu iç burada böyü ama arada bir dil öyrən özünü müasir hesab et və Azərbaycan xalqını mədəniyyətsiz hesab et!.Bu hal həqiqətən dəhşətdir və çox üzücüdür. Bizim yaxşı bir deyimimiz var"Tısbağa qınından çıxdı qınını bəyənmədi". Ama loru dillə desək,  bunlar heç qınlarından da çıxmayıblar,qının içində ola-ola ,bu qına sığına sığına qınlarını bəyənmirlər. Düşünün  öz dilində danışmayan və öz mədəniyyətini bəyənməyib ədabazlıq edənlər  Azərbaycanımızı necə tanıda bilərlər. Türk dünyasının görkəmli düşünürü şairi Bəxtiyar Vəhabzadə necə də gözəl deyib: Ey öz doğma dilində danışmağı ar bilən,
                                                                                Bunu iftixar bilən
                                                                                Modalı ədəbazlar
                                                                               Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
                                                                                Qoy bunlar mənim olsun.
                                                                    Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun.(1)
BU MİSRALAR HƏR ŞEYİ DEYİR ƏSLİNDƏ. Şairin diger misralarıda tam bu mövzunu əhatə edir :Gülmə öz kökünə, ayıbdır sənə!
                  “Ot kökü üstündə bitər, unutma,
                     Köhnə damğasını vurub atana,
                     Özgədən özünə sən ata tutma!()

                                                                      və ya
       Nəsənsə, özün ol,
      Kökündən yapış!
     Dünənə arxalan,
      Bu gündən yapış! ()
Qısaca sizlərə bildirmək istəryirəm ki, dəyərli  həmvətənlərim "Könüllü" olunca ilk öncə düşünün ki  nəyə könüllü olursunuz. Sizlər Azərbaycan Türk Yursdunu tanınmasına xidmət edirsiniz. Tanıdığım və bu işi layiqincə yerinə yetirən soydaşlarıma təşəkkür edirəm.Digərlərinə isə sadəcə  tutduqları yolun doğru olmadığını bildirmək istəyirəm.Unutmayin dünyanin dörd bir yanında yaşayan soydaşlarımız vətənin adini uca tutur və dilini yaşadır.Güney Azərbaycandakı Azərbaycanlı Oğuz Türkləri öz mədəniyyətini ,dilini yaşadmaq üçün mübarizə aparır.Azərbaycanda hər il yüksək səviyyəli beynəlxalq yarışlarin keçirilmə səbəbi mədəniyyətimizi ,tariximizi dünyaya tanıdmaqdır.İdmançılarımız adımızı ucaldsın deyə mücadələ edirlər. Lütfən bu əməklərə kölgə salacaq davranışlar sərgiləməyin.
İstifadə edilən mənbələr:
1) BƏXTİYAR VAHABZADƏ SEÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ,I CİLD "ÖNDƏR NƏŞRİYYAT" BAKI-2004
 Vahabzadə, I cild, 2004: 37)






9 Mayıs 2017 Salı

                      MLLİYƏTÇİLİK,TÜRK MİLLİYƏTÇİLİYİ, TÜRKÇÜLÜK....

YAZAR:AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.İstanbul 2017.

Azərbaycan Oğuz Türk yurdudur və bizlər Oğuz Türkləriyik.Bunu hər zaman yazılarımda xüsusi ilə qeyd edirəm.Sizlərə də məlum olduğu kimi əsla, digər milli azınlıqları "ötəkiləşdirmək" ,"o birileşdirmək "fikirində deyiləm.Ama bizləri ötəkiləşdirməyə çalışanlara qarşı bəzi gərçəkləri xatırlatmağı boynumun borcu bilirəm. Türk milləti olaraq həz zaman mərhəmətli və ədalətli olduğumuzu tarixi araşdıranlar bilirlər.Biz Türklər ,bizim vətən torpağımızda olan azınlıqlara qarşı daima xoşgörülü olmuşuqdur. Ama türklərin bu  yaxşı niyyətindən bir çox azınlıqlar istifade etmiş və bizlərin içərisində barınaraq, güclənərək bizlərə qarşı savaş açmışlar .Bölücülük və xəyanət  siyasəti həyata keçirmilər.Ən yaxın tarixdə bunu  ermənilərin və onların törəmələri olan asala,pkk, kimi örgütlərin siyasətində görürük. Hal bele olunca bizlərin-TÜRKLƏRİN hər zaman bilincli,birlik  halında olmağımız gərəkdiyini düşünürəm. Bu səbəbdən də Türk millətinə mənsub olduğumuzu hər zaman anlamamız və bunun bilincində yaşamamızın önəmli olduğundan yazılarımda xüsusi ilə bəhs edirəm. Türkçülük siyasətimizin və mədəniyyətimizin əsası olmalıdır. Çünki,milliyətçilik və ya Türkçülük ,Türk törəsinə əsaslanır ki,Türk törəsi də ədalət qavramının üzərində qurulmuşdur. Bu yazımda s Türk milliyətçiliyindən ,türkçülükdən bəhs edəcəyəm. Sizlər üçün"milliyətçilik nədir?",Türk milliyətçiliyi nədir və necə meydana gəlmişdir?,"Türkçü milliyətçilərin əsas amalı və düşüncəsi nə olmalıdır?" suallarına cavab tapmağa çalışacağam.
Digər məqaləmdə millət nədir? və bu qavram anlamı ilə əlaqədar fikirlərdən bəhs etmişdim.
Ama bu yazıma xüsusi ilə milliyətçilikdən bəhs edəcəyəm.

"Millət" sözcüyü ərəbcədən "mell" sözündən törəmiş dişi cinsli bir kəlimədir.Məna olaraq məlum olan inanc sisteminə sahib olan insan qurupunu təmsil edir.Başqa bir deyişlə eyni inanc sistemini ve ya dini paylaşan insan qrupu deməkdir.Latıncada" millət" qavramının qarşılığı 
“nature/doğa”dan töredilmiş, “nation” ise Fransızcada doğum yeri anlamına gəlməkdədir. Kökən bəlirləyicisidir. Millət qavramı zaman sürəsi içində günümüz  AzərbaycanTürkçəsində məna dəyişiminə məruz qalmış  və Ərəbcədəki mənasından fərqli anlam qazanmışdır. Ərabcə kökənli “millət”, Latınca kökənli “national” ve günümüz Türkçəsindəki “ulus”- əski Türkçədə “budun”- qavramı sosyal bilimlerde gənəldə bir düzənləmə və örgütlənmə biçimi olarak tanımlanmaktadır.(1)
"Milliyətçilik çox zaman bəlirli bir dildə təhsil,öz dilində tv kanalı, müqəddəs abidələrin qorunması kimi simgə hədəflərin arxacınca qaçmaqdır"Anthony D. Smith
    " Milliyətçilik" termini ilk dəfə Alman filosof J.G.Herder  tərəfindən 18.yüzilin sonlarında çalışmalarında,əsərlərində istifadə edilmişdir və ondan sonra 19.yüzildə-milliyətçilik dildə adət halını almışdır.(2).Milliyətçilik günümüzdə toplumsal,siyasal yaşamın ən evrənsəl-cihani və məşru-hüquqən  qəbul edilən dəyəri olaraq anlaşılmaqdadır(3).Milliyətçilik ,sadəcə bir toplumsal hərəkat çeşiti və bir siyasal ideoloji deyil, eyni zaman bir"kültür-xüsusi dəyərlər" biçimidir və "bir kültür-mədəniyyət/ kimlik biçimi olaraq" araşdırılması gərkən qavramdır(4).Fərqli bir şəkildə ifadə edilərsə, milliyətçilik kriz anlarında ya da çatışmalarda bəlirginləşən və sadəcə dar anlamıyla siyasətlə əlaqədar bir qavram deyil,əksinə toplu kimliyə təməl təşkil etməkdə olan bir bireysəl-fərdi kimlik və kültür məsələsidir (5).Bir çox avropalı düşünür elə hesab edir ki,milliyətçiliklər millətləri yaratmışdır, millətlər milliyətçilikləri deyil. Polonyanın quruluşunda önəmli  bir yeri olan Pilsudski"nin qeyd etmiş olduğu kimi,"Dövlət milləti qurar,millət dövləti deyil".Bu araşdırmanı daha çox diqqətə gətirən  isə İtalyanın quruluşunda böyük bir rol oynayan Massimo d`Azeglo olmuşdur."İtalyanı yaratdıq,indi də İtalyanları yaratmalıyıq"(6).Xüsusi ilə "Millətlər və Milliyətçiliklər"(1983) kitabı ilə milliyətçilik araşdırmaçılarının ən önəmli isimlərindən biri olan Gellner, millətlərin əşyanın təbiətində var olan və təbii türlər siyasi,fəlsəfi,dini,fikri qavramların bütününün(doktirinin) siyasal qavram olmadığını göstərərək, milliyətçilik əfsanəsinin qəbul edilməyəcəyini  vurqulamışdır. Milliyətçilik tamamən modern-müasir,yeni  çağa aiddir . Buna əsaslanarq ,Gellnerin(1983,s.55) çarpıcı ifadəsi ilə ,"milliyətçilik milLətləri doğura bilərdi,millətlər milliyətçiliyi deyil"(7)
Milliyetçiliklə əlaqədar  son illərə qədər düşünürlər,araşdırmaçılar hesab edirlər ki, iki tip milliyətçilik /ulusalçılıq vardır . Çeşidli-müxtəlif milliyətçiliklər ,"yaxşı"  milliyətçilik və pis milliyətçilik şəklində ,bir-birindən fərqli qavramlarmış kimi ,ikiyə ayrılmışdır.(8).Ama söz etdiyimiz bu ayrım  milliyətçiliklərin öz arasındakı ortaq nöqtələri gizləyən və anlaşılmasını çətinləşdirən bir ayrımdır.(9).Müxtəlif milliyətçilikləri ikiyə ayırmaq,bir-birindən tamamən fərqli ,"yaxşı" və "pis" ya da "kültürəl-mədəni" və "siyasal" olaraq milliyətçilikləri/ulusalcılıkları sinifləndirmək," yurd üçün ölməkdən vətən üçün öldürməyə keçişi fərqləndirmək qədər çətindir"(10).Milliyətçiliklə əlaqədar çalışmalarda,əsərlərdə çox tez-tez qarşılaşılan bu ayrımın bir tərəfində ,"siyasal" ya da "sivil" milliyətçilik olaraq adlandırılan,bəlirli bölgəyə aid- teritoryal təməldə yurddaşlık əsasına dayanan  və çoxunluqla Qərbi Avropada örnəklərinə aid edilən "yaxşı" milliyətçilik vardır.Bu milliyətçiliklər/ulusalcılıqlar,xoşgörülü ,cihani,barışcıl olub,milləti təşkil edən  fərdlər arasında"yurddaşlıq"qavramı altında "bərabər" olaraq yaşadıqları milliyətçiliklərdir. Digər milliyətçiliklərə qarşı  olumlu yanaşan ,həttaa  onları qəbul edən bu milliyətçilik "QƏRB"Ə AİD OLANDIR ,OLMAsI GƏRƏKƏNDİR VƏ YAXŞI OLANDIR. Digər tərəfdə isə "kültürəl" ya da "etnik" milliyətçilik olaraq müəyyənləşdirilən, " pis" milliyətçiliklər vardır.Yaygın olaraq şərqi-doğu Avropada,Balkan milliyətçiliklərinə işarət edən bu tip milliyətçiliklər etnik/kültürəl azınlıqlar başda gəlmək üzərə yurddaşları təyziq göstərən milliyətçilikdir.Dil və kültür birliyini vurgulayan bu milliyətçilik yekparedir.Bu milliyətçilər dışlayıcı ,fanatik və saldırqan olub,vəhşilik və savaşa yol açan milliyətçiklərdir. Daxildəki və xarcdəki milliyətçiliklərə boyun əydirməyə çalışan,onları kökdən qəbul etməyən,yok etməyə çalışan"digərlərinə" aid" pis" milliyətçiliklərdir.(Smith, 1991; 1999; Balibar, 1991a; Billig, 1995; Bora, 1995).(11).
Yuxarıda bəhs etdiyimiz ,avropalı düşünürlər tərəfindən qeyd edilən bu ayrım olduqca sorunlu ,şübhə doğuran bir ayrımdı.Hər nə qədər Qərbli "sivil-siyasal"milliyətçiliklər ilə Şərqli "etnik" milliyətçiliklər arasında şübhəsiz önəmli fərqliliklər olsa da ,həm bu fərqliliklər dəqiq  deyildir həm də bu iki tip arasındakı tamamlayıcı əlaqə  mütləq bir ayırım etməni imkansızlaşdırır. Çünki, hər milliyətçilik/ulusalcılık ,dəyişəgən və fərqli biçimlərdə həm siyasal ,həm də etnik milliyətçiliyə məxsus xüsusiyyətləri özündə-bünyəsində birləşdirir. Bəzən sivil/siyasal milliyətçiliyə dair ünsürlər,bəzən də etnik/kültürəl milliyətçiliyə dair ünsürlə daha təsirli olsa da hər zaman  sivil tipi ilə etnik tip bir-biri ilə harmanlanmışdır.(12).Fərqli bir ifadəylə ,hər milliyətçilik ,kültürəl/etnik milliyətçilik və siyasai milliyətçilik iç-içə keçmiş  bir durum ərz edir-meydana gətirir.Qaldı ki,iç-içəlik durumu sadəcə kültürəl/etnik milliyətçilik ilə sivil/siyasal milliyətçilikarasinda deyildir.Balibarın qeyd etmiş olduğu kimi(13) milliyətçilik ulusalcılıq ilə irqçilik arasındakı əlaqdə də sadəcə bir"dönüşmə"  problemi deyil,bir " tarixsəl əlavələnmə" problemi vardır. və milliyətçilik ilə irqçilik arasındakı aydınlanma hər zaman qarşıqlıq mövcud olmuşdur. "İrqçilik, milliyətçiliyin bir "xaricə çıxmağı" deyil ,milliyətçiliyə bir əlavədir, ona müqayisədə hər zaman çoxdur,ama onun inşası üçün hər zaman lazımlıdır"(14).Bu durum  istisna bir vəziyyət-anomali deyildir. Ulusalcılıq/Milliyətçilik və irqçilik bir-biriylə dərindən əlaqəlidir və çağdaş demokrasinin  ayrılmaz xüsuziyyətidir (15).
Hər milliyətçilik içində,həm etnik həm də sivil özəlliklərin hakim olduğu örnəklər -daimi bir təsir və rəqabət halında- bir arada var olmaqdadır.Connor"da  Etnonationalism: The Quest for Understanding (1994) kitabinda milliyətçilik və etnik milliyətçilik ayrımına dair önemli bir meydan oxuma  gerçəkləşdirmişdir. Connar`a görə millət, eyni Atadan gəldiklərinə inanan insanların meydana gətirdikləri bir grup,milliyətçilik də insanların bu şəkildə tanınan millətlə özləşməsi və ona olan sədaqətidir.Bu səbəbdən ,etnik milliyətçilikdəki"etnik" kəliməsi  gərəksizdir. Çünki bütün milliyətçiliklər/ulusalcılıqlar dəyişən ölçüdə də olsa ,doğası gərəyi etnikdir(16)
Milliyətçilik,bir millətin özərklik ,birlik və kimlik qazanmasını və bunları qorumasını hədəfləyir. Milli kimlik insanları fərqliliklərinə rağmən bir arada tutan bir dayanışma qaynağı oladuğu da gözardı edilməməlidir. Milliyətçilik insanları duygusal olaraq  hərəkətləndirir. Böyük və qarmaşıq bir toplumsal dünyada insanlara ayidiyyatlıq  duyğusu  verir. Bu baxımdan,milliyətçiliyin,çox geniş insan  qruplarındakı  qarşılıqlı  bağlılığın bir qaynağı olaraq  görülməsi də mümükündür.(17)
"Milliyətçilik" mümkün, tarixi ve sosioloji bir varlık ve sinifləndirilmiş bir olqu olan millət üzərinə  təşkil edilmiş ve sistemləndirilmiş bir düşüncə biçimi vəya anlayışıdır deyə bilərik. Bu baxımdan millət bir gərçəkdir ve milliyetçilik ise bu gərçəyin bilinçli (şuurlu) bir biçimdə fərqinə varmakdır ya da başka bir deyişlə ve yorumla milliyətçilik yalnızca ciddi çatışmalarda özünü gösteren saldırqan bir ideoloji, dönem dönem ortaya çıkan bir “moda” deyildir. Milliyetçilik hər şeydən öncə bilincimizə bir şəkil verən, dünyanı mənalandırmağımızı təşkil edən bir söylem; başqa bir deyişlə, toplu kimliklərimizi bəlirləyən, günlük danışıqlarımızı, davranış və tutumlarımızı yönləndiren bir görmə ve şərh etmə, bir algılama biçimidir; deyə bilərik.(18)

Sizlərə Avropalıların milliyətçilik anlayışından bəhs etdim.İndisə biz türklərin milliyətçilik anlayışından-Türkçülükdən bəhs edəcəyəm.
Türkçülük ,Türk millətini yüksəldmək deməkdir.(19).
Türkçülüyün  məmləkətimizdə meydana  gəlməsindən əvvəl Avropada Türklüyə dair iki hərəkat mövcud olmuşdur.Bunlardan birirncisi Fransızcada" Turquerie " deyilən Türkpərəstlikdir-Türk heyranlığıdır.Türklərin  əl işi olan ipəkli yun toxumalar,xalçalar,klimlər,çinilər,dəmirçi və maranqoz işləri;mücəllidlərin , təzibçilərin yazdıqları cildlər ,manqallar,şamdanlar və.b. kimi Türk sənətinin əsərləri çoxdan Avropadakı " sənət severlərin"  diqqətini cəlb etmişdi. Bunlar Türklərin əsəri olan bu gözəl əşyaları minlərcə pul xərçləyərək toplayarlar və evlərində bir türk salonu yaxud Türk otağı  meydana gətirərlər. Bəziləri də bunları başqa millətlərə aid  estetik dəyərli  sənət əsərləri ilə bərabər ,bibloları-müxtəlif mazəmələrdən hazirlanan heykel sənət əsərləri arasında toplayarlardı.
Avropalı rəssamların Türk həyatına  dair çəkdikləri tablolar,şairlərin və filosofların Türk əxlaqını anladmaq üçün yazdığları kitablar  da "Turquerie" daxil olurdu. Lamartine`in,Auguste Comte`un,Pierre Lafitte`in,Ali Paşanın xüsusi katibi  olan Mismer`in,Pierre Loti`nin,Farrere`in Türklər haqqındakı dostanə yazıları bu qəbildəndir.
 Avropada meydana gələn ikinci hərəkata da Türkiyat (Türkoloji) adı verilmişdir.Rusyada,Almaniyada,Macarıstanda,Danimarkada,Fransada,ingiltərədə bir çox elm adamları əski Türklərə,Hunlara və Moğollara dair tarixi və arxeoloji incələmələr etməyə başlamışlar.Türklərin çox əski bir irq, millət olduğunu, daha geniş bir sahəyə yayılmış olduqlarını və müxtəlif zamanlarda cihangiranə(dünyaya hakim olan) dövlətlər və yüksək mədəniyyətlər meydana gətirdiyini  aydınlatdılar.(20)
Avropada meydana gələn Türkçülük sonradan  aydınlarımızın xüsusi cabası ilə Türk yurdunda və  Türk millətində yayqınlaşdı. Qısaca mən Türkçülüyün Türk millətinin özünə dönməsinə bir addim və Ziya Gökalpın söyləmiş olduğu olduğu kimi Türk millətini yüksəltmək  hədəfi olaraq görürəm.

Türk millətinin görkəmli siyasətçilərindən Alparslan Türkeşin milliyətçiliklə əlaqədar sözlərini sizlərlə paylaşmaq istərdim.Türkeşə görə Türk milliyətçiliyinin təməl görüşü belədir: “Türk millətindən olmaq, Türk millətini sevmək və Türk dövlətinə sədaqətlə hizmət eşqi daşımaq, vətənə bağlılıq duygusu içində olmaq və Türk millətinin yüksəlməsi üçün əlindən gələn hər fədakarlığı etmək ve çalışmaq duyqusu ve şüurudur. Bu duygu və şüurua malik olan herkes Türkdür. Qəlbində yabancı başqa bir millətin özləmini, bənzətməsini daşımayan, özünü Türk hissedən, Türklüyü mənimsəyən ve Türk Millətinə, dövletine  xidmət sevgisi daşıyan herkes Türk’tür.”
Türk millətini sevməyən milliyətçi olamazdı. Türkeş, bu önemli nöqtəyə, “Bizim milliyətçiliyimiz, Türk millətinə qarşı duyulan dərin ve köklü bir sevgi və Türk millətinin içində olduğu müşkül durumdan bir an öncə ən çağdaş, ən elmi üsullarla çıxarılaraq ən qısa yoldan çağdaş uygarlığın-mədəniyyətin ən ön sirasına keçirilməsini sağlama duygusundan qüvvet alır” Milliyətçilik, öz millətinə dərin bir sevgi bəsləmə ilə birlikdə diger millətlərə qarşı xoşgörünü də əhatə etməkdədir..
Aplaslan Türkeş Türkçülüklə əlaqədar düşüncələrini isə belə dilə gətirmişdir:"“Milliyətçiyiz, Türkçüyüz. Niyə Türkçüyüz? Çünkü millətimiz Türk Milləti’dir. Türkçülük, Türk millətinin həyatının hər anında etdəcəyi hər şeyin Türk ruhuna, Türk gələnəyinə-törəsinə uygun olması və Türkə yararlı olması məqsədinin, fikrinin ön planda tutulmasıdır.”
Türk milletinin ‘kutlu,müqəddəs güç qaynaqlarının’ başında İslamiyyət, Milliyətçilik və Türkçülük gəlirdi. Türkeş, gənçlərə xitab edərken Bilgə Kağan kimi; “Ey Türk! Titrə və özünə dön” diyərək müraciət edirdi..
(21)
Sizlərlə Türk miliyətçiliyindən bəhs etdik.BİZLƏR Türk milləti olaraq birlik və bərabərlik içində olmalıyıq.Yurdumuza,vətənimizə sahib çIxmaq bizlərin borcudur.Dünyada milyonlarca Türk vardır.Hər birimizə məlumdur ki,Uyğur,Güney AZERBAYCANLI,Kərküklü Türk qandaşlarımız zülümə məruz qalır.Türk milləti olaraq,türkçülər olaraq bu zülmə son verilməsi üçün əlimizdən gələni etməliyik.Bizlər hər zaman güclü və biRlik halında olmalıyıq.Son olaraq  ulu xaqanımız Mete Xanın bu sözlərini xatırlatmaq istərdim"Siz bir-birinizdən ayrılsanız,Hepinizi ox kimi qırıb,parçalara ayırarlar!Amma birlik olsanız,Heç bir qüvvət sizi qira bilməz!.


 Xüsusi Teşekkür verdiyi deyerli bilgiler üçün Türk komutan İshak Çelik beye saygılar.

İstifadə edilən mənbələr:
1.Millet ve Milliyetçiliğin Doğuşu Üzerine Kuramsal Yaklaşımlar *makale Artum Dinc.
2. ANADOLU ÜNİVERSİTESİ SOSYAL BİLİMLER DERGİSİ ANADOLU UNIVERSITY JOURNAL OF SOCIAL SCIENCES Cilt/Vol.:7- Sayı/No: 1 : 279-298 (2007) MİLLİYETÇİLİK: KURAMSAL BİR DEĞERLENDİRME Yrd. Doç.Dr. Emre GÖKALP*
3. Anderson, B. (1983). Hayali Cemaatler. Milliyetçiliğin Kökenleri ve Yayılması, (Çev.: İ.Savaşır) İstanbul: Metis, 1995.
4.Simith, (1991). Milli Kimlik. (Çev.: B. S. Şener) İstanbul: İletişim, 1994. s.118
5.Calhoun, C., (1997). Nationalism. Buckingham: Open University Press.s.3
6.Hobsbawm, E.J. (1992). 1780’den Günümüze Milletler ve Milliyetçilik,” (Çev.: O. Akınhay) İstanbul: Ayrıntı, 1993. s.63
7.Gellner, E., (1983). Nations and Nationalisms. Oxford: Blackwell, 1994.s 55
8.Örneğin Horace B. Davis’a göre, bir tarafta genellikle duygusal olmaktan çok rasyonel olan Aydınlanma milliyetçiliği, diğer tarafta ise Herder ve Fichte gibi Alman romantik yazarlarınca geliştirilen kültür ve geleneğe dayalı, milletin doğal bir topluluk olduğunu dolayısıyla kutsal, ebedi, organik bir varlık olduğunu varsayan bir milliyetçilik olmak üzere iki tip milliyetçilik vardır (Akt. Chatterjee,1996, s.48).
9. Calhoun, C., (1997). Nationalism. Buckingham: Open University Press.s..3
10. Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 63
11.   1) Simith,(1991). Milli Kimlik. (Çev.: B. S. Şener) İstanbul: İletişim, 1994.
       2)Smith, A.D. (1999). Myths and Memories of the Nation., Oxford: Oxford University Press
       3)Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 50-87.
       4)Billig, M. (1995). Banal Nationalism. Londra: Sage, 1997.
        5)Bora, T. (1995). Milliyetçiliğin Kara Baharı. İstanbul: Birikim.
12. Bu bağlamda Habermas (1996), Avrupa’da ulus düşüncesinin tarihsel olarak anayasal yurttaşlığı teşvik etmekten çok etnik merkezli ve yabancı düşmanı versiyonunu içinde politik bir araç olarak kullanıldığına dikkat çekmektedir..
13.  Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 67
14 . 13. dekikaynakla aynıdır.
15.  Torfing, J (1999). New Theories of Discourse; Laclau, Mouffe and Zizek.Oxford: Blackwell
16. Yıldız, A. (2001). “Ne Mutlu Türküm Diyebilene.” Türk Ulusal Kimliğinin Etno-Seküler Sınırları (1919-1938), İstanbul: İletişim
17.  ANADOLU ÜNİVERSİTESİ SOSYAL BİLİMLER DERGİSİ ANADOLU UNIVERSITY JOURNAL OF SOCIAL SCIENCES Cilt/Vol.:7- Sayı/No: 1 : 279-298 (2007) MİLLİYETÇİLİK: KURAMSAL BİR DEĞERLENDİRME Yrd. Doç.Dr. Emre GÖKALP* .s.269
18.    1. deki kaynakla aynıdır.
19.Türkçülüğün Esasları -Ziya Gökalp,Toker Yayınları,2002
20. Türkçülüğün Esasları Ziya Gökalp Millî İçtimâiyât Kütüphânesi Sayı: 1 Ocaklılara Armağan Ankara-Matbûât ve İstihbârât Matbaası 1339 [1923] Hazırlayan Dr. Salim Çonoğlu.Ötüken.
21.   235) ALPARSLAN TÜRKEŞ’İN MİLLİYETÇİLİK TANIMI
Yayin Tarihi 26 Mayıs, 2010
Kategori SİYASİ . www/yeniden/ergenekon.com