21 Ağustos 2017 Pazartesi

           Türklükdən niyə qorxursunuz?!Millətlə,xalqın fərqini bilmirsiniz?!
YAZAR:AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI.İSTANBUL2017.

  SizlərəÇdəyərli oxuyucular  bəzi tarixi həqiqətlərin nə qədər önəmli olduğundan və Azərbaycan Oğuz Türklərinin köklü,qədim,əski tarixə malik olduğundan məqalələrimdə özəlliklə bəhs edirəm.Bu həqiqətləri qürur hissi keçirərək yazır və şükürlər edirəm ki,qədim,əsalətli Oğuz Türləriyik. Bu yerdə bütün Türk dünyasının görkəmli simalarında Ahmet Yasəvi ilə əlaqədar  olduğu qeyd edilən bu sözlərini qeyd etmək istərdim.
  Ahmet Yasəviyə "Müsəlman mısınız ?" deyə soruşmuşlar. "Əlhamdülillah Türkəm, Müsəlmanam” demiş!..“Biz sənə dinini soruşduq!..Nədən Türklüyü qatırsan?” diyərək sualı  yeniləmişlər.“Din seçimim, Türklük qədərimdir (alın yazımdır)!..” deyə cavab vermişdir.Bu dialoqu  Türklüyün nə qədər önəmli olduğunu  xatırlatmaq amacı ilə qeyd etdim.
Bu məqaləmi  bu yaxında Türkiyə Türkü görkəmli və dünyaca ünlü  üniversitetlərdə fəaliyyət göstərmiş, Türk dünyasının müasir çağda önəmli tarixçilərindən İlbər Ortaylını sözləri ilə əlaqədar söylənilənlərə  cavab olaraq yazıram.  İlbər Ortaylının sözləri həqiqətdə doğrudur. Ama ola bilsin ki ,tarixçi biraz gülüş- yumor hissi ilə Stalinə qarşı bir ifadə işlədib. Düşünürəm ki,doğru da edib.Məgər Stalin çox mu dəyərli biridir.?!Mənə görə Azərbaycan Oğuz Türklərinə və Axıska Türklərinə qarşı etdiyi vəhşilik və faşist  siyasət unudulmamalıdır!Stalin həqiqətən yaramaz bir Türk düşmanıdır. Onun siyasəti nəicəsində Azərbaycan Oğuz Türklərinə qarşı faşist siyasət həyata keçirildi və öldürmə əmrini verib ,yox etdirdiyi minlərcə soydaşımızın aqibəti hələ də məlum deyildir.Bununla yanaşı Axıska Türkləri bu faşıst siyasətin ağrısını hələ də çəkir və öz yurdlarında yabancı ,qaçqın həyatı yaşayırlar.
O ki, qaldı "azəri deyə millət türklər arasında yoxdur" sözünə bu fikirdə də Tarixçi sonuna qədər haqlıdır. Çünki bu tarixi bir həqiqətdir .Əslində mən bu mövzuyla əlaqədar "Azeri yoxsa Türk" milləti isimli məqaləmdə  geniş açıqlama ilə bəhs etmişəm.Yazıda millətin önəmini də qeyd etmişəm.Bu yaxınlarda Azerbaycan saytlarının birində Ortaylıya qarşı yazı kimi təqdim edilən bir xəbəri oxudum.Əslində xəbərin verilməsindənsə, verilməsəydi  məqsədə uyğun olardı. Beləki ,bəhs etdiyimiz yazıda" Stalinin  azəri millətini uydurmadığı,bunu Azərbaycanda 20-ci əsrin ortalarında ortaya çıxmişdir" deyə   yazılır.Sonra da qeyd edilir ki,doğrudur Stalinin təkidi olub . Bununla bərabər xəbərdə "Amma, bu da elmi fikirdən gəlib. Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan dili sözü 30-cu ilərin sonlarında yeni konstitusiya qəbul olunanda işləndi. Stalinin ağılına gələn yox, təklif olunan, özünü doğruldan ifadələrdir. " deyilir. Həqiqətən xəbəri oxuyunca çox təəcübləndim.İlbər Ortaylının sözlədiyi sözə qarşı fikir kimi paylaşılan bu yazıda əslinə xəbəri paylaşan və  bu fikirdə olan həmsöhbət özüdə bilmədən Ortaylını düşüncəsinin nə qədər doğru olduğunu təsdiqləmiş oldu.  Bəli ,Satalin xüsusi canfəşanlıqla Azərbaycan dili və azərbaycanlı,azeri millət deyilən bu ifadələrə önəm verdi və qanuniləşdirdi. Beləliklə bu uydurmanı yaymağa çalışdı.Niyə?! Çünki AzƏRBAYCAN TÜRKLƏRİNİN TÜRK DEYİL DƏ başqa millət kimi qələmə verilməsi rusların və farsların işinə gəlirdi. Stalin yaxşı bilirdi ki, Türklərə hökm etmək çox çətindir və onlar hökm  edilməyə  yox , hökm etməyə və millətləri ədalətlə yönətməyə çalışmışlardır. Kiminsə onlara hökm etməsi, Türklərə və soylarına tərsdir.Bu səbəbdən STALİN Türksoylu olduqlarını onlara unutdurmaq gərəkdiyini düşünərək bu yolu seçdi.Tək Azərbaycan türklərinə qarşı yox,özbək türklərinə,qazax türklərinə və.s eyni siyasəti  həyata keçirdilər. Bu siyasəti qısaca "böl,parçala,yönət" olaraq dəyərləndirilir.  Yəni Türkləri bölərək soylarından uzaqlaşdırdılar , bütün Qafqazlardaki TÜRKLƏRİ parçaladılar və yönətdilər.

 Bəhs edilən yazıda deyilir ki, Azerbaycan,Azərbaycan xaqlı və Azərbaycan dili 30-cu illərdən qəbul olunub. Amma hələ də deyəsən xalqla millətin fərqini bilməyənlər və Azərbaycan sözünün varlığını kimsənin inkar etmədiyini anlamaynlar var. Sizlərə xüsusi ilə  qeyd etmək istəyirəm ki,xalq və millət başqa qavramlardır. Yenə "Azeri Yoxsa Türk milləti?!" isimli məqalə milləti-ərəbcə,türkçə-ulus,nation-fransızca olan bu anlayışın necə meydana gəldiyindən xüsusi olaraq bəhs etdim.Hətta iki dəyişik  anlayışı olduğunu: Obyektiv- inşaacı (nəsnəl, maddi) millət anlayışı və subyektiv - özcü millət anlayışının olduğunu xüsusi  qeyd  etdim(1).Qısaca  bu iki millət anlayışına görə millətin meydana gətirə  topluluqların meydana gəlməsində eyni irqdən olması,eyni dilə məxsus olması,ortaq yurd anlayışı,ülkü birliyi kimi xüsuslar yer almaqdadır (2). Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar - zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadilələr, ortaq təhlükələrə qarşı birlikdə  mübarizə aparmaq,qarşı gəlmək kimi faktorlər, sübutların olması mütləqdir(3). Ama xalq tamamen fərqli bir qavramdır.Xalqın meydana gəlməsi üçün eyni soy,eyni dil və eyni gələnəyə sahib olmaq gərəkməz.Örnəyin Azərbaycan vətəndaşlığını yeni qəbul etmiş bir rus və ya Avropa kökənli birisi Azərbaycan xalqı hesab edilir.Bu baximdan Azərbaycan xalqı və Azərbaycanlı Oğuz Türk milləti tamamən fərqli anlayışlardır.

 Digər tərəfdən, dəyərli həmvətənlərim, Ortaylı " Azerbaycan xalqı və Azərbaycan sözü tarixdə yoxdur deməyib" bunu unutmayın. İLBeR Ortaylı "azeri deyə milət yoxdur" deyib. Həqiqətən doğru söyləyib. Türklər arasına azəri deyə millət yoxdur. BU SONRADAN ORTAYA ATILAN,TARİX VƏ DİLÇİLİK BAXIMINDAN ÖZÜNÜ DOĞRULTMAYAN BİR SAFSATADIR.Bizlər Oğuz türk millətiyik.Aərbaycanda yaşayan insanların 95% -dən çoxu daima Türk olub. HAL-HAZIRDA GÜNEY AZƏRBAYCANDA 40 MİLYONDAN ÇOX AZƏRBAYCAN TÜRKÜ SOYDAŞIMIZ YAŞAYIR VƏ FARS ZÜLMÜNƏ MƏZRUZ QALIR.ÖZ ANA DİLİ OLAN AZƏRBAYCAN TÜRKÇƏSİNDƏ DANIŞA BİLMİR VƏ SOSİAL HƏYATLARI FARSLAR TƏRƏFİNDƏN MƏHTUTLAŞDIRILIR.    Bu tarixi bir gərçəkdir .  Özünə Türk deməyənləri də biz zorla SƏN TÜRKSƏN DEməsini istəmirik.TÜRKLÜK BİZƏ ŞƏRƏFDİR.Türk milləti daima tarixdə qəhrəmanlığı və ədaləti ilə nam salıb.Bu məqamda  mərhum dövlət başçımız Əbülfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim: “Türklük odur ki, türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər”; “Türk deyiləm” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik əlbəttə”.(4) Bizlər Azərbaycan xalqının içində olan qeyri millətlərə-milli azınlıqlara qarşı daima xoşgörülü olmuşuq.BƏZƏN BU XOŞGÖRÜLÜ DAVRANIŞIMIZI İSTİFADƏ EDƏNLƏR DƏ OLMUŞDUR.BUNA ƏN GÖZDƏ ÖRNƏK ERMƏNİLƏRDİR.Onlara vətənimizdə ev verdik ,yeməyə çörək verdik .Amma onlar bizə qarşı məkirli siyasət həyata keçirib torpağımızı işğal edib,biz Azərbaycan Oğuz Türklərinə qarşı açıq -aşkar soyqırımı törətdilər.
 Özlərini Azəri və ya Azərbaycanlı milləti hesab edənlər bildirmək istərdim ki, bizim tariximizi niyə cilizlaşdırırsınız?! Nİyə bizi 20-ci illərin əvvəlində meydana gələn,sənədlərdə isə 1941-dən sonra ortaya çıxan bir millət kimi qələmə verirsiniz?!.Niyə köklü tariximizi ,qurduğumuz Türk dövlətlərini( GÖKTÜRKLƏR,SƏLCUQLULAR,QARAQOYUNLU,AĞQOYUNLU,SƏVƏFİLƏR) unutdurur və heç sayırsınız?!Bununla əlinizə nə keçəcək?!.Həqiqətən bu suallara cavab tapmaq istəyirəm.


Türklük şərəfdir.Bizim Dövlətimizin Adı Azərbaycandır. Ölkəmizin adı Azərbaycandır və məkan olaraq biz Azərbaycanlılarıq. NECƏKİ Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "MƏN FƏXR EDİRƏM Kİ,AZƏRBAYCANLIYAM" DEYƏ SÖYLƏMİŞDİR. 
Bizlərin milli kimliyimize gəlincə bizlər TÜRKlərik . DƏYƏRLİ HƏMVƏTƏNLƏRİM, BİZLƏR AZƏRBAYCANLI Oğuz Türkləriyik.

Bəzilərini xatırlatmaq istəyirəm ki.Türk olduqlarını söyləməkdən çəkinməsinlər.Burda qorxulacaq heç bir şey yoxdur.Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir" deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir!  YƏni mərhum dövlət başçımız ,görkəmli siyasətçi Heydər Əliyev də Türk olduğumuzu vurqulamışdır. Türklük qorxulacaq deyil qürür duyulacaq bir anlayışdır.Türklükdən yalniz farslar , ruslar  və ermənilər qorxarlar.Çünki,tarixi çox gözel bildiklərindən onlara hökm edəcəyimiz qorxusu onları tədirgin etmişdir daima.
Bəxtiyar Vəhabzadə də bunu bildirmək üçün mətin altı məna ilə bu iki misrasında buna işarət edir:

 “Anlaya bilmirəm, niyə türk sözü,
Kiminsə başına düşən daş olmuş...
Sizlərə köklərimizi unutmamağı və bunun anlayaraq Türklük bilincində yaşamağı tövsiyyə edirəm.Sonda Mustafa Kamal Atatürkün bu sözlərini xatırlatmaq istərdim. Nə mutlu Türküm deyənə!
İstifadə edilən mənbələr:
1..Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s. 87.
2.Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001.
3.Okandan, op. cit., s.693.  Ibid.
4.MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
5.TARİH ve medeniyet araşdırmacısı AYNUR TALIBLI "AZERİ YOKSA TÜRK" isimli makaleden.
P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

Hiç yorum yok:

Yorum Gönder