23 Eylül 2017 Cumartesi

                                          PİSİXİK   MÜALİCƏ.  



Həkimlər xəstələri yüzillərdir fiziki və pisixik (ruhsal) dərman və müalicələr yolu ilə sağlamlıqlarına qovuşdurur . Ancaq müasir çağda qərb mədəniyyətinin böyük bir qisminin ruhsal müalicəyə göstərdiyi maraq azalmışdır .   Əslində bütün müalicələrdə ruhsal yönün rolu olduğunu söyləsələr də , müalicə sırasında zehni   yönə  verilən önəm getdikcə azalmışdır. Bunun ən böyük səbəbinin Qərb mədəniyyətinin  fiziksəl müalicədə çox irəli səviyyədə inkişaf etməsi və çox xəstəliyi bu üsulla müalicə etməsidir.

 Tibb nə qədər   inkişaf  edərsə  etsin,  müalicələrə   xəstənin öz vəziyyətinə baxışı (pisixalojik  tərzdə) önəmini əsla i  tirməz.Ən sadə  pisixosomatik   xəstəliklərin müalicəsində  xəstənin iradəsinin çox   önəmli olduğunu bu sahədəki mütəxəsislər bütünlüklə qəbul  etmişlərdir. Şəxsin xəstəliyə qarşı mücadələyə hazır olması və yaxşılaşacağına olan  inancı , bu mücadələni qazanmasına və müalicə sürəsinə çox böyük  təsir edər.   Zehnin maddə üzərindəki egəmənliyinin (hegemonluğunun)   sağalmağı   gücləndirdiyini   əsasən bütün həkimlər qəbul edirlər. Ancaq müalicəsi  günümüzdəki   imkanlarla çox çətin  hətta imkansız olan xərçəng çeşidlərinə yaxalanan insanların xəstəliyə boyun əyməyib xəstəliklə   mücadələ etmə və ona qalib gəlmə   qabliyyətlərinə  səmimi olaraq inandıqlarında ,  umulandan çox daha uzun yaşadıqları və   hətta  xəstəliyə  tamamən  qalib gəldiklərini göstərən çox örnək vardır.


  Pisixik   müalicə    mütəxəsisləri    etdikləri işin , xəstələrin öz-özlərini  müalicəsinə kömək etməkdən   ibarət olduğunu söyləyirlər. Bunula bərabər bəzi hallarda xəstəyə enerji  transferi (ötürülməsi) də mümkün ola bilər . Enerji transferi üsulu ,təsirlərini sübut etmiş olan bəzi alternativ müalicə yöntəmlərinin də təməlini  günümüzdə də təşkil etməkdədir. Örnək olaraq kristallardan yayılan və müalicəvi təsiri olan  bəzi   enerjilərlə müalicə, "new age cərəyan" ı tərəfdarları arasında olduqca məhşurdur. Hər nə qədər bəzi elm adamları bu üsulu saxtaolaraq dəyərləndirsə də, kristallardan   ibarət qayacıqlardan əldə edilən təbii enerji tiplərinin insan sağlığı üçün pozitiv yöndə çox təsirli olacağı ehtimalı nəzərdən qaçırılmamalıdır.

 KEÇMİŞƏ BAXIŞ

 Professor Stanley Krippner, şamanizm mövzusunda dünyanın öndə gələn mütəxəsislərindən birirdir. Sibiryadan Afrikanın Zulu kəndlərinə qədər dünyanın bir çox yerində şəfa yayan bu insanlar öz doğal təbii  ortamlarından ziyarət etmiş və  bəhs edilən bölgənin müxtəlif yerlərində belə bu insanlar arasında böyük bənzərlik olduğunu görmüşdür.
 Kökləri bundan 50 min il əvvələ uzanan şamanlar ,dünyanın ən qədim həkimləridir və bu gün dünyanın müxtəlif yerlərində hər  zamankı qədər hörmət və saygı görürlər. Şamanlar iki gərçəyə inanırlar  fiziki dünya və zehinsəl dünya. Ancaq qərbdəki mədəniyyətlərdə olduğu kimi bunlardan birinə digərindən daha çox önəm verməzlər. Onlara görə xəyal gücü günah deyil, Yaradanın bir hədiyyəsidir. Şamanlar fiziksəl aləmi də , zehinsəl aləmi də gərçək olaraq mənimsəyərlər  və özlərini bu iki aləm arasında gedib-gəlmək,yəni ilətişim (əlaqə) qurmaq  üçün seçilmiş insanlar  olaraq görürlər. Bu baxımdan onları spiritualist medyumlara bənzətmək mümükündür.

 Bu günümüzün Şamanı olan Margeret Umlazi, şaman olmadan öncə bir Afrika qəbiləsinə qəbul edilmiş və bu qəbilədə  yaşamağa başlamışdır. Margeret şaman təhsili aldığı dönəmdə ,sara (epilepsiya)  xəstəliyindən qaynaqlanan kriz nöbətləri  (tutmalara)  keçirdiyini söyləmişdir. Qəbilə böyükləri isə  onu müalicə etməyə başlamadan öncə yuxularını barədə soruşmuşdular.

                                                  Professor Stanley Krippner

 Margeret də yuxularında tez-tez böyük bir ilan tərəfindən dərin bir gölün içinə  süründüyünü   və  suyun altında da nəfəs almağı  bacardığının hiss etdiyini anlatmışdı. Qəbilə böyükləri,bu yuxuların  böyük bir simvolizm (rəmz) daşıdığını,böyük ilanın onun şüur altı qorxuları , dərin gölün də sirlər dünyasını təmsil etdiyi və gölün içində nəfəs almağı bacardığına görə bu aləmə  artıq ilk  addımlarını ata biləcəyini söyləyib onu bir  şaman  olaraq  yetişdirməyə başladılar. Ancaq  o zamana qədər bir xristian olaraq  yetişdirilmiş olan Margrete üçün şamanlıq fikrini mənimsəmək heç də asan görünmürdü. Təbii ki, Hz İsanın bir şəfacı olduğunu və bu yetənəyini tez-tez istifadə etdiyini  öyrənənə qədər.


 Şamanlar şəfacılıqda bir çox yardım üsullarından istifadə etmişlərdir .  Örnək olaraq , şəfalı otlar və müxtəlif bitkiləri həm  də yuxuları , DDAnı və ruhsal  (pisixi)  bilincliliyi artırmada köməkçi bir ünsür olaraq tez- tez  istifadə  etmişdir . Şamanlar gördükləri  işlərdə və bədəndən xaric sınaqlarda , təcrübələrdə , müalicə edəcəkləri insanların  xəstəlikləri  haqqında yetərincə çox bilgi əldə edirlər. Onların müalicəsi  zehnin və  bədənin eyni olduğu təməlinə əsaslanaraq bütüncül bir  müalicədir.

 Bütün bu yanaşmaların günümüzdə  toplumdakı bəzi ruhsal (pisixi) müalicə üsullarında qəbul edildiyini  və  həyata keçirildiyini  görmək çox xoşdur. Əslində elə görünür ki, sanki bu bilgilər insanın  şüuraltında  doğulduğundan  bəri vardır və texnalogiyanın inkişafı bu bilgiləri insanların toplu şəkildə şüurlarında tamamı ilə silməyi  başarmışlardır. İnsanlar çoxunluqla  pisixik bilgiləri ya önəmsəmir , ya da qəzet və  jurnallardakı sensasyonal xəbərlərlə eyni səviyyədə dəyərləndirirlər. Pisixi müalicənin tarixi isə bu bilgilərin varlığımızın ən dərin nöqtələri ilə əlaqədar olduğuna işarə etməkdədir.
  
BELƏ BİR TƏCRÜBƏNİ YAŞAMAQ.

Bir  çox insanda pisixik  müalicə   potensiyalı vardır.  Aktyor Bill Waddington bir dəfə  mənə  II Dünya müharibəsində əsgərlərin əhval-ruhiyyələrini yüksəltmək ,ruh hallarını  düzəltmək üçün hazırlanan göstərilərdə- səhnələrdə iştirak edərək , yaralı ya da savaşın şokunu yaşayan insanlara həqiqətən yardım etməyi bacardığını söyləmişdir.
 Bill bir dəfə savaşın bütün  şiddəti ilə davam etdiyi zamanda tank birliklərinin birini ziyarət etdiyini və oynadığı səhnələr sirasında əsgərlərin genəşməyə, gevşəməyə başladıqlarını, ardından isə sanki  pozitiv enerjisindən istifadə edərək onların neqativ enerjilərini özünə  çəkən süngər görəvi həyata keçirdiyini  hiss etdiyinidən bəhs etmişdir.


 O. özü eyni zamanda insanların və bir çox heyvanın duyqusal sıxıntilarını hiss edə bilirdi. Bu xüsusiyyətlər bəlkə də pisixi şəfaçılığın əsas və önəmli  ünsürüdür. Mattew Manning  ailəsinin Cobridge dəki iki yüzillik evlərində, özünündə iştirak etdiyi   bəzi poltergeist (bu almanca bir sözdür və anlamı  , səs -küylü,bəlalı ,sorun çixaran bir varliq demekdir)  təsirlər, hadisələr  yaşadığı vaxtda məşhur bir pisixik mütəxəsis ( gizəmli zehinsəl  bacarıqlara sahib insan) olmuşdur. 1970-ci ildə  yaşanmış bu hadisə zamanında sadəcə 15 yaşında olan Manning, 4 il sonra Uri Geller stili qaşıq əymək və ölmüş məşhur rəssamların sitilində ,trans nalinda rəsimlər çəkmək yetənəyinin də  daxil olduğu  parti oyunları ( səhnələri) ilə dünyada tanınan biri olmuşdur.

 Bununla birlikdə Manning bir zaman sonra bu parti ( səhnə)  əyləncələrindən  bezməyə başladı və   bacarıqlarını  polad qaşıq  əyməkdən daha  faydalı işlər  üçün istifadə etmək qərarına gəldi. Beləliklə keçmiş maraqlarını   buraxaraq  zamanını xərçəngli hüceyrələrin yox edilməsi üçün  zehinsəl çalışmalarla   məşqul  olmağa ayırdı. Kobay ( təcrübələrdə , sınaqlarda istifadə edilən)  heyvanlar üzərindəki  ilk  müxəffəqiyyətlərinin ardınca  gərcək  xəsələrlə də  maraqlanmağa başladı.  Özü hal-hazırda  dünyanın ən başarılı və ən çox aranan pisixik  şəfaçılarında biridir.  Manning, bacarıqlarının işə yarayan sahələrdə iştifadə  etmək  qərarının həyatının  ən mühüm  qərarlarından biri olduğunu hiss etmişdir.

                                                    Matthew Manning

Bugünlərdə  müasir tibbin çarəsiz qaldığı  ya da insanların dərman və əməliyyatların əks  təsirlərinə razı  olmadıqları hallarda,  alternativ  müalicə  üsullarına rəğbət  olduqca artmaqdadır. Bu şərtlərdəki  çox  xəstə , dünyanın  müxtəlif  yerlərində  əlaqədar qürumlara bağlı olaraq  çalışan Manning kimi  pisixik müalicə   mütəxəsislərinə müraciət  edirlər.
 Bir çox pisixik müalicə  ilə məşqul olan mütəxəsislər ,  standart  tibbi  müalicələrdən ümidin kəsilməsini  tövsiyyə  etmirlər. Ayrıca özlərinin etdikləri  müalicələrində tamamən başarısız ola biləcəyi  ya da qismi  bir başarının  əldə  ediləcəyi  ehtimallarının olduğunu da ən başda söyləyirlər. M. Manning  hesab edir ki,  müalicədə  xəstənin bəkləntisi- hədəfi  nəticəyə təsir etməz. Buna sübut olaraq da bu müalicə  üsuluna tamamən  şübhəli  yanaşan  bəzi xəstələrin müalicənin sonunda sağlamlıqlarına  qovuşduqları  gərçəyi  göstərilir. Bunula birlikdə  bütün pisixik müalicə   mütəxəsislərinin  hamısı xəstənin  müalicəyə istəkli olmasının nəticəyə pozitiv bir təsir  göstərdiyində həmfikirdirlər. Şamanlar da zehnin  müalicədə  böyük bir rolu olduğunu   vurqulamaqdadırlar.

PİSİXİK  MÜALİCƏNİ ARAŞDIRMAQ.

 Özünüzü  pisixik  müalicə mövzusunda inkişaf etdirməyin  ən yaxşı  metodlarından  biri səsiz və  hərəkətsiz bir vəziyyətdə rahatlayaraq  torpağdan enerjinin  yüksəlib vücudunuza  dolduğunu   xəyal  etməniz  və  bu yönə diqqətinizi   yönəltmənizdir .   Bu üsulu  " imgələmə"  adlandıra  bilərik .  Bir təcrübə  həyata keçirə bilmək üçün  ailənizdə  sadə  bir yaralanma  keçirən , örnək olaraq  barmağında kiçik bir kəsik olan bir fərdin  yanına gedib  əlinizi  yaralı bölgə  üzərinə  yaxınlaşdırın . Artıq vücudunuzdakı  topladığınız   enerjini istifadə  etmənizin vaxtı gəlmişdir.
  Təbii bacarığınızı  ölçmək və artırmaq  üçün çox təcrübə  keçirməniz  gərəklidir. Əgər  bu müalicə  tərzi   vücudun   öz- özünü  yaxşılaşdırması sürəsinin  daha  tezləşməsinə yardım edirsə burda başarıdan  bəhs etmək  doğru  olar.
  
Fizikçi Dr. Lawrence  Le Shan öz  laboratoriyasında  pisixik  müalicəni öyrəndikdən sonra  uzaqdan  müalicə  çalışmaları  üçün  testlər  keçirməyə başlamışdır.  Bu örnəklərdən  birində Dr. Le. Shan'dan  millərcə ( kilometrələrcə deməkdir və mil dənizədə  yol ölçüsü vahididir) uzaqdakı  bir  xəstəni  pisixik   yollarla  müalicə  etməsi  istənildi. Dr. Le Shan  təklifi  qəbul etdi  və  bir  zaman  təyin edildi . Bir müddət  sonra    xəstənin   həkimi   Dr . Le . Shan' a  zəng  edərək  xəstənin sürətlə   yaxşılaşdığını  və  sürə öncə  gərəkdiyi  deyilən  əməliyyata  artıq  gərək qalmadığını  söylədi.   Xəstənin  həkimi   bu  müalicə  tipini tibb literaturasına qeyd etməlimiydi ? 
  Dr. Lawrence'nin  buna  cavab   " qətiyyən yox!" oldu. Niyə?
 Çünki  Dr Lawrence  müalicə  çalışması  edəcəyi  gün  təcrübəni  tamamən unutmuşdu və öncə  təyin  edilən  saatda qətiyyən uzaqdan müalicə  ilə maraqlanmırdı !.
Açıqca  görünür ki, bu kimi  bəzi  hadisələrdə  xəstələr  öz- özlərini   müalicə edir.



GÜNÜMÜZDƏ  VƏZİYYƏT.

 Bu gün   pisixik  şəfaçıların    toplumda  qəbul   edilmələri  baxımından önəmli  gəlişmələr yaşanmışdır, örnək olraq  İngiltərə Ulusal  Sağlıq Servisi  (Britain's  National Health  Service) kadrları  arasında   pisixik   müalicə   mütəxəsisləri də  vardır  və  vətəndaşlar onlardan  yararlana  bilirlər.  Buna   bir başqa   örnək   isə  Paulina Baume   adlı  bir  pisixik   şəfaçının  1994-cu ilin   əvvələrində  Coventery  Health  Authority' yə bağlı   maaşlı   bir  NHS (  National  Health   Service)   danışman- sözcü  olaraq  işə  başlamasıdır.  Eyni  zamanda  Ulusal ( beynəlxalq)   Pisixik Müalicə  Mütəxəsisləri  Fedarasiyasının  baş  köməkçisi   olaraq   görəvlisi  olan  Baume   bu  hadisəni ,pisixik   şəfaçıların  tanınması   baxımından  önəmli  bir addım olaraq  qiymətləndirir.
 Paulina'nın  ən  öndə  görəvlərindən  biri ,  insanların  xəstəlikləri  ilə üzləşmələrinə kömək etməkdir. Buna əsasəndə xəstələrin ruhsal bir  bütünlük  hiss etmələrini  təmin etmək isə  işin  ən önəmli hissəsidir.
 Paulin 1994-cü  ilin avqust  ayında  "Working  with Health  Care Professionals " ( Sağlıq Mütəxəsisləri ilə Təcrübə)  başlıqlı  ilk  raporunu,əlaqədar olduğu  federasiyaya  təslim etdi. Bu zaman  zərfindəki  ən böyük  gəlişmələrdən  biri  isə  partisyen ( yəni  tibb üniversitetlerində  həkimlik  təhsili almış)  həkimlər üçün  hazırlanan  kurslarda  artıq pisixik  müalicə  mövzusuna  da  xüsusi   yerin  verilməsi   və həkimlərin istifadə etdikləri  müalicə  üsullarına  bu yeni baxışı da əlavə  edərək   bütünləşmiş  bir  müalicə tərzindən istifadə edmə bilmək imkanlarıdır. 
 Paulin bu işde yalnız  deyildi.  Digər  bəzi pisixik müalicə  mütəxəsisləri də  müvəqqəti  olaraq  partisyen ( tibb  üniversitetlərində təhsil  almış ) həkimlərin yanında  çalışmalara qatılırlar.
 Paulin   1994-cü ilin  noyabrında   bir  sempozyum  hazırlayaraq   bu  mövzuları  müzakirə  etmək məqsədi  ilə  insanları  bir araya  topladı.  Pisixik  müalicə  mütəxəsisləri topluluğu ,  bu  gəlişmələrin   daha    irəli  səviyyədə  inkişaf edəcəyini  və  çox  daha  geniş  kütlələrə  xidmət   ediləcəyindən əmin idilər.
 İnsanların  onlara  qarşı  göstərdikləri   sayqı  və  güvən  də  hər  keçən  gün  artırdı.  Yorkshire 'lı  bir  pisixik  şəfacı  olan  Lorraine  Ham  1995- ci  il  boyunca    bu   sahədə   böyük  müvəffəqiyyətlərə  imza atmışdır.  Özü  hal- hazırda   West  Yorkshire da  rəsmi  bir  sağlıq  qürumuna   bağlı   çalışan  məşhur   pisixik   müalicə   mütəxəsisidir. " Strange  but True  ? "
 ( Qəribə  ama gərcək ?)  adlı bir verlişdəki  göstərisindən  sonra   on  minlərcə  insan  ondan   yardım  istəmişdir.

Bu sahədəki  çalışmalar    yavaş   ama  qərarlı   bir  şəkildə  inkişaf edərkən , yeni və təəccübləndirici  fərziyyələrin  sayı artırdı. Müalicələrində hipnoterapiya  üsulundan istifadə  edən Jeo  Keeton  adlı  bir pisixik şəfaçı , qəza  keçirərək  ayağının bir  hissəsini  itirmiş  bir qadına ayağının itirdiyi  hissəsinin   yenidən  bərpa  olunmasına yardım etdiyini idda etmişdi. Cərrahlar bu  hadisəyə  şübhə ilə  yanaşmışdılar.  Ancaq  Keeton'un çox açıq  bir cavabı var idi. Qadının  ayağının  artıq  tamamən  normal  olması yetərli bir cavab idi. Keeton  ,dəniz ulduzu  kimi   heyvanların qopan ya da   kəsilən  hissələrini  yaradılışlarından gələn  bacarıqla  bərpa edə  bildiklərini xatırladaraq , hüceyrələrdəki  DNA  vasitəsi ilə  vücud  hissələrinin varlığını  idarə  edən  bir  enerjinin olduğunu  söyləmişdir və  vücudun çalışmayan  orqanları  bərpa  etməsi  üçün  zehnin  bu enerjini  hərəkətə keçməyə  məcbur  edə biləcəyi  fikirini müdafiə etmişdir.
 Əlbəttə tibbin belə  bir  fikri  qəbul  etməsi üçün  bu iddianın  müxtəlif  təcrübələrlə  test  edilməsi  lazımdır və bunun  üçün  müəyyən  bir vaxta  ehtiyac vardır.  Standart tibbi müalicənin  heç  bir işə  yaramadığının düşünüldüyü  bir zamanda , beynində   şiş (tümör)  olduğu təşhisi  qoyulan bir uşağın  atası   ,  pisixik  müalicə mütəxəsisindən  yardım istədi. Ruhsal müalicə edən həkim  uşağa  böyük bir  ordunun  beyninə girib  düşmanı  təmizlədiyini  xəyal  etməsini söyləyərək  bu səhnəni  ona mənimsətdi.
 Bu  yöntəmin arxasındakı  fəlsəfə   olduqca  sadədir. Pisixik  güç   uşağın zehnində  mənimsənilməsi asand olan  bir imaj yaradmışdır və uşağın diqqətini bu tərəfə cəmləməyə  müvəffəq   olmuşdur. Beləliklə vücudun təbii  qaynaqlarını hərəkətə keçirərək   uşağın  keçmişdəki sağlamlığını  geri qazanmasına dəstək olmuş olur.
   Həqiqətən də bir zaman sonra beynindəki  şişdən  heç bir əlamət  qalmadığı , uşağın təkrar müayinəsində  görünür. Ancaq  uşağın  həkimi əvvəlki beyindəki tümör (şiş) təhşisinin  yalnış ola biləcəyini idda etmişdir. Nə  olursa  olsun, normal  tibbi  müalicənin  yanında  ən azından   uşağın vəziyyətə daha pozitiv  baxçasına yardımci  olan pisixik müalicənin  bəzi  çevrələr  tərəfindən  pis bir   anlayış   kimi  göstərilməyə çalişilmasinin səbəbini anlamaq çətindir.

PİSİXİK  MÜALİCƏNİN  GÖRÜNTÜLƏNMƏSİ.

Əgər bu cür təəccübləndirici  müalicələr mümükündürsə  , müasir texnalogiyanın  bunları  sübut  etməsi lazımdır. Belə  bir  təcrübə  1994- cü  ilin  sentyabr ayında   Yaponyada  həyata  keçirildi.  Carol  Everette  adlı  Devon'da  yaşayan  bir  pisixik şəfaçı, Professor  Yoşyo Maşi  ilə bir  təcrübəyə qatılmaq üçün  Tokyodakı  Denki  üniversitetinə  aparıldı. Carolin yanına daha  öncə  heç  görmədiyi  bir qadın  xəstə  gətirilmişdi  və  ondan   bu  gənc qadının  xəstəliyini pisixik  yollarla  bəlirləməsi  istənmişdi.
 Carol  bu xəstəyə  müalicəyə  başlamadan  əvvəl  xəstə ilə bərabər, nəfəs alışlarını , qəlb  atışlarını,  qan dövranlarını və  beyin dalğalarını ölçüb ekrana  yansıtan  bilgisayarlara  xüsusi  təchizatla  bağlandılar. Otağa  həm də Carolun  baxış  bucağından  kənarda  temperatur ölçən  cihaz yerləşdirilmişdi və  professorun çalışma qrupu bu cihazın  nəticələrini diqqətlə  izləyirdi. Carol qadının yumurtalıqlarında  olan bir  uru-şişi doğru  olaraq  bəlirləmişdi. Ardından 20 mm . genişliyindəki  bu şişi  kiçiltmə çalışmalarına başlamışdır.
Təcrübə irəlilədikcə  Carolun  beyin fəaliyyətində  bəlirgin  bir artış qeyd edildi. Sanki  sol  beyin  kürəsi  qapanmış, bütün enerji  sağ  beyin kürəsinin  arxa  tərəfində  yoğunlaşmışdır.  Beynin sol yarısı riyazi,rasyonal ve analitik  düşüncə fəaliyyətlərini yönətməkdə ,sağ  yarısı sezgisəl (hissi)  ,yaradıcı  və pisixik  təcrübələrənəzarət etmək  idi. Həm də Karolun beyni normal halda yalnizca yuxunun  dərin zamanında ortaya  çıxan alfa   dalğaları yayırdı. 


 Carolda bu dəyişikliklər qeyd edildiyi zamanda, xəstədə də önəmli  dəyişikliklər hiss edilirdi. Temperatur  qeyd edən  cihaz , qadının  yumurtalığlarındakı şişin istiliyinin  getdikcə  azaldığımı, sonra şişin bir nöqtə halına gəldiyini və ən sonda tamamən yox  olduğunu  göstərdi.
 Carol da müalicənin bitdiyini söylədi və təcrübədə istifadə edilən multi-milyon paudluk  texnolojik  cihazlar da onun təsdiqlədi.  Bundan bir ay   sonraki müalicələr  sonunda xəstənin həkimi də müalicənin tamami ilə başarılı  olduğunu  söylədi.

Bu test bəlkə də bənzər kompleks  cihazlar istifadə edilərək daha irəli səviyyədə təcrübələrin yolunu aça bilər.

İstifadə edilən mənbələr:
1. Evrendeki Bilinmeyenler, Jenny Randles S: 104-113

Hiç yorum yok:

Yorum Gönder