9 Mayıs 2017 Salı

                      MLLİYƏTÇİLİK,TÜRK MİLLİYƏTÇİLİYİ, TÜRKÇÜLÜK....

YAZAR:AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih ve Medeniyet Araştırmaları Bölümü.Yüksek Lisans.İstanbul 2017.

Azərbaycan Oğuz Türk yurdudur və bizlər Oğuz Türkləriyik.Bunu hər zaman yazılarımda xüsusi ilə qeyd edirəm.Sizlərə də məlum olduğu kimi əsla, digər milli azınlıqları "ötəkiləşdirmək" ,"o birileşdirmək "fikirində deyiləm.Ama bizləri ötəkiləşdirməyə çalışanlara qarşı bəzi gərçəkləri xatırlatmağı boynumun borcu bilirəm. Türk milləti olaraq həz zaman mərhəmətli və ədalətli olduğumuzu tarixi araşdıranlar bilirlər.Biz Türklər ,bizim vətən torpağımızda olan azınlıqlara qarşı daima xoşgörülü olmuşuqdur. Ama türklərin bu  yaxşı niyyətindən bir çox azınlıqlar istifade etmiş və bizlərin içərisində barınaraq, güclənərək bizlərə qarşı savaş açmışlar .Bölücülük və xəyanət  siyasəti həyata keçirmilər.Ən yaxın tarixdə bunu  ermənilərin və onların törəmələri olan asala,pkk, kimi örgütlərin siyasətində görürük. Hal bele olunca bizlərin-TÜRKLƏRİN hər zaman bilincli,birlik  halında olmağımız gərəkdiyini düşünürəm. Bu səbəbdən də Türk millətinə mənsub olduğumuzu hər zaman anlamamız və bunun bilincində yaşamamızın önəmli olduğundan yazılarımda xüsusi ilə bəhs edirəm. Türkçülük siyasətimizin və mədəniyyətimizin əsası olmalıdır. Çünki,milliyətçilik və ya Türkçülük ,Türk törəsinə əsaslanır ki,Türk törəsi də ədalət qavramının üzərində qurulmuşdur. Bu yazımda s Türk milliyətçiliyindən ,türkçülükdən bəhs edəcəyəm. Sizlər üçün"milliyətçilik nədir?",Türk milliyətçiliyi nədir və necə meydana gəlmişdir?,"Türkçü milliyətçilərin əsas amalı və düşüncəsi nə olmalıdır?" suallarına cavab tapmağa çalışacağam.
Digər məqaləmdə millət nədir? və bu qavram anlamı ilə əlaqədar fikirlərdən bəhs etmişdim.
Ama bu yazıma xüsusi ilə milliyətçilikdən bəhs edəcəyəm.

"Millət" sözcüyü ərəbcədən "mell" sözündən törəmiş dişi cinsli bir kəlimədir.Məna olaraq məlum olan inanc sisteminə sahib olan insan qurupunu təmsil edir.Başqa bir deyişlə eyni inanc sistemini ve ya dini paylaşan insan qrupu deməkdir.Latıncada" millət" qavramının qarşılığı 
“nature/doğa”dan töredilmiş, “nation” ise Fransızcada doğum yeri anlamına gəlməkdədir. Kökən bəlirləyicisidir. Millət qavramı zaman sürəsi içində günümüz  AzərbaycanTürkçəsində məna dəyişiminə məruz qalmış  və Ərəbcədəki mənasından fərqli anlam qazanmışdır. Ərabcə kökənli “millət”, Latınca kökənli “national” ve günümüz Türkçəsindəki “ulus”- əski Türkçədə “budun”- qavramı sosyal bilimlerde gənəldə bir düzənləmə və örgütlənmə biçimi olarak tanımlanmaktadır.(1)
"Milliyətçilik çox zaman bəlirli bir dildə təhsil,öz dilində tv kanalı, müqəddəs abidələrin qorunması kimi simgə hədəflərin arxacınca qaçmaqdır"Anthony D. Smith
    " Milliyətçilik" termini ilk dəfə Alman filosof J.G.Herder  tərəfindən 18.yüzilin sonlarında çalışmalarında,əsərlərində istifadə edilmişdir və ondan sonra 19.yüzildə-milliyətçilik dildə adət halını almışdır.(2).Milliyətçilik günümüzdə toplumsal,siyasal yaşamın ən evrənsəl-cihani və məşru-hüquqən  qəbul edilən dəyəri olaraq anlaşılmaqdadır(3).Milliyətçilik ,sadəcə bir toplumsal hərəkat çeşiti və bir siyasal ideoloji deyil, eyni zaman bir"kültür-xüsusi dəyərlər" biçimidir və "bir kültür-mədəniyyət/ kimlik biçimi olaraq" araşdırılması gərkən qavramdır(4).Fərqli bir şəkildə ifadə edilərsə, milliyətçilik kriz anlarında ya da çatışmalarda bəlirginləşən və sadəcə dar anlamıyla siyasətlə əlaqədar bir qavram deyil,əksinə toplu kimliyə təməl təşkil etməkdə olan bir bireysəl-fərdi kimlik və kültür məsələsidir (5).Bir çox avropalı düşünür elə hesab edir ki,milliyətçiliklər millətləri yaratmışdır, millətlər milliyətçilikləri deyil. Polonyanın quruluşunda önəmli  bir yeri olan Pilsudski"nin qeyd etmiş olduğu kimi,"Dövlət milləti qurar,millət dövləti deyil".Bu araşdırmanı daha çox diqqətə gətirən  isə İtalyanın quruluşunda böyük bir rol oynayan Massimo d`Azeglo olmuşdur."İtalyanı yaratdıq,indi də İtalyanları yaratmalıyıq"(6).Xüsusi ilə "Millətlər və Milliyətçiliklər"(1983) kitabı ilə milliyətçilik araşdırmaçılarının ən önəmli isimlərindən biri olan Gellner, millətlərin əşyanın təbiətində var olan və təbii türlər siyasi,fəlsəfi,dini,fikri qavramların bütününün(doktirinin) siyasal qavram olmadığını göstərərək, milliyətçilik əfsanəsinin qəbul edilməyəcəyini  vurqulamışdır. Milliyətçilik tamamən modern-müasir,yeni  çağa aiddir . Buna əsaslanarq ,Gellnerin(1983,s.55) çarpıcı ifadəsi ilə ,"milliyətçilik milLətləri doğura bilərdi,millətlər milliyətçiliyi deyil"(7)
Milliyetçiliklə əlaqədar  son illərə qədər düşünürlər,araşdırmaçılar hesab edirlər ki, iki tip milliyətçilik /ulusalçılıq vardır . Çeşidli-müxtəlif milliyətçiliklər ,"yaxşı"  milliyətçilik və pis milliyətçilik şəklində ,bir-birindən fərqli qavramlarmış kimi ,ikiyə ayrılmışdır.(8).Ama söz etdiyimiz bu ayrım  milliyətçiliklərin öz arasındakı ortaq nöqtələri gizləyən və anlaşılmasını çətinləşdirən bir ayrımdır.(9).Müxtəlif milliyətçilikləri ikiyə ayırmaq,bir-birindən tamamən fərqli ,"yaxşı" və "pis" ya da "kültürəl-mədəni" və "siyasal" olaraq milliyətçilikləri/ulusalcılıkları sinifləndirmək," yurd üçün ölməkdən vətən üçün öldürməyə keçişi fərqləndirmək qədər çətindir"(10).Milliyətçiliklə əlaqədar çalışmalarda,əsərlərdə çox tez-tez qarşılaşılan bu ayrımın bir tərəfində ,"siyasal" ya da "sivil" milliyətçilik olaraq adlandırılan,bəlirli bölgəyə aid- teritoryal təməldə yurddaşlık əsasına dayanan  və çoxunluqla Qərbi Avropada örnəklərinə aid edilən "yaxşı" milliyətçilik vardır.Bu milliyətçiliklər/ulusalcılıqlar,xoşgörülü ,cihani,barışcıl olub,milləti təşkil edən  fərdlər arasında"yurddaşlıq"qavramı altında "bərabər" olaraq yaşadıqları milliyətçiliklərdir. Digər milliyətçiliklərə qarşı  olumlu yanaşan ,həttaa  onları qəbul edən bu milliyətçilik "QƏRB"Ə AİD OLANDIR ,OLMAsI GƏRƏKƏNDİR VƏ YAXŞI OLANDIR. Digər tərəfdə isə "kültürəl" ya da "etnik" milliyətçilik olaraq müəyyənləşdirilən, " pis" milliyətçiliklər vardır.Yaygın olaraq şərqi-doğu Avropada,Balkan milliyətçiliklərinə işarət edən bu tip milliyətçiliklər etnik/kültürəl azınlıqlar başda gəlmək üzərə yurddaşları təyziq göstərən milliyətçilikdir.Dil və kültür birliyini vurgulayan bu milliyətçilik yekparedir.Bu milliyətçilər dışlayıcı ,fanatik və saldırqan olub,vəhşilik və savaşa yol açan milliyətçiklərdir. Daxildəki və xarcdəki milliyətçiliklərə boyun əydirməyə çalışan,onları kökdən qəbul etməyən,yok etməyə çalışan"digərlərinə" aid" pis" milliyətçiliklərdir.(Smith, 1991; 1999; Balibar, 1991a; Billig, 1995; Bora, 1995).(11).
Yuxarıda bəhs etdiyimiz ,avropalı düşünürlər tərəfindən qeyd edilən bu ayrım olduqca sorunlu ,şübhə doğuran bir ayrımdı.Hər nə qədər Qərbli "sivil-siyasal"milliyətçiliklər ilə Şərqli "etnik" milliyətçiliklər arasında şübhəsiz önəmli fərqliliklər olsa da ,həm bu fərqliliklər dəqiq  deyildir həm də bu iki tip arasındakı tamamlayıcı əlaqə  mütləq bir ayırım etməni imkansızlaşdırır. Çünki, hər milliyətçilik/ulusalcılık ,dəyişəgən və fərqli biçimlərdə həm siyasal ,həm də etnik milliyətçiliyə məxsus xüsusiyyətləri özündə-bünyəsində birləşdirir. Bəzən sivil/siyasal milliyətçiliyə dair ünsürlər,bəzən də etnik/kültürəl milliyətçiliyə dair ünsürlə daha təsirli olsa da hər zaman  sivil tipi ilə etnik tip bir-biri ilə harmanlanmışdır.(12).Fərqli bir ifadəylə ,hər milliyətçilik ,kültürəl/etnik milliyətçilik və siyasai milliyətçilik iç-içə keçmiş  bir durum ərz edir-meydana gətirir.Qaldı ki,iç-içəlik durumu sadəcə kültürəl/etnik milliyətçilik ilə sivil/siyasal milliyətçilikarasinda deyildir.Balibarın qeyd etmiş olduğu kimi(13) milliyətçilik ulusalcılıq ilə irqçilik arasındakı əlaqdə də sadəcə bir"dönüşmə"  problemi deyil,bir " tarixsəl əlavələnmə" problemi vardır. və milliyətçilik ilə irqçilik arasındakı aydınlanma hər zaman qarşıqlıq mövcud olmuşdur. "İrqçilik, milliyətçiliyin bir "xaricə çıxmağı" deyil ,milliyətçiliyə bir əlavədir, ona müqayisədə hər zaman çoxdur,ama onun inşası üçün hər zaman lazımlıdır"(14).Bu durum  istisna bir vəziyyət-anomali deyildir. Ulusalcılıq/Milliyətçilik və irqçilik bir-biriylə dərindən əlaqəlidir və çağdaş demokrasinin  ayrılmaz xüsuziyyətidir (15).
Hər milliyətçilik içində,həm etnik həm də sivil özəlliklərin hakim olduğu örnəklər -daimi bir təsir və rəqabət halında- bir arada var olmaqdadır.Connor"da  Etnonationalism: The Quest for Understanding (1994) kitabinda milliyətçilik və etnik milliyətçilik ayrımına dair önemli bir meydan oxuma  gerçəkləşdirmişdir. Connar`a görə millət, eyni Atadan gəldiklərinə inanan insanların meydana gətirdikləri bir grup,milliyətçilik də insanların bu şəkildə tanınan millətlə özləşməsi və ona olan sədaqətidir.Bu səbəbdən ,etnik milliyətçilikdəki"etnik" kəliməsi  gərəksizdir. Çünki bütün milliyətçiliklər/ulusalcılıqlar dəyişən ölçüdə də olsa ,doğası gərəyi etnikdir(16)
Milliyətçilik,bir millətin özərklik ,birlik və kimlik qazanmasını və bunları qorumasını hədəfləyir. Milli kimlik insanları fərqliliklərinə rağmən bir arada tutan bir dayanışma qaynağı oladuğu da gözardı edilməməlidir. Milliyətçilik insanları duygusal olaraq  hərəkətləndirir. Böyük və qarmaşıq bir toplumsal dünyada insanlara ayidiyyatlıq  duyğusu  verir. Bu baxımdan,milliyətçiliyin,çox geniş insan  qruplarındakı  qarşılıqlı  bağlılığın bir qaynağı olaraq  görülməsi də mümükündür.(17)
"Milliyətçilik" mümkün, tarixi ve sosioloji bir varlık ve sinifləndirilmiş bir olqu olan millət üzərinə  təşkil edilmiş ve sistemləndirilmiş bir düşüncə biçimi vəya anlayışıdır deyə bilərik. Bu baxımdan millət bir gərçəkdir ve milliyetçilik ise bu gərçəyin bilinçli (şuurlu) bir biçimdə fərqinə varmakdır ya da başka bir deyişlə ve yorumla milliyətçilik yalnızca ciddi çatışmalarda özünü gösteren saldırqan bir ideoloji, dönem dönem ortaya çıkan bir “moda” deyildir. Milliyetçilik hər şeydən öncə bilincimizə bir şəkil verən, dünyanı mənalandırmağımızı təşkil edən bir söylem; başqa bir deyişlə, toplu kimliklərimizi bəlirləyən, günlük danışıqlarımızı, davranış və tutumlarımızı yönləndiren bir görmə ve şərh etmə, bir algılama biçimidir; deyə bilərik.(18)

Sizlərə Avropalıların milliyətçilik anlayışından bəhs etdim.İndisə biz türklərin milliyətçilik anlayışından-Türkçülükdən bəhs edəcəyəm.
Türkçülük ,Türk millətini yüksəldmək deməkdir.(19).
Türkçülüyün  məmləkətimizdə meydana  gəlməsindən əvvəl Avropada Türklüyə dair iki hərəkat mövcud olmuşdur.Bunlardan birirncisi Fransızcada" Turquerie " deyilən Türkpərəstlikdir-Türk heyranlığıdır.Türklərin  əl işi olan ipəkli yun toxumalar,xalçalar,klimlər,çinilər,dəmirçi və maranqoz işləri;mücəllidlərin , təzibçilərin yazdıqları cildlər ,manqallar,şamdanlar və.b. kimi Türk sənətinin əsərləri çoxdan Avropadakı " sənət severlərin"  diqqətini cəlb etmişdi. Bunlar Türklərin əsəri olan bu gözəl əşyaları minlərcə pul xərçləyərək toplayarlar və evlərində bir türk salonu yaxud Türk otağı  meydana gətirərlər. Bəziləri də bunları başqa millətlərə aid  estetik dəyərli  sənət əsərləri ilə bərabər ,bibloları-müxtəlif mazəmələrdən hazirlanan heykel sənət əsərləri arasında toplayarlardı.
Avropalı rəssamların Türk həyatına  dair çəkdikləri tablolar,şairlərin və filosofların Türk əxlaqını anladmaq üçün yazdığları kitablar  da "Turquerie" daxil olurdu. Lamartine`in,Auguste Comte`un,Pierre Lafitte`in,Ali Paşanın xüsusi katibi  olan Mismer`in,Pierre Loti`nin,Farrere`in Türklər haqqındakı dostanə yazıları bu qəbildəndir.
 Avropada meydana gələn ikinci hərəkata da Türkiyat (Türkoloji) adı verilmişdir.Rusyada,Almaniyada,Macarıstanda,Danimarkada,Fransada,ingiltərədə bir çox elm adamları əski Türklərə,Hunlara və Moğollara dair tarixi və arxeoloji incələmələr etməyə başlamışlar.Türklərin çox əski bir irq, millət olduğunu, daha geniş bir sahəyə yayılmış olduqlarını və müxtəlif zamanlarda cihangiranə(dünyaya hakim olan) dövlətlər və yüksək mədəniyyətlər meydana gətirdiyini  aydınlatdılar.(20)
Avropada meydana gələn Türkçülük sonradan  aydınlarımızın xüsusi cabası ilə Türk yurdunda və  Türk millətində yayqınlaşdı. Qısaca mən Türkçülüyün Türk millətinin özünə dönməsinə bir addim və Ziya Gökalpın söyləmiş olduğu olduğu kimi Türk millətini yüksəltmək  hədəfi olaraq görürəm.

Türk millətinin görkəmli siyasətçilərindən Alparslan Türkeşin milliyətçiliklə əlaqədar sözlərini sizlərlə paylaşmaq istərdim.Türkeşə görə Türk milliyətçiliyinin təməl görüşü belədir: “Türk millətindən olmaq, Türk millətini sevmək və Türk dövlətinə sədaqətlə hizmət eşqi daşımaq, vətənə bağlılıq duygusu içində olmaq və Türk millətinin yüksəlməsi üçün əlindən gələn hər fədakarlığı etmək ve çalışmaq duyqusu ve şüurudur. Bu duygu və şüurua malik olan herkes Türkdür. Qəlbində yabancı başqa bir millətin özləmini, bənzətməsini daşımayan, özünü Türk hissedən, Türklüyü mənimsəyən ve Türk Millətinə, dövletine  xidmət sevgisi daşıyan herkes Türk’tür.”
Türk millətini sevməyən milliyətçi olamazdı. Türkeş, bu önemli nöqtəyə, “Bizim milliyətçiliyimiz, Türk millətinə qarşı duyulan dərin ve köklü bir sevgi və Türk millətinin içində olduğu müşkül durumdan bir an öncə ən çağdaş, ən elmi üsullarla çıxarılaraq ən qısa yoldan çağdaş uygarlığın-mədəniyyətin ən ön sirasına keçirilməsini sağlama duygusundan qüvvet alır” Milliyətçilik, öz millətinə dərin bir sevgi bəsləmə ilə birlikdə diger millətlərə qarşı xoşgörünü də əhatə etməkdədir..
Aplaslan Türkeş Türkçülüklə əlaqədar düşüncələrini isə belə dilə gətirmişdir:"“Milliyətçiyiz, Türkçüyüz. Niyə Türkçüyüz? Çünkü millətimiz Türk Milləti’dir. Türkçülük, Türk millətinin həyatının hər anında etdəcəyi hər şeyin Türk ruhuna, Türk gələnəyinə-törəsinə uygun olması və Türkə yararlı olması məqsədinin, fikrinin ön planda tutulmasıdır.”
Türk milletinin ‘kutlu,müqəddəs güç qaynaqlarının’ başında İslamiyyət, Milliyətçilik və Türkçülük gəlirdi. Türkeş, gənçlərə xitab edərken Bilgə Kağan kimi; “Ey Türk! Titrə və özünə dön” diyərək müraciət edirdi..
(21)
Sizlərlə Türk miliyətçiliyindən bəhs etdik.BİZLƏR Türk milləti olaraq birlik və bərabərlik içində olmalıyıq.Yurdumuza,vətənimizə sahib çIxmaq bizlərin borcudur.Dünyada milyonlarca Türk vardır.Hər birimizə məlumdur ki,Uyğur,Güney AZERBAYCANLI,Kərküklü Türk qandaşlarımız zülümə məruz qalır.Türk milləti olaraq,türkçülər olaraq bu zülmə son verilməsi üçün əlimizdən gələni etməliyik.Bizlər hər zaman güclü və biRlik halında olmalıyıq.Son olaraq  ulu xaqanımız Mete Xanın bu sözlərini xatırlatmaq istərdim"Siz bir-birinizdən ayrılsanız,Hepinizi ox kimi qırıb,parçalara ayırarlar!Amma birlik olsanız,Heç bir qüvvət sizi qira bilməz!.


 Xüsusi Teşekkür verdiyi deyerli bilgiler üçün Türk komutan İshak Çelik beye saygılar.

İstifadə edilən mənbələr:
1.Millet ve Milliyetçiliğin Doğuşu Üzerine Kuramsal Yaklaşımlar *makale Artum Dinc.
2. ANADOLU ÜNİVERSİTESİ SOSYAL BİLİMLER DERGİSİ ANADOLU UNIVERSITY JOURNAL OF SOCIAL SCIENCES Cilt/Vol.:7- Sayı/No: 1 : 279-298 (2007) MİLLİYETÇİLİK: KURAMSAL BİR DEĞERLENDİRME Yrd. Doç.Dr. Emre GÖKALP*
3. Anderson, B. (1983). Hayali Cemaatler. Milliyetçiliğin Kökenleri ve Yayılması, (Çev.: İ.Savaşır) İstanbul: Metis, 1995.
4.Simith, (1991). Milli Kimlik. (Çev.: B. S. Şener) İstanbul: İletişim, 1994. s.118
5.Calhoun, C., (1997). Nationalism. Buckingham: Open University Press.s.3
6.Hobsbawm, E.J. (1992). 1780’den Günümüze Milletler ve Milliyetçilik,” (Çev.: O. Akınhay) İstanbul: Ayrıntı, 1993. s.63
7.Gellner, E., (1983). Nations and Nationalisms. Oxford: Blackwell, 1994.s 55
8.Örneğin Horace B. Davis’a göre, bir tarafta genellikle duygusal olmaktan çok rasyonel olan Aydınlanma milliyetçiliği, diğer tarafta ise Herder ve Fichte gibi Alman romantik yazarlarınca geliştirilen kültür ve geleneğe dayalı, milletin doğal bir topluluk olduğunu dolayısıyla kutsal, ebedi, organik bir varlık olduğunu varsayan bir milliyetçilik olmak üzere iki tip milliyetçilik vardır (Akt. Chatterjee,1996, s.48).
9. Calhoun, C., (1997). Nationalism. Buckingham: Open University Press.s..3
10. Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 63
11.   1) Simith,(1991). Milli Kimlik. (Çev.: B. S. Şener) İstanbul: İletişim, 1994.
       2)Smith, A.D. (1999). Myths and Memories of the Nation., Oxford: Oxford University Press
       3)Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 50-87.
       4)Billig, M. (1995). Banal Nationalism. Londra: Sage, 1997.
        5)Bora, T. (1995). Milliyetçiliğin Kara Baharı. İstanbul: Birikim.
12. Bu bağlamda Habermas (1996), Avrupa’da ulus düşüncesinin tarihsel olarak anayasal yurttaşlığı teşvik etmekten çok etnik merkezli ve yabancı düşmanı versiyonunu içinde politik bir araç olarak kullanıldığına dikkat çekmektedir..
13.  Balibar, E. (1991a). “Irkçılık ve Milliyetçilik,” E. Balibar & I. Wallerstein (Der) Irk, Ulus, Sınıf. Belirsiz Kimlikler. İstanbul: Metis, s. 67
14 . 13. dekikaynakla aynıdır.
15.  Torfing, J (1999). New Theories of Discourse; Laclau, Mouffe and Zizek.Oxford: Blackwell
16. Yıldız, A. (2001). “Ne Mutlu Türküm Diyebilene.” Türk Ulusal Kimliğinin Etno-Seküler Sınırları (1919-1938), İstanbul: İletişim
17.  ANADOLU ÜNİVERSİTESİ SOSYAL BİLİMLER DERGİSİ ANADOLU UNIVERSITY JOURNAL OF SOCIAL SCIENCES Cilt/Vol.:7- Sayı/No: 1 : 279-298 (2007) MİLLİYETÇİLİK: KURAMSAL BİR DEĞERLENDİRME Yrd. Doç.Dr. Emre GÖKALP* .s.269
18.    1. deki kaynakla aynıdır.
19.Türkçülüğün Esasları -Ziya Gökalp,Toker Yayınları,2002
20. Türkçülüğün Esasları Ziya Gökalp Millî İçtimâiyât Kütüphânesi Sayı: 1 Ocaklılara Armağan Ankara-Matbûât ve İstihbârât Matbaası 1339 [1923] Hazırlayan Dr. Salim Çonoğlu.Ötüken.
21.   235) ALPARSLAN TÜRKEŞ’İN MİLLİYETÇİLİK TANIMI
Yayin Tarihi 26 Mayıs, 2010
Kategori SİYASİ . www/yeniden/ergenekon.com


Hiç yorum yok:

Yorum Gönder