TÜRK YURDU GÜNEY AZƏRBAYCANIN BİLİNƏN AMA GÖZYUMULAN GƏRCƏKLƏRİ!!!
YAZAR:AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI .İSTANBUL 2017
Azərbaycan , Oğuz Türk Yurdu, ərlərin ,ərənlərin torpağı , başı bəlalı vətənimdir. Tarixin hər dönəmində düşmənə yağlı tikə kimi görünən torpağımız yağı düşmanın daima hədəfi olmuşdur. Ama biz Oğuz Türklərinin çox gözəl atasözümüz var: "Aləmdə şər,oğuzda ər tükənməz". Bu dəyərli sözlərin Dədəmiz Qorquda aid olduğunu da söyləyənlər var . Həqiqətən çox dəyərli və doğru sözlərdir. Mən hər zaman bu düşüncədə olmuşam . Türk yurdunun, obasının qoruyan ərlər, igidlər və xanımlar, xatunlar var olduqca Turk yurdu var olar. Hər zaman bunun önəmini anlamalı və bu bilinclə yaşamalıyıq.(1) Bu vətəni qorumaq bizlərin borcudur.Vətən torpağının bütünlüyünü yenidən bərpa etməkdə bizim əsas vəzifəmiz olmalıdır.Bütöv Azərbaycanın, türk yurdumuzun parçalanmış halı həqiqətən insanın qəlbini parçalayır.Bizim söz haqqımız olmadan torpağlarımızın yad qüvvələr (farsla,ruslar və ermənilər) tərəfindən bölünməsini qəlbimdə açdığı yaranın acısını , bu nacizanə misralarımda əks etdirirəm:
Parçalanmış doğma yurdum,
İlk beşiyim,son mənzilim,
Atalardan yadigarsan,
Yad əlində İrəvanım,
Həsrət dolu Kəkükümsən.
Boynu bükük Qarabağım,
Gözü yolda Təbrizimsən.
Sən Türk eli,Türk yurdusan!
Dəyərli həmvətənlərim, bizdən ayrı düşən vətən torpağlarımız unutmamalıyıq. Soydaşlarımızın yaşadığı tarixi torpağlarımızda ,öz yurdlarında məruz qaldıqları zülmə göz yumarıqsa ,onlara qarşı xainlik etmiş olarıq. Bu gün Kərkükdə axan qan,Qarabağda əsir düşən ana -bacılarımızın, qardaşlarımızın taleyi ,Güney Azərbaycandakı soydaşlarımızın məruz qaldıqları fars zülmü bizim əsas milli dərdlərimizdən ,problemlərimizdəndir . Tarixi torpaqlarımız və soydaşlarımız Azərbaycanımızın əsasıdır. Çünki bu torpaqların sahibi bizlərik. Bu yazımda sizlərə Azərbaycan Türklərinin torpağı olan,ümumilikdə Türk mədəniyyətimizin mərkəzi hesab ediləcək tarixi zənginliyə,mənəvi ruha malik olan Güney Azərbaycanımızdan və ordaki soydaşlarımızdan bəhs edəcəyəm. Müasir dönəmdə farslar tərəfindən məruz qaldıqları zülümdən və görməzdən gəlinən aci həqiqətlərdən söz açacağam.
Sizlərində bildiyi kimi tarix boyu farslar Türk millətinə qarşı daima gizli və açıq şəkildə bir düşməncilik güdmüşdür.Bu yolda farslara zaman-zaman ərəblər ,özəlliklə tarixçi adlandırılan ərəblərdən bəziləri dəstək olmuşdur.Buna örnək olaraq İbnül-Esrin(İzzəddin İbn əl-Əsir) adını çəkə bilərik. Beləki,böyük ərəbdən olma -kürd tarixçisi İbnü'1-Esir belə yazar: Səlçuklu sultanı Toğrul'a
İran'da nəfis bir badəm tatlısı - şirniyyatı olan lavzinec ikram etdiklərində, bunu şapır -şupur
mədəsinə endirib "İyi bir tutmaçdır(tutmac anadolu türklərinə aid ayranlı bir çorbadır), ama içində sarımsaq yoxdur" dedi. Baxın bu, XI. yüzildə Türklərin farslara necə göründüyünü əks etdirən bir tablodur.
Nəfis yemək bişirmə sənətindən belə anlamayan barbar bir millət. Gərçəkdə burada
dilə gətirilmiş olan aşağılama, eyni ilə xalqlar arasında var olan hər türlü
nifrət kimi bilgisizlikdən qaynaqlanmaqdadır. Özlərini həddindən çox dərəcədə öz kültürlərinə- mədəniyyətlərinə bağlamış olan şovnist ,faşist farsların , VIII. yüzildə tikilmiş Orhon yazıtlarından
da, bunların qeyri-adi gözəllikdə ədəbiyyat əsərləri olduğundan da xəbərləri
yox idi. Bir qismini Kâşgarlı Mahmud'un yazıya aldığı əski Türk dəstanlarını
bilmirdilər, çox zəngin Uygur Türk ədəbiyatını heç tanımırdılar. Məlumdur ki,farsların çoxunda Türklərə qarşı nifrət bu günə qədər öz hiddətini qoruyub saxlayır. Örnək olaraq, Fahrüddin Şâdmân'ın Teshir-i temeddün-i Frengi başlıqlı kitabında
bu nifrət bu sözlərlə dilə gətirilir: (Tahran 1948, s. 24)(2) "Avropalılar nə yalın
ayağ, aç ve köçəri Ərəblərə, nə də düzənlədikləri basqın və qətliamlardan
sonra atlarından enib bir süre dincəlince bizim naxışlarımızın və bağça şənliklərimizin büyüsünə qapılan,təsirində qalan... daha sonra da Mevlâna Cəlâleddin-i
Rumî'nin, Sədî'nin, Hânz'ın şeirləriylə əhîlləşən içkici, qana susamış Türk ve
Moğollara bənzərlər.."(3). Bu sözlərdən bəlli olur ki,farslar hələ də Tarixi bilmir və Orhon kitabələrindən,qədim Türk dastanlarından ya xəbərləri yoxdur ya da fəsdalıqdan və Türklərin minilliklərlə onlara hökm etməsindən irəli gələn əzikliklə bu həqiqətləri görməzdən gəlirlər.
.Bu gün xəritələrdə " İran " olaraq adlandırılan Güney Azərbaycan özbə öz Türk yurdu,Azərbaycan türklərinin torpağıdır. Əslində İran adının tarixə nəzər saldığımızda bir uydurmadan ibaret olduğunu görərik . Bəzən, İran adının mövcud olma tarixini M.S. V-VI. yüzillərdə Sasanilər zamanında qələmə alınmış "Avesta"dakı mifolojik "İranviç" adı
ilə bağlaşlandırılmışdır(4). Ancaq "Avesta" araşdırmacısı, illərdən bəri bu
abidəni araşdıran və İran üniversitetlərində "Avesta" Pəhləvicəsinin
hocalığını ,müəllimlikliyini edən Prof. Dr. Hüseyn Düzgün’ə görə, "İranviç" günümüzdə uydurulmuş yapay-sonrdan uydurulan kəlimədir və "Avesta"da belə bir ad yoxdur.(5) "İran "adı əslində folklorik,mifoloji bir qavramdır. Bəzi araşdırmacılar hesab edir ki," İran" sozü Fars şovnizminin babası Firdövsi tərəfındən qələmə alınmış bir əfsanədəndir. Fars milli ruhunu yüksəltmək üçün
Firdovsi’nin mifologiyaya dayanaraq, bəzən də öz xəyal gücünün ürünü
olaraq yazdığı "Şəhnamə" əfsanələri, İran-Turan savaşlarını yansıtmaqdadır. Əslində əsərdə bəhs edilən İran somut-həqiqi tarixdə var olan bir qavram deyil. Buna görə də, araşdırmacılar bəzən Farsistan’ı İran, Azərbaycan’ı Turan
saymış, bəzən də Farsistan, Pakistan və Əfganıstan, Tacikistan’la birlikte
İran, Orta Asya Türk Cumhuriyyətlərini də (Türkistan)Turan hesab ,qəbul edmişlərdir. Ama əski tarixi-coğrafi qaynaqların heç birində İran adı qeyd edilməmiş,sadəcə mifolojik qavram olaraq "fasların yaşadığı yer "olaraq bəhs edilmişdir. Örnəyin, Firdovsi’dən bir dönəm sonraya aid Mahmut
Kaşğarlı’nın "Divanü Lüğat-it-Türk" (XI. yüzil) əsərinə əlavə edilmiş, dünyanın bilinən ilk Türk xəritəsində Azərbaycan, Xorasan, Kirman,
Fars, hətta Cabarka (Yaponiya)
göstərildiyi halda, "İran "ismi göstərilmirdi. Amma nədən İran ismi göstərilmirdi?.Halbuki,Kaşğarlı bu coğrafiyanı çox gözəl bilir və burda var olan coğrafi məkanlara və adlarına bələd idi. Hətta , "Divanü Luğat-it-Türk"ün əlimizdəki nüsxəsini XIII. yüzildə çəkən Mehmet bin Abubekr Savəli Güney Azərbaycan’ın Savə (Ərak yakınlığındadır) kəndindəndir, yəni, İranı da tanımalı
və tanıtmalı idi.Ama xəritədə İran yoxdur,Çünkü
bu "iran " sözü o dövürdə bir mifolojik qavram olub nə siyasal, nə də coğrafi
baxımdan gerçəyi yansıtmırdı. Gərçək, xəritədə göstəildiyi kimi idi və bu torpaqlar iran yox Azərbaycan Türklərinin torpaqları idi.(6)
Antik dövürdən qalma bir gələnək olaraq Avrupalıların
Persiya/Persian dedikləri dövlət/ölke XIX. yüzyilə qədər İran olaraq adlandırılmamışdır; hətta Güney Azərbaycanı bizdən ayıran rəzil və tarixin ən ədalətsiz müqaviləsi olan,"Gülüstan" Anlaşması’nın (12.10.1813) Rusca
mətnində "Persidskoe qosudarstvo" (Persiya Dövləti) yazılmış, Farsca
mətnində isə "Doulet-e Şahenşahi" (Şahlıq Dövləti) adı keçmişdir.(7). Sizlərə də bəlli olduğu kimi 997-ci ildən 1925-ci ilə qədər, yəni təxminən min il boyunca indi dünya xəritələrində İran adlanan torpaq Türk egemenliyi
altında qalmışdır. Bu min il ərzində bu torpaqlarda saray vəordu mənsublarını ,soylu təbəqəni Türklər təşkil edirdi. Məhs bu səbəbdən Pəhləvî xanədanı dönəmində, yəni 1925-ci ildən sonra bu günümüzə qədər ,hal hazırda İran adlanan yerdə Türklüyün kültürəl etkinlikləri -gələnəksəl özəlliklər həmən bütövlüklə qadağan edilmişdir. Türklərlə əlaqədar hər cür mövzuda da bilimsəl araşdırma aparmaq çox çətinləşmişdir.(8) . Bunun səbəbi heç şübəsiz farsların Türklərin onlara yenidən hökm etməsinin önünü alma siyasətidir. Çünkü əhalisinin yarıdan çoxunun Türk millətinə məxsus olması və türklərin öz soyunu və dəyərlərini araşdırıb ,keçmişini unutmazsa yenidən küllərindən doğaraq onlara hökm edəcəyini farslar çox gözəl bilirlər.
"İran " kəliməsi farslar hər nə qədər " fars yurdu" kimi qələmə versələr də ,Fars ölkəsi və ya Farsî anlamda istifadə edilməmişdir. İran’da hiçbir zaman “Pars” adlı bir yer və “Parsiyan” adlı bir qövüm, qəbilə olmamışdır .(Purpirar 1381/2002a: 155).(9)“İran” bir ölke adıdır (Heyet 1371/1993: 18).(10).
“İran” və ya “İranîlik” Fars və ya Farsî anlamını ifadə etmir. "Qafqaz " kəliməsi deyincə nə qədər Gürcü, nə qədər Qabartay və ya Çeçen anlaşılırsa ,İran deyincə də o qədər Fars anlaşıla bilər. İran, Fars etnik qrupunun adı deyildir. Əgər “İran” adı ilə bir millət/etnisite ifadə ediləcəksə “Türk”ü ifadə etmək daha uygun olacaqdır.(11) Bu fikrin nə qədər doğru,düzgün olduğunu İran adlanan yerin etnik tərkibini araşdırsaq daha aydın görərik.
İran adlanan fars dövləti heç bir zaman müasir çağda orda yaşayan insanların etnik tərkibinin araşdırılması mövzusunda maraqlı olmamışdır.Təbii onlar çox gözəl bilir ki, etnik tərkib olaraq tarix boyu bu torpaqlarda Türklər ( Azərbaycan Oğuz türkləri başda olmaqla) farslardan sayca daha çox olmuşdur. İran coğrafiyası, Anadolu kimi həm Türk soyları, həm də Türk kültürü baxımından Türk dünyasının bir parçasıdır. Həmən hər Türk boyundan insanın və bütün Türk kültür-mədəniyyət ünsürlərinin yaşadığı qədim bir Türk yurdudur.
Bəhs etdiyimiz torpaqlarda yaşayan əhalinin əsasını Azərbaycan Oğuz Türkləri ilə bərabər, Türkmənlər, Xorasan Türkləri, Kaşkaylar, Halaçlar , Afşarlar, Qarapapaqlar , Bayatlar, Qacarlar, Şahsevənler, Şahayağı (Şayağı/Şayagı) Türkləri ,. İsfahan (Orta İran) Türkləri, Sungur Türkləri yaşayır. Onlara belə fərqli isimlərlə adlandırmaq fikri də yenə farslara aiddir. Necə ki,Quzey Azərbaycan Türklərini azərbaycanlı , digər Türk cumhuriyyətlərindəki Türkləri qazax,özbək,türkmən,qırğız,tatar və.s adlandırıb ruslar bölməyə ,milli kimliklərini unutdurmağa çalışmışdırsa ,bu gün farslar da Güney Azərbaycandakı və bütünlükdə İran adlanan coğrafiyadaki türkləri bölmək üçün fərqli isimlərlə adlandırmışdırlar. İran Türkləri, emparyalist güçlər və onların yerli işbirlikçiləri tərəfindən “Azərî”, “Qaşqay”, “Şahsevən”, “Şayağı (Şaha yağı)”, “Qarapapaq” və.s kimi yaşadıqları coğrafiya, mənsub olduqları xanədan, keçmişdə yükləndikləri sosyal statüs və ya geyim kuşamlarından-parcalarının tipindən yola çıxılaraq dəyişik adlarla anılmaqla, fərqlı xalqlar, millətlər kimi göstərilməyə çalışılır və beləliklə də farslardan sayca çox olan türk millətinin gücü parçalanmak istənilməkdədir.
İranan adlanan , farslar tərəfindən faşist siyasətlə idarə edilən ölkədə öz milli-etnik xaqlarını savunan bir çox güçlər, o sıradan
Türkmənlər, , Beluçlar, Ərəblər
Lur, , Gileki ve Mazenderani ve digər qruplar ümidlərini getdikçə Azərbaycan Türklərinə bağlamağa başlamışlardır. Yalnız toplumsal
bəkləntisi olan, insan haqlarını savunan güçlər içərisində də Azərbaycan Türklərinin, son söz sahibi olduğu da bir gərçəkdir. Bu da
çok təbiidir., çünki ölkədə Farslarla rəqabətdə Azərbaycan Türkləri başada,əsas (dominant)
etnik rolü oynaya bilər.
Müasir çağımızda İran Fars Dövlətində əsas etnik rolu üstlənmiş
olan Farslar, məlum müxtəlif səbəblərdən dolayı öz hegemonluqlarını itirmek təhlükəsini yaşayırlar. Bu durumda ulusal dəyişimi gərçəkləşdirmə gücü, daha çox Azərbaycan Türklərinə məxsusdur; çünki mövcud sayısına, potansiyalina ,milli güçünə, tarixdən qaynaqlanan sosyal-psixolojik xüsusiyyətlərinə və digər ünsürlərə baxıldığında, Azərbaycan Türkləri ilk
sırada olmaqdadır. (12)
Fars şovnizmi gerçəyi gizləmək üçün indiyə dək İran’da aparılmış olan nüfus sayımlarının heç birində milliyət məsələsinə toxunmamaış və ölkədə Türklərlə farsların dəqiq sayılarını göstərməmişdir; Fəqət bu
rəqəm heç də bilinmir deyə düşünməyin . Örnəyin, tanınmış Fars şovnisti M. Şüar
1960-ci illərin ortalarında 22 milyonluq ölkə əhalisinin yarıdan çoxunun Türk olmasını əsəflə- üzüntüylə,təssüfflə bildirir və onların danışdığı dili-Türkçəni
"dəfn etmək" haqqında fikir iləri sürmüşdur.(13 ). Artış sayına görə Türklərin Farslardan daha üstün olduğunu gözönündə tutarsaq,(14) hal hazırda sayı fərqinə görə Türklərin sayısı Farslardan daha fazla olmuşdur (əksi düşünülməz).
"1993- cü ildə Tehran və Təbriz’də yayımlanan çoxsayılı qazetlərin
yazdıqlarına əsaslanaraq, İran toplumunun 3/7 hissəsi və Tehran nüfusunun
3/5 hissəsi Türkdür; başqa deyişlə, bugün İran’ın 63 milyonluq nüfusunun 27 milyonunun ana dili Türkçədir. Bu demektir ki: Türklər
nisbi olarak İran cəmiyyətinin çoğunluğunu oluşdurmaqdadır və sayıları
Farsların sayısından daha çoxdur. Eyni zamanda, ölkənin paytaxdı Tehran’da yaşayan Türklərin sayısı bu şəhərdə yaşayan Fars, Kürt, Beluç
və başqa dilli xalqların sayından çoxdur"(.15).
Tehran’da yayımlanan "Həmşəhri" qazetinin Şubat-fevral 1993 -cü ilə aid sayılarının birində,
hazırda İran’da 80-ə yaxın ulus, xalq və etnik qrupun olduğunu
yazılmışdır; Azərbaycan Türkləri bunların içərisinde sayıca ilk sıranı tutmaqdadır.
Azərbaycan Türklərinin sayısı kəsinləşdirilməsə də, bu sayı Türkmən
Türkləri daxil olmazsa 30 milyondan çox (bazen 35 milyon) gösteriliyor.(16). Əqrəba Türkmən Türklərini də diqqətə alarıqsa, bu sayı 35 milyondan çoxdur . BUNULA MÜQAYİSƏDƏ, əqrəba etniklərlə(kürd və beluç) birgə Farsların sayısı 22 milyona qədərdir. (17 ). Əgər əqrəba etnikləri saymazsaq, Farsların öz sayısı 20
milyonun altındadır. Bu çərçivədə, İslami devrim sırasında
Azərbaycan’ın güneyində yaygın olan "Biz Kürtlərdən fərqliyik.. . Nüfusumuz Farsilərdən çoxdur. Burası bizim məmləkətimizdir.
Tarix boyu İranı ya doğrudan-doğruya yönəltdik və ya yönətici təbəqələrin içində yer aldıq. Azınlıq deyil, ortağız."(18). düşüncəsi heç deətesadüf deyildir.
Gerçəkdən də, bu torpaqlar Türk torpaqlarıdır.
Güney Azərbaycan’da başda Təbriz, Ərdəbil, Urumiyə, Zəncan kimi qədim Türk şəhərlərində və paytaxt Tehran’da çox sıx olaraq yaşayan İran Türklərinin nüfusu ilə əlaqədar fərqli oranlar tələffüz edilməklə birlikdə İran Xarici İşlər Naziri Əli Əkbər Salihi’nin bir konuşmasında -müsahibəsində qeyd etdiyi kimi İran nüfusunun
%40’ının Türkçə danışdığı (19) düşünülürdü.. Bu oran da - təxmin də 2011-ci ildə nüfus sayımına görə 75 milyon insanın
yaşadığı İran’da 30 milyona təkabül etməkdədir. Bir dönəm Türkiyənin Xarici İşlər Naziri Əhməd Davutoğlu’nun Tehran’da
Yunus Emre Kültür MƏrkƏzi’nin açılışında söylədiyi“İstanbul'dan sonra ən çox Türkçə danışılan ikinci
şəhər haradır? Ağla ilk gələn Ankara ola bilər, ama əgər bir sayım aparılsa Tehran'da Türkçə danışan nüfus daha çox çıxar və ya eyni çıxar ən azından"(20).ifadəsinin arxasında da İran nüfusunun yarısını təşkil edən bu böyük Türk kütləsi - milləti durmaqdadır.
Sizlərə də məlum olduğu kimi dil bir millətin var olduğunu sübut edən ən öndə amillərdəndir.Dilimiz bizim milli kimliyimizdir.
Tariximizi .mədəniyyətimizi və ədəbiyyatımızı əks etdirən vasitələrdəndir. Bu səbəbdəndir ki,istər şah dövründə olsun istərsə də molla rejmində olsun İran adlanan fars dövlətində Türkçə yasaq edilmişdir. Azərbaycan Türkçəsinə farsların düşmanlıqla yanaşmasının ilk səbəbi milli kimlik baxımından Türklərin çox olmasi ilə bərabər həm də ədəbiyyat incəsənət baxımından Azərbaycan Oğuz Türk ədəbiyyatının sürətlə inkişafı və farsların çox övündüyü
ədəbiyatları ilə qarşılaştırıla bilecek
bir düzəyə -səviyyəyə çatmış olmasının olanrı çox tədirgin edtməsidir . Özlərini kültürəl -mədəniyyət baxımından biz Türklərə üstün göstərmə duygularınadan irəli gələrək , şovnist Farslarda
Türklərə qarşı hər zamanq gizli bir düşmanlık duygusu da daşıyırlar.
Qeyd etdiyimiz kimi dil məsələsi zaman -zaman gizli və açıq şəkildə farslar tərəfindən Türklərə qarşı siyasi bir oyun olaraq istifadə edilmişdir və aşağılayıcı bir tərzdə dilimizə qarşı təhqirlər etmişlərdir. Bunun ən öndə örnəyi və hədsizlik deyə biləcəyimiz bir olay 2006-ci ildə baş vermişdir. Beləki İranda bir dövlət qazetində farslar karikatura vasitəsi ilə Türkləri və Türk dilini təhqir etmişlərdir. 2006-ci ilin may ayında Güney Azərbaycan Türkləri kütlələr halında küçələrə tökülmüşdür. Bu hadisələrin olmasına səbəb yuxarıda da qeyd etdiyimiz dövlətə aid media orqanında çıxan bir karikaturadır .Sizlərlə sözü gedən karikaturanı paylaşıram.
Bəhs etdiyimiz karikaturada, böcəyin Azərbaycan Türkçəsi ilə danışğı, bu böcəklərin(biz türkləri nəzərdə tuturlar) dillərinin anlaşılmadığı və İranlıların (farsların)əgər ölkələrini sevirlərsə dışqılarını tuvaletə buraxmayarak
onları öldürmələri gerekdiyi sözlərinə yer verilmişdir.(21) Yayın ilk anda Türk üniversitet öyrəncilərinin diqqətini çəkmişdir. Göstərilən təpkilərə fars yönətim səssiz qalmağı tərcih
etmiş və durumu önəmsəməmişdir. Dövlətin səssizliyi problemin yayılmasına və Təbriz dâxil
olmaqla bütün Güney Azərbaycan şəhərlərində haqlı olaraq ayaqlanmalara yol açmışdır. Milyonlarca insanın iştirak etdiyi göstərilərin sonunda, dövlət söz gedən qazeti bağladıb ,səbəbkarları tutuqlayaraq hadisələrin önünü almağa çalışmış ancaq geç gələn üzür türkləri yatışdırmağa -sakitləşdirməyə kifayət etməmişdir.
Dövlətin hadisələrə silahla müdaxilə etməsi ilə sonuclanan ayaqlanmanın sonuncu əllidən çox ölü, yüzlərcə yaralı və minlərcə tutuqlu olmuşdur. İran’da özəlliklə müasir dönəmdə Fars kimliyini üstün göstərmək məqsədinə yönəlik olaraq Türk kimlik və figurlarını hədəf alan,təhqir edən sözdə" lətifə", "deyim", "film" və "karikatura" kimi vasitələrdən istifadə edildiyi bilinməkdədir. Ayrıca Farsların muxtəlif etnik gruplara və özəlliklə az gəlişmiş-maddi olanaqları zəif olan bölgələrdə yaşayan fars olmayan insanlara qarşı bilinən qərəzli yanaşmalarının olduğu məlumdur. Türklərə qarşı isə farslar hər sahədə qərəzli düşüncələr bəslədikləri açıq-aydın bilinir . Güney Azərbaycan Türkləri bunu bildikləri halda farslara qarşı kin güdmənişlərdir. Ancaq son olan bu hadisələr bardağı daşıran son damlalardan oldu. Bu karikatura hadisəsi həm farslar həm də Türklər baxımından bəzi nəticələr doğurdu.
Farslar baxımından bu gərcəkləri ortaya çıxardı: Şiəliyi bir birləşdirici ünsür olaraq istifadə etmək siyasətləri uğursuz oldu, ilk dəfə farslar Türklərin ciddiyətini hiddətli bir tərzdə gördülər və farslara qarşı birlik olan türklərin qarşı çxmaları nəticəsində türklərdən çəkindilər. Həmçinin İran fars cümhuriyyətinin yetkililəri ilk dəfə Türklərin dövlət içindəki önəmini vurgulamaq məcburiyyətində qaldılar. Bununla bərabər molla rejimi türk dilinə sahib çIxan türklərin ciddiyətini ilk dəfə bu qədər toplu şəkildə gördü.
Türklər isə ilk dəfə farsların istifadə etdiyi mənsəb -şiəlik qavramının onlara qarşı siyasi bir oyun olduğunu açıq anladılar və milli kimliklərini önə çıxardılar . TEHRANA BAĞLI FARS GÜVƏNLİK ORQANLARI İLƏ TÜRKLƏR İLK DƏFƏ TOPLU BİR HALDA ÜZ-ÜZƏ QALDILAR. Müstəqillik ,hürriyət düşüncələrini ilk dəfə belə kütləvi halda dilə gətirdilər. Həmçinin Güney Azərbaycan Türkləri coğrafi yayqınlıqlarını və sosial güclərini ən geniş mənada farslara göstərmiş oldular.(22)
Bütün bu olaylardan sonra belə fars molla rejimi Türklərə və Türk dilinə qarşı düşmənciliyə və məkirli siyasətə davam etmiş və Türk dilində təhsili qadağan etməyi südürməkdədir. Marağlısı da budur ki, əhalisinin yarıdan çoxu Türk olan İranda Türklərin dili qadağan olunduğu halda qeyri-millətlərə ermənilərə qarşı daha xoşgörülü davranılır. İranda molla rejimi 5 millət vəkili kürsüsündən üçünü xristianlara,birini ermənilərə ,birini də Süryanilərə ayırmışdır.Ermənilərə molla rejimi parlamentolarında yer vermək üçün sayılarını 80 mindən yuxarı 250 min göstərir və beləcə onlara millət vəkilləri kürsüsündə yer verir. Çünki İran molla rejiminin yasalarına -qanunlarına görə 250 min nəfəri parlamentdə bir millət vəkili təmsil edə bilər. (23)Əgər bu hesabla hesablasaq o zaman İranda parlamentosunu Türklər idarə etməlidir. Məlum olduğu kimi Türklərin sayi 40 milyona yaxındır. Ama mövzu Türklərə olunca İranda qanunlar yerli yerində həyata keçirilmir!
250 min(doğrusu 80 min) erməninin yaşadığı idda edilən İran adlanan ölkədə Türk düşmanı ermənilər 10-a yaxın universitetdə doktora dərəcəsinə qondarma erməni dilində təhsil ala bilirlər.Amma Türk dilində təhsil qadağan olunur. Bunu səbəbi fars molla rejiminə soruşulduğunda verdikləri cavab həqiq insanı hiddətləndirir. Belə ki,farslar dini bəhanə edərək dilə gətirib söyləyirlər ki, GüneydəkiTürklər müsəlman şiyədirlər .Yəni,guya bizləri özlərindən hesab edirlər ama qeyri-müsəlmanlara qarşı daha xoşgörülü olub onlara azad dil haqqı verirlər və İran anayasasınadakı maddəyə sadiq qalırlar, Beləcə guya İslamın xoşgörüsünü onlara tanıdırlar. Bu həqiqətən ağla sığlmayacaq bir safsatadır. Özəlliklə bu hadisə ilə bağlı Azərbaycanın görkəmli düşünürü,Türk dünyasının dəyərli ismi və ədibimiz Sabir Rüstəmxanlnın bir məqaləsini oxumuşdum və orda Sabir bəyin sözlədikləri həqiqətən diqqətimi cəlb etmişdi. Sabir bəy İranın Azərbaycandakı səfirinə sual edir: " " Cənab Səfir ,siz niyə İrandakı 150-200 minlik ermənilərə hər cür şərait yaradırsınız, Lakin 35 milyonluq Azərbaycan Türklərinə heç bir haqq tanımırsınız?" Səfir, bir az düşünüb cavab verir: "Ağa ,ermənilər dini azlıqdır.Biz dini azlıqlara haqq tanıyırıq. Ama türklər,yəni siz bizim şiə qardaşlarımızsınız..." Sabir bəy də cavab olaraq söyləyir : "Sizin məntıqınızdən belə çixir ki,biz İran deyilən ölkədə milli haqlarımızı almaq üçün şiəlikdən, lazım gəlsə hətta İslamdan əl çəkməliyik.Siz belə düşünürsünüzsə,mən sabahdan təbliğata başlamalıyam ki,ay millət, biz müsəlman qaldıqca,bizim müsəlman -fars qardaşlarımız milli-mədəni inkişafımıza imkan verməyəcək, yəni bizi adam yerinə qoymayacaqlar..." Bu cavabdan sonra Böyükelçinin sifəti dəyişir və deyir: "Ağa ,siz həqiqi müsəlmansınız,elə iş görməzsiniz!". Sabir bəy çox gözəl bir cavabla sözdə müsəlman olan fars səfrin həddini bildirib deyir: " Görərəm! Çünki siz həqiqi müsəlman deyilsiniz!." (24).
Həqiqətən farslar şiəliyi və İslami siyasi bir vasitəyə cevirmişlərdir. Bu yolla türkləri susdurmağa çalışır və fars şovnist siyasətlərini həyata keçirirlər. İslamdan və onun həqiqətlərində xəbərsiz olan fars mollaları dinimizin adına ləkə gətirir və siyasi məqsədlərində istifadə edirlər.Acısıda odur ki,Guzey Azərbaycanda özlərinə tərəfdar toplamaq üçün sözdə mollalar(əslində bu insanlar fars faşistlərinin siyasətini təbliğ edir) göndərir və təriqət ayrı seçkiliyi edərək İslamı bölürlər. Eyni siyasəti radikal ərəbistan tərəfdarları da edir.
Farslar çox gözəl bilir ki ,Güney Azərbaycan bölgəsi İran üçün məlum səbəblərdən həyatı bir önəm daşıyır. Çünki,Güney Azərbaycanın İrandan ayrılması durumunda,İranın Türkiyə, Azərbaycan və qondaram- Ermənistanla ilə sərhəti qalmayacaqdır. (25).Bu yerdə ermənilərlə farsların qardaşlığını da xatırlatmaq istərdim.Türklər inad olsun deyə fars molla rejimi İran adlanan ölkədə qondarma erməni soyqirimi abidəsi ucaltmış,ruhban məktəbi açdırmış və ermənilərə doğal qaz yardımı etmişdir. Bütün bunları doğrulayan fotoları sizlərlə paylaşıram.
Məqaləmizin əvvəlində qeyd etiyimiz Tarixi ,etnik , siyasi və mədəniyyətlə bağlı gərcəklər göstərir ki ,İran adlanan coğrafiya əslinə Türk yurdudur. Bəhs eydiyimiz kimi 1925-ci ilə qədər 1000 il boyunca Farsları ədalətlə yönətən biz Türklər olmuşuq. Ama 100 ilə yaxındır farsların faşıst yönətimində əziyyət çəkən Güney Azərbaycanlı Türk soydaşlarımız öz torpaqlarında əsir həyatı yaşayırlar.Doğrudur dəfələrlə Azadlıq uğrunda hərəkata keçsələrdə bəlli səbəblərdən istədiklərinə çatmaları mümükün olmamışdır. Bu gün farslar İranda türklərə əziyyət verir,dillərini yasaqlayır,sosial həyatlarını məhtudlaşdırır, dövlət təbəqəsində məmur olmalarının qarşısını bəhanələrlə alır. Həmçinin uydurma bəhanələrlə hər il onlarca soydaşımızın edam qerarını verir və ailəsinin gözü önündə asdırır. Bu vicdansızlıqlara və haqsızlıqlara gözyummamalıyıq.Əslində bu fars molla rejiminin Türklərə qarşı həyata keçirdiyi gizli bir etnik təmizləmədir. Sucsuz yerə onlarca soydaşımız asılır. Bizlər isə heç bir iş görmürük.
Bütün Türk dünyasını oyanmağa və birlik olmağa çağırıram.Sizlərdən rica edirəm soydaşlarımıza dəstək olaq .Onların farslaşdırma siyasətinin hədəfi olmasının qarşısını almalı və Güneyli soydaşlarımıza dəstək olmalıyıq.Çünki onlar hər zaman Türk olduqlarını söyləyir və fars zülmünə məruz qalsalarda milli kimliklərini unudmurlar. Sonda sizlərlə Güney Azərbaycalı soydaşlarımıza dəstək məqsədi ilə nacizanə yazdığım misraları paylaşıram:
Güney Azərbaycan İran deyil!
Dünya farsa qalan deyil!
Fars zülmündən dönməsə də,
Türklər əsir olan deyil!...
Aynur Talıblı ( Türk qizi Öztürk)
Sizlərdən rica edirəm Güneyli soydaşlarımıza dəstək olalım. Birlik və bərabər olalım.Türklüyün şanını dünyaya yenidən duyuralım İnşALLAH. Türk komutan İshak Çelikin söylədiyi kimi" keçmişini bilməyənin gələcəyi olmaz!" Nə Mutlu Türküm Deyənə!
İstifadə edilən mənbələr:
1. Tarih və medeniyet araştırmacısı Aynur Talıblı'nın "Yeni Türk nəsli necə yetişdirməli" isimli məqaləsindən,
2. .Tahran 1948, s. 24.
3. İRAN'DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER,
4. Rafael Blaga, ‹İran Halklar› El Kitab›, 1997, s. 97.
5. Hüseyn Düzgün (Sad›k), Der Bare-ye Zebanhayi ‹rani, Babek Yay›nlar›, Tahran, 1972.
6. SATRANÇ TAHTASINDA
AZERBAYCAN ve FARSİSTAN
Arif REHiMOĞLU*, Avrasya Dosyası s.345.
7. Şövket TağIyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›. Bakü.2000., s. 20.
8. İRAN'DA TÜRKLER* PROF. DR. GERHARD DOERFER, s.243
9. PURPİRAR, Nasir (1381/2002a), (Teammül-é Der Bünyân-é Tari{-é İran), Devazdeh Ġern Sükût! Kitab-é Evvel: Ber Âmeden-é He{amenişyân, Neşr-e Karenk, Téhran.
10. HEYET, Cevad (1371/1993), Azerbaycan’ın Türkleşmesi ve Azerî Türkçesinin Teşekkülü, Varlık, S. 87, s. 5-20, Tahran.
11. İRAN TÜRKLERİ.Yazan Dr. Ali Kafkasyalı, istanbul 2010,s. 29.
12. Şövket TağIyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›. Bakü.2000., s. 341.
13. Şövket Tağıyeva, Ekrem Rehimli, Semed Bayramzade, Güney Azerbaycan, Orhan Yay›nlar›, Bakü, 2000,
s.65
14. İbid.
15. Hasan Reflad, ‹ran’da Diller, "Tan›t›m"gazetesi, Bakü, 2001, Say›: 7(603), s. 12.
16. İbid, s. 59-63.
17. İbid, s. 60-63.
18. Tülemen, a.g.e., s. 82.
19. Ali Akbar Salehi: "% 40 of Iranians speak Turkish", http://www.iranian.com/main/2012/jan/ali-akbar-salehi-40-
iranians-speak-turkish
20. Davutoğlu, Tahran'da Yunus Emre Kültür Merkezi'nin Açılışını Yaptı, http://www.haberler.com/davutoglu-tahranda-yunus-emre-kultur-merkezi-nin-3489362-haberi/
21. Sarıkaya, a.g.e., s.224 .
22. Sarıkaya, a.g.e.,s.225
23. Tesnim Haber Ajansı . "İran Meclisində Gayrimüslim və Azınlık halkın Vekilleri" İsimli makale 26 şubat 2016. saat 10:41. haber numarası: 1010593.
24. Sabir Rüstəmxanlı " İslamdan imtina edək ,başqa dinə keçək..." isimli məqalədən. Vətəndaş Həmrəyliyi Prtiyası internet sitesinden.
25. "İran Türklərinin Startejik önemi" Muhammed İsık yazıları,YURDIŞI TÜRKLER isimli MAKALESİNDEN.
P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyəxüsusi təşəkkürümü bildirirəm!