24 Ağustos 2017 Perşembe

                     QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA,SABAH DÖYÜŞ!!!!

YAZAR:AYNUR TALIBLI.TARİHVE MEDENİYET ARAŞDIRMACISI.İSTANBUL2017.

 Qarabağ , bizim qanıyan yaramız, eynən Təbriz kimi,Kərkük kimi heç  bir zaman unutmadığımız və həsrətlə qovuşacağımız günü gözlədiyimiz vətən torpağımızdır.  Sizlərə də məlum olduğu kimi çox oldu biz Qarabağ ismini qəlb ağrısı ilə yad edirdik. Hardasa 30 ilə yaxındır ki, ürəkdən ,sevinərək biz Qarabağımızı yad edə bilmirdik . Ama zaman keçdi və biz Avropada Danimarkanın  paytaxtında   Qarabağ futbol takımımızın-komandamızın qələbəsi ilə  sevinərək " Qarabağ bizimdir" deyə sevinc hislərimizi dilə gətirə bildik.Bu bizim çoxdan gözlədiyimiz qələbə idi. Unutmayın ,bu  təkcə bir  futbol komandasının qələbəsi deyil,bizim qürurumuzu yenidən yüksəldən ,hər bir Azərbaycanlı Oğuz Türkünün dinməyən acısını azacıqda olsa  dindirən bir qələbə idi. Bunu takımımızın baş məşqçisi Qurban Qurbanovun da hisslərini toplamağa çalışsada axan gözyaşlarından hiss etmək çətin deyil.Baş məşqçimizə və Qarabağın bütün kollektivinə Azərbaycan Türkləri adından təşəkkür edirik.

  Vətəndə olan və qürbətdə olan hər kəs dünən eyni uğura sevinirdi,bütün Azərbaycan Türkləri  eyni sevinci yaşayırdı.  Əllərdə üç rəngli Azərbaycan Türk bayrağı və qəblərdə sevinc hissi ilə bu uğuru,qələbəni qutlayırdı. Türkiyədəki türklərdə eyni dərəcədə sevinir və bizi görən  hər kəs bu sözləri deyirdi " Qarabağ Türkündür,Türkün qalacaq!" .Həqiqətən çox qürurlandıq və ümidimiz daha da artdı.  Artıq Avropa və erməni sevərlərin hər biri Azərbaycan ,Qarabağ ,Türk isimlərini hər daim yanaşı eşitməyə alışsa yaxşı olar. Biz küllərimizdən yenidən doğuruq! Bu qələbəni bu gün futbol meydanında qazandıq.Qələbənin dadı bir kərə alındımı insanda alışqanlıq yaradar.Necə ki,erməni quldurlarından qurtardığımız  Cocuq Mərcanlıda bu duygunu yaşadıq. Sonrada Avropada başımızı Qarabağımız ucaltdı.Bu gün futbol meydanında qazanılan qələbə sabah döyüş meydanında qazanılacaq inşALLAH.Biz buna inanırıq.Sabahı ümidlə gözləyiri və Türkün şanlı gücünü düşmana göstərəcəyik. Türkün sanlı bayrağını Qarabağımıza asacağımız gün üçün dualar edirik.Nə Mutlu Türküm Deyənə!



P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

Hiç yorum yok:

Yorum Gönder