24 Ağustos 2017 Perşembe

                     QARABAĞ BU GÜN FUTBOL MEYDANINDA,SABAH DÖYÜŞ!!!!

YAZAR:AYNUR TALIBLI.TARİHVE MEDENİYET ARAŞDIRMACISI.İSTANBUL2017.

 Qarabağ , bizim qanıyan yaramız, eynən Təbriz kimi,Kərkük kimi heç  bir zaman unutmadığımız və həsrətlə qovuşacağımız günü gözlədiyimiz vətən torpağımızdır.  Sizlərə də məlum olduğu kimi çox oldu biz Qarabağ ismini qəlb ağrısı ilə yad edirdik. Hardasa 30 ilə yaxındır ki, ürəkdən ,sevinərək biz Qarabağımızı yad edə bilmirdik . Ama zaman keçdi və biz Avropada Danimarkanın  paytaxtında   Qarabağ futbol takımımızın-komandamızın qələbəsi ilə  sevinərək " Qarabağ bizimdir" deyə sevinc hislərimizi dilə gətirə bildik.Bu bizim çoxdan gözlədiyimiz qələbə idi. Unutmayın ,bu  təkcə bir  futbol komandasının qələbəsi deyil,bizim qürurumuzu yenidən yüksəldən ,hər bir Azərbaycanlı Oğuz Türkünün dinməyən acısını azacıqda olsa  dindirən bir qələbə idi. Bunu takımımızın baş məşqçisi Qurban Qurbanovun da hisslərini toplamağa çalışsada axan gözyaşlarından hiss etmək çətin deyil.Baş məşqçimizə və Qarabağın bütün kollektivinə Azərbaycan Türkləri adından təşəkkür edirik.

  Vətəndə olan və qürbətdə olan hər kəs dünən eyni uğura sevinirdi,bütün Azərbaycan Türkləri  eyni sevinci yaşayırdı.  Əllərdə üç rəngli Azərbaycan Türk bayrağı və qəblərdə sevinc hissi ilə bu uğuru,qələbəni qutlayırdı. Türkiyədəki türklərdə eyni dərəcədə sevinir və bizi görən  hər kəs bu sözləri deyirdi " Qarabağ Türkündür,Türkün qalacaq!" .Həqiqətən çox qürurlandıq və ümidimiz daha da artdı.  Artıq Avropa və erməni sevərlərin hər biri Azərbaycan ,Qarabağ ,Türk isimlərini hər daim yanaşı eşitməyə alışsa yaxşı olar. Biz küllərimizdən yenidən doğuruq! Bu qələbəni bu gün futbol meydanında qazandıq.Qələbənin dadı bir kərə alındımı insanda alışqanlıq yaradar.Necə ki,erməni quldurlarından qurtardığımız  Cocuq Mərcanlıda bu duygunu yaşadıq. Sonrada Avropada başımızı Qarabağımız ucaltdı.Bu gün futbol meydanında qazanılan qələbə sabah döyüş meydanında qazanılacaq inşALLAH.Biz buna inanırıq.Sabahı ümidlə gözləyiri və Türkün şanlı gücünü düşmana göstərəcəyik. Türkün sanlı bayrağını Qarabağımıza asacağımız gün üçün dualar edirik.Nə Mutlu Türküm Deyənə!



P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

21 Ağustos 2017 Pazartesi

           Türklükdən niyə qorxursunuz?!Millətlə,xalqın fərqini bilmirsiniz?!
YAZAR:AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI.İSTANBUL2017.

  SizlərəÇdəyərli oxuyucular  bəzi tarixi həqiqətlərin nə qədər önəmli olduğundan və Azərbaycan Oğuz Türklərinin köklü,qədim,əski tarixə malik olduğundan məqalələrimdə özəlliklə bəhs edirəm.Bu həqiqətləri qürur hissi keçirərək yazır və şükürlər edirəm ki,qədim,əsalətli Oğuz Türləriyik. Bu yerdə bütün Türk dünyasının görkəmli simalarında Ahmet Yasəvi ilə əlaqədar  olduğu qeyd edilən bu sözlərini qeyd etmək istərdim.
  Ahmet Yasəviyə "Müsəlman mısınız ?" deyə soruşmuşlar. "Əlhamdülillah Türkəm, Müsəlmanam” demiş!..“Biz sənə dinini soruşduq!..Nədən Türklüyü qatırsan?” diyərək sualı  yeniləmişlər.“Din seçimim, Türklük qədərimdir (alın yazımdır)!..” deyə cavab vermişdir.Bu dialoqu  Türklüyün nə qədər önəmli olduğunu  xatırlatmaq amacı ilə qeyd etdim.
Bu məqaləmi  bu yaxında Türkiyə Türkü görkəmli və dünyaca ünlü  üniversitetlərdə fəaliyyət göstərmiş, Türk dünyasının müasir çağda önəmli tarixçilərindən İlbər Ortaylını sözləri ilə əlaqədar söylənilənlərə  cavab olaraq yazıram.  İlbər Ortaylının sözləri həqiqətdə doğrudur. Ama ola bilsin ki ,tarixçi biraz gülüş- yumor hissi ilə Stalinə qarşı bir ifadə işlədib. Düşünürəm ki,doğru da edib.Məgər Stalin çox mu dəyərli biridir.?!Mənə görə Azərbaycan Oğuz Türklərinə və Axıska Türklərinə qarşı etdiyi vəhşilik və faşist  siyasət unudulmamalıdır!Stalin həqiqətən yaramaz bir Türk düşmanıdır. Onun siyasəti nəicəsində Azərbaycan Oğuz Türklərinə qarşı faşist siyasət həyata keçirildi və öldürmə əmrini verib ,yox etdirdiyi minlərcə soydaşımızın aqibəti hələ də məlum deyildir.Bununla yanaşı Axıska Türkləri bu faşıst siyasətin ağrısını hələ də çəkir və öz yurdlarında yabancı ,qaçqın həyatı yaşayırlar.
O ki, qaldı "azəri deyə millət türklər arasında yoxdur" sözünə bu fikirdə də Tarixçi sonuna qədər haqlıdır. Çünki bu tarixi bir həqiqətdir .Əslində mən bu mövzuyla əlaqədar "Azeri yoxsa Türk" milləti isimli məqaləmdə  geniş açıqlama ilə bəhs etmişəm.Yazıda millətin önəmini də qeyd etmişəm.Bu yaxınlarda Azerbaycan saytlarının birində Ortaylıya qarşı yazı kimi təqdim edilən bir xəbəri oxudum.Əslində xəbərin verilməsindənsə, verilməsəydi  məqsədə uyğun olardı. Beləki ,bəhs etdiyimiz yazıda" Stalinin  azəri millətini uydurmadığı,bunu Azərbaycanda 20-ci əsrin ortalarında ortaya çıxmişdir" deyə   yazılır.Sonra da qeyd edilir ki,doğrudur Stalinin təkidi olub . Bununla bərabər xəbərdə "Amma, bu da elmi fikirdən gəlib. Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan dili sözü 30-cu ilərin sonlarında yeni konstitusiya qəbul olunanda işləndi. Stalinin ağılına gələn yox, təklif olunan, özünü doğruldan ifadələrdir. " deyilir. Həqiqətən xəbəri oxuyunca çox təəcübləndim.İlbər Ortaylının sözlədiyi sözə qarşı fikir kimi paylaşılan bu yazıda əslinə xəbəri paylaşan və  bu fikirdə olan həmsöhbət özüdə bilmədən Ortaylını düşüncəsinin nə qədər doğru olduğunu təsdiqləmiş oldu.  Bəli ,Satalin xüsusi canfəşanlıqla Azərbaycan dili və azərbaycanlı,azeri millət deyilən bu ifadələrə önəm verdi və qanuniləşdirdi. Beləliklə bu uydurmanı yaymağa çalışdı.Niyə?! Çünki AzƏRBAYCAN TÜRKLƏRİNİN TÜRK DEYİL DƏ başqa millət kimi qələmə verilməsi rusların və farsların işinə gəlirdi. Stalin yaxşı bilirdi ki, Türklərə hökm etmək çox çətindir və onlar hökm  edilməyə  yox , hökm etməyə və millətləri ədalətlə yönətməyə çalışmışlardır. Kiminsə onlara hökm etməsi, Türklərə və soylarına tərsdir.Bu səbəbdən STALİN Türksoylu olduqlarını onlara unutdurmaq gərəkdiyini düşünərək bu yolu seçdi.Tək Azərbaycan türklərinə qarşı yox,özbək türklərinə,qazax türklərinə və.s eyni siyasəti  həyata keçirdilər. Bu siyasəti qısaca "böl,parçala,yönət" olaraq dəyərləndirilir.  Yəni Türkləri bölərək soylarından uzaqlaşdırdılar , bütün Qafqazlardaki TÜRKLƏRİ parçaladılar və yönətdilər.

 Bəhs edilən yazıda deyilir ki, Azerbaycan,Azərbaycan xaqlı və Azərbaycan dili 30-cu illərdən qəbul olunub. Amma hələ də deyəsən xalqla millətin fərqini bilməyənlər və Azərbaycan sözünün varlığını kimsənin inkar etmədiyini anlamaynlar var. Sizlərə xüsusi ilə  qeyd etmək istəyirəm ki,xalq və millət başqa qavramlardır. Yenə "Azeri Yoxsa Türk milləti?!" isimli məqalə milləti-ərəbcə,türkçə-ulus,nation-fransızca olan bu anlayışın necə meydana gəldiyindən xüsusi olaraq bəhs etdim.Hətta iki dəyişik  anlayışı olduğunu: Obyektiv- inşaacı (nəsnəl, maddi) millət anlayışı və subyektiv - özcü millət anlayışının olduğunu xüsusi  qeyd  etdim(1).Qısaca  bu iki millət anlayışına görə millətin meydana gətirə  topluluqların meydana gəlməsində eyni irqdən olması,eyni dilə məxsus olması,ortaq yurd anlayışı,ülkü birliyi kimi xüsuslar yer almaqdadır (2). Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar - zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadilələr, ortaq təhlükələrə qarşı birlikdə  mübarizə aparmaq,qarşı gəlmək kimi faktorlər, sübutların olması mütləqdir(3). Ama xalq tamamen fərqli bir qavramdır.Xalqın meydana gəlməsi üçün eyni soy,eyni dil və eyni gələnəyə sahib olmaq gərəkməz.Örnəyin Azərbaycan vətəndaşlığını yeni qəbul etmiş bir rus və ya Avropa kökənli birisi Azərbaycan xalqı hesab edilir.Bu baximdan Azərbaycan xalqı və Azərbaycanlı Oğuz Türk milləti tamamən fərqli anlayışlardır.

 Digər tərəfdən, dəyərli həmvətənlərim, Ortaylı " Azerbaycan xalqı və Azərbaycan sözü tarixdə yoxdur deməyib" bunu unutmayın. İLBeR Ortaylı "azeri deyə milət yoxdur" deyib. Həqiqətən doğru söyləyib. Türklər arasına azəri deyə millət yoxdur. BU SONRADAN ORTAYA ATILAN,TARİX VƏ DİLÇİLİK BAXIMINDAN ÖZÜNÜ DOĞRULTMAYAN BİR SAFSATADIR.Bizlər Oğuz türk millətiyik.Aərbaycanda yaşayan insanların 95% -dən çoxu daima Türk olub. HAL-HAZIRDA GÜNEY AZƏRBAYCANDA 40 MİLYONDAN ÇOX AZƏRBAYCAN TÜRKÜ SOYDAŞIMIZ YAŞAYIR VƏ FARS ZÜLMÜNƏ MƏZRUZ QALIR.ÖZ ANA DİLİ OLAN AZƏRBAYCAN TÜRKÇƏSİNDƏ DANIŞA BİLMİR VƏ SOSİAL HƏYATLARI FARSLAR TƏRƏFİNDƏN MƏHTUTLAŞDIRILIR.    Bu tarixi bir gərçəkdir .  Özünə Türk deməyənləri də biz zorla SƏN TÜRKSƏN DEməsini istəmirik.TÜRKLÜK BİZƏ ŞƏRƏFDİR.Türk milləti daima tarixdə qəhrəmanlığı və ədaləti ilə nam salıb.Bu məqamda  mərhum dövlət başçımız Əbülfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim: “Türklük odur ki, türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər”; “Türk deyiləm” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik əlbəttə”.(4) Bizlər Azərbaycan xalqının içində olan qeyri millətlərə-milli azınlıqlara qarşı daima xoşgörülü olmuşuq.BƏZƏN BU XOŞGÖRÜLÜ DAVRANIŞIMIZI İSTİFADƏ EDƏNLƏR DƏ OLMUŞDUR.BUNA ƏN GÖZDƏ ÖRNƏK ERMƏNİLƏRDİR.Onlara vətənimizdə ev verdik ,yeməyə çörək verdik .Amma onlar bizə qarşı məkirli siyasət həyata keçirib torpağımızı işğal edib,biz Azərbaycan Oğuz Türklərinə qarşı açıq -aşkar soyqırımı törətdilər.
 Özlərini Azəri və ya Azərbaycanlı milləti hesab edənlər bildirmək istərdim ki, bizim tariximizi niyə cilizlaşdırırsınız?! Nİyə bizi 20-ci illərin əvvəlində meydana gələn,sənədlərdə isə 1941-dən sonra ortaya çıxan bir millət kimi qələmə verirsiniz?!.Niyə köklü tariximizi ,qurduğumuz Türk dövlətlərini( GÖKTÜRKLƏR,SƏLCUQLULAR,QARAQOYUNLU,AĞQOYUNLU,SƏVƏFİLƏR) unutdurur və heç sayırsınız?!Bununla əlinizə nə keçəcək?!.Həqiqətən bu suallara cavab tapmaq istəyirəm.


Türklük şərəfdir.Bizim Dövlətimizin Adı Azərbaycandır. Ölkəmizin adı Azərbaycandır və məkan olaraq biz Azərbaycanlılarıq. NECƏKİ Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "MƏN FƏXR EDİRƏM Kİ,AZƏRBAYCANLIYAM" DEYƏ SÖYLƏMİŞDİR. 
Bizlərin milli kimliyimize gəlincə bizlər TÜRKlərik . DƏYƏRLİ HƏMVƏTƏNLƏRİM, BİZLƏR AZƏRBAYCANLI Oğuz Türkləriyik.

Bəzilərini xatırlatmaq istəyirəm ki.Türk olduqlarını söyləməkdən çəkinməsinlər.Burda qorxulacaq heç bir şey yoxdur.Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev "Türkiyə və Azərbaycan bir millət iki dövlətdir" deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir!  YƏni mərhum dövlət başçımız ,görkəmli siyasətçi Heydər Əliyev də Türk olduğumuzu vurqulamışdır. Türklük qorxulacaq deyil qürür duyulacaq bir anlayışdır.Türklükdən yalniz farslar , ruslar  və ermənilər qorxarlar.Çünki,tarixi çox gözel bildiklərindən onlara hökm edəcəyimiz qorxusu onları tədirgin etmişdir daima.
Bəxtiyar Vəhabzadə də bunu bildirmək üçün mətin altı məna ilə bu iki misrasında buna işarət edir:

 “Anlaya bilmirəm, niyə türk sözü,
Kiminsə başına düşən daş olmuş...
Sizlərə köklərimizi unutmamağı və bunun anlayaraq Türklük bilincində yaşamağı tövsiyyə edirəm.Sonda Mustafa Kamal Atatürkün bu sözlərini xatırlatmaq istərdim. Nə mutlu Türküm deyənə!
İstifadə edilən mənbələr:
1..Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s. 87.
2.Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001.
3.Okandan, op. cit., s.693.  Ibid.
4.MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
5.TARİH ve medeniyet araşdırmacısı AYNUR TALIBLI "AZERİ YOKSA TÜRK" isimli makaleden.
P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

17 Ağustos 2017 Perşembe

                                SİZ DƏ EL-ALƏMDƏN ,XALXIN  QINAĞINDAN QORXURSUNUZ?!
YAZAR:AYNUR TALIBLI .TARİH VE MEDENİYET ARAŞTIRMACISI.İSTANBUL 2017.


 Sizlərədə məlum olduğu kimi ,hər yazımda özəlliklə Azərbaycanımızın Oğuz Türk yurdu olduğunu və bizlərin qədim,əski və köklü mədəniyyətə ,tarixə malik olan Oğuz Türkləri olduğumuzu qeyd edirəm.Hər zaman törəmizdən-milli dəyərlərimizdən,ədalət anlayışımızdan və xoşgörülü ,yaxşı niyyətli olduğumuzdan bəhs edirəm. Bizlərin ailə qurluşundan, daha doğrusu tarixə nam salan atalarımızın ailə qurluşundan,qadına verdikləri dəyərdən əlimdən gəldiyi qədər  əksər məqalələrimdə ,özəlliklə "Türk toplumunda qadının yeri və dəyəri"  isimli məqaləmdə bəhs etmişdim.Türk millətinin qadın qəhrəmanlarından söz edərkən həqiqətən qurur duydum və bu hissi sizlərində yaşadığından əminəm. Ama bu məqaləmdə məlum mövzu ilə əlaqədar başqa məqamları  qeyd edəcəyəm. 
  Zamanla hər şey dəyişir və dəyişib.Ama bizlər həddindən çox dəyişmişik. Həm kökümüzdən,həm də milli dəyərlərimizdən çox uzaqlaşmışıq.Buna ya dini bəhanə etmib.dində yeri olmayan  bədəvi ərəblərin özəlliklərini mənimsəmişik, ya da " milli mentalitetimiz var" deyib ,bizə aid olmayan sonradan uydurulmuş saxta dəyərlər  meydana gətirmişik. Əslində meydana gətirdiyimizi düşündüyümüz "dəyərlər" ilə  özümüzü dəyərsizləşdirmişik ama bunun özümüzün belə fərqində deyilik.Maraqlısı budur ki,sonradan meydana gətirdiyimiz saxta ,sözdə dəyərlərlə ən çox da , cəsur və qəhrəman Türk qadınını , atalarımızın dəyərlərini  əzdik və ailə münasibətlərində  , sosial həyatda öz egomuzu tətmin etmək üçün cəmiyyətdə və ailədə incə ruhlu ,mərhəmətli   qadınlarımızı və gələcəyimiz olan uşaqlarımızı zamanla əzdik. " El-aləm" və ya loru dillə desək  "camaat", " xalx" deyilən bir qrup boş-bekar ,dedi-qoducu insanların dediklərini həyatımızın mərkəzinə qoyduq.
Bu "el- alem" dediyimiz bir qrup boş-bekar və öz evində- oçağında sözü keçməyən başqalarının həyatına müdaxilə etməyi və başqalarının həyatında səhv axtarmağı özünə borc bilən bəzi insanların düşüncəsini önəmsəyib, vicdanımızı və ədalət qavramını unutduq.Hətta o dərəcəyə gəldi ki , yaradanın bizə verdiyi həyatı belə onlara qurban verməli olacağımız düşüncəsi bizlərə məcburən aşılandı. Bu "el-aləm"   və ya "xalx " insanların həyatını yönəltməyə belə başladılar.Örnəyin dünyaya qız övladı gələndə bəzi ailələr yas tutdu .Səbəb isə" el -aləm oğlu niyə olmadı ?"deyər,"bu qızın namusunu necə qoruyacayıq?" qorxusu olurdu.Bununla əlaqədar Molla Nəsrəddin jurnalındakı 1909 -cu iləaid  bir karikaturanı sizlərlə paylaşıram.



Birinci karikaturada oğlan doğulan ailənin ,ikinci karikaturada qız doğulan ailənin vəziyyəti əks olunmuşdur.(1) Bu karikaturanın əski olmasına baxayaraq bu gün cəmiyyətimizdə əssən qadına münasibət yenə eyni olaraq qalır.Əks halda yeni doğulan qız övladı zibbilikdə tapılmazdı və qız övladlarının sayında azalma qeyd olunmazı.Bu bir gərçəkdir.
   Dünyaya gələndən sonra yaşamam hüququ verilən qız övladı məktəb çağına gəldikdə isə " buna təhsil verək yoxsa verməyək "mövsuzu belə mübahisə edilir və nəhayət qərar verilir ki,buna(qız övladına) təhsil verək,verək ki el- aləm desin "cehizində diplomu var , həm də bu zaman  qızı istəyən çox olar ,hətta bir pulluya verərik". Əslində bu düşüncə ilə guya ailə doğulan qızının həyatını qurtarır və ona daha yaxşı həyat vəd edir. Halbu ki,təhsil qız övladına öz ayağları üzərində dursun,yeni nəsli güclü ,təhsilli yetişdirsin,vətəninin ,millətinin haqqlarını müdafiə etsin  deyə verilməlidir. Sonra bu "qız övladının yaşı 25 və ya 30 -a çatmadan mütləq evlənməsi gərəkər,xalx nə  deyər?!" düşüncəsi ortaya atılır. Bəzən də evlənən qıza getdiyin evdən" kəfənin çıxar" deyilir. Bu isə nəticədə gərcək olur. Qızlarımız ailə içində  şiddətə məruz qalır , övladları dünyaya gəlincə onlar üçün susmali olurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır ,çıxdıqdan sonrda "el-aləmin" sozü ilə qızının başına çaxınc etməyə başlayır ki," getdiyin evdə dolana bilmədin" nəticədə yenə ya həyatına son qoyur ya da əsəb xəstəsi olur,sosiallaşmaqdan məhrum olur.Ama əgər madii durum yoxdursa söylənildiyi kimi o evdən " kəfənlə" çıxır. Beləcə "el-aləmin","xalxın" istədiyi olur. Yəni həyatlar puç olur gedir!
Bilirsiniz, bu yaxında bir ana övladları ilə tam da bəhs etdiyimiz həyatı yaşadı.Düşünün bir ana nə dərəcə  həyatdan bezdirilir ki, canından çox sevdiyi övladları ilə bərabər  qatar yoluna atılaraq həyatına son verir.Bu böyük bir  faciədir. Bütün bu yazılanları oxuyanların bəziləri inkar edəcəklər,"belə bir şeylər yoxdu,biz çağdaşıq" falan .Həqiqətdə isə bunlar sizin görmək istəmədiyiniz və ya görmədiyinizi idda etdiyiniz gərçəklərdir.El-aləmin,xalxın,camaat sayəsində puç olan həyatlar heç də az deyil.İnsanların var olan bu gərçəkləri qəbul etməmələri belə şəxsi eqolarının onlara hökm etməsindən irəli gəlir.
 Bütün bu faciələrin önünü almaq üçün isə bizlərin özünə dönməsi mütləqdir.Baxın bu gün intahar edən qadınların,gənclərin və gələcəyimiz olan uşaqlarımızın həyatlarına son verməsinə səbəb olan amillərin başında ,el-aləm qınağı və pisixoloji şiddət durur.


Halbuki bizlərin ataları qadınlar,uşaqlaravə gücsüzə böyük dəyər verər və sosial həyatda ədalət və vicdanla hökm edərlərdi.Çünki Oğuz Türklərinin törəsi və ya milli dəyərləri bunu tələb edirdi.Bizim atalarımız olan əski türklərdə toplumun düzəni və xalqın rəfahı üçün var olan hüquq qanunlarının-törənin və bu qanunların uygulanmasının-həyata keçirilməsinin  mütləq "ədalət" anlayışına uyğun olması  istənmiş və Türk  xaqanları da ölkələrində  ədalətin qorunmasına böyük önəm vermişlərdir.(2) Bir Çin qaynağında qeyd edilənə görə,Tabgaç Türk hökümdarı  T"ai-Wu " Mən dövlətimin içində kiçiklərin haydutluq etməsinə və xalqımın əzilməsinə göz yuma bilmərəm" deyərək,ədalətə əməl olunmasına göstərdiyi diqqəti-titizliyi gözlər önünə sərmişdir.(3)
 Türklərdə Törəni qazanmaq dövləti qurmaq deməkdir. Bu səbəblə törənin itirilməməsi gərəkməkdədir. Bu mövzuyla əlaqədar bu  örnəyi qeyd etmək  yerinə düşər." El buraxılar törü buraxılmaz".  Türklərə görə.," Türk törüsin  ıçgınmış budun" yəni "Türk törəsini itirmiş millət", yox olmuş və ortadan qalxmış bir millətdir.Törə gedincə nə millət,nə el,nə də dövlət qala bilər.  Bununla bərabər heç bir qüvvət ,Türk millətinin törəsi ilə elini əlindən ala bilməz. Olsa olsa yenə Türk millətinin avaralığı  və aldanmasi- yanilması onun elini və törəsini əlindən ala bilər . Bəli, yenə biz öz törəmizi və ya mili dəyərlərimizi unudarıqsa toplumumuz məhv olar.Bu da ilk olaraq türk toplumunun dirəyi,əsası hesab olunan və hər zaman böyük dəyərə dahib olan Türk qadınının əzilməsinə gətirib çıxarar. Ədalət və vicdan qavramlarını unutmamıza  səbəb olar . " El-aləmin,xalxın,camaatın"dedikləri vicdanimizi və ədalət anlayışımızı əvəz etməməlidir.

 Əgər bu gün deyilənləri və düşünülənlərə önəm vermək istəyiriksə, Tarixə diqqətlə nəzər yetirməliyik.Paramparça olmuş vətən torpağının və yurdsuz qalmış soydaşlarımızın,erməniyə əsir düşən ana-bacılarımızın taleyini düşünməmiz və beynəlxalq səviyyədə "el-aləmin nə dediyini "önəmsəməli və tarixi gələcəkdə oxuyacaq övladlarımızın bizi necə qınayacağını anlamalıyıq.Mİlli şüurla yanaşmalıyıq başımıza gələ bütün bu hadisələrə.Əlimizdən alınana Qarabağı,erməniyə yurd olmuş İrəvanı,sahibsiz qalmış Kərkükü,Farsın zülümündə əzilən ,haqqı ,dili əlindən alınmış Güney Azərbaycanı və.s xatırlatmalı ,bu acı gərcəkləri unutmamalıyıq .Boş mövzuları və gərəksiz insanların "milli mentalitet" adlandırılan safsataları yayqınlaşdırımaqdansan ,övladlarınıza milli iradəni,milli şüuru aşılayın ki, Vətən torpağının qiymətini bilisin,özünə,milli kimliyinə sahib çıxsın.Atalarımızın bizə əmanət etdiyi dilimizi ,torpağımızı qorusun.Övladlarınızı " el-aləmin","xalxın" qınağına görə yetişdirəcəyinizə vətən ,millət üçün yetişdirin.Yetişdirin ki gələcəyimiz parlaq olsun,boş-bekar insalar görə  puç olmasınlar.Əks halda  vətənini,dilini satan mangurt bir nəsil yetişər.Bu isə bizim özümüzə ,türklüyümüzə tərsdir.
 Yeni nəslə mütləqa atalarımızın qadına verdiyi dəyərdən bəhs edilməlidir.Bilsinlər ki ataları,Hunlar,Göktürklər qadına böyük hörmət bəsləmiş və Türk qadını daima dövlət yönəlmiş,millətinə hizmət etmişdir.Övladlarınıza Asyada və müsəlman şərqində ilk dəfə qadına seçmək və seçilmək hüququnu M.ƏMİN RƏSULZADƏNİN QURDUĞU Azərbaycan TürK Cumhuriyyətinin verdiyini də söyləyin.Qadının qınaq mərkəzi yox gələcək nəsilləri yetişdirən müqəddəs və ülvi bir varlığ olduğundan da bəhs edin. Bəhs edin ki.doğulan qız övladını torbaya qoyub zibilliyə atmasınlar,bəhs edin ki, qiz övladlarının sayısı azalmasi və yeni bir sosial problem ortay çıxmasın.Bunlardan bəhs edərkən lütfən "el-aləmin,xalxın" qınağının gərəksiz olduğunu və bu boş-bekar insanların həyatlara müdaxilə etmək hüquqlarının olmadığınıda  anladın lütfən!.
 İstifadə edilən mənbələr:
1.Azerbaycan Milli Kitabxanası
2.Eski Türk devletlerinde adalet anlayışı ve bu kavrama isnat edilen değerle ilgili ayrıntılı bilgi için bkz. TUTAR, Adem; İslâm Öncesi Türk Devlet Geleneğinde Adalet Anlayışı, C. II, Ankara, 2002, s. 868 vd.
3.  DONUK, Abdülkadir; Eski Türklerde Hükümdarın Vazifeleri ve Vasıfları, Türk Dünyaları Araştırma Dergisi, Nisan 1982, No: 17, s. 108. 

Xüsusi Teşekkür verdiyi değerli bilgiler üçün Türk komutan İshak Çelik beye saygılarla