15 Şubat 2017 Çarşamba

                                            DİLİMİZ,MİLLİ KİMLİYİMİZ...
Azərbaycan dili və ya Azərbaycan Oğuz Türkçəsi qedim bir Tarixə malikdir . Türk millətindən olan Azərbaycan Türklərinin dili öz Türkçedir desek yanılmarıq.  Ama həqiqi menada çirklənilmədən özünden eslinden qoparılmadan  saflığı ile gelecek nəsillərə ötürülərsə,
 bu bizim kimlik kartımız, belgemiz olar. Öncədən də qeyd etdiyim kimi  ,,,çirklənilmədən,, ifadəsini yenə vurğulayıram. Bir dil necə çirklənər ?  deyə sual edə bilərsiniz.Sizə bunun açığlamasını yazacağam. Eger biz öz dilimize gərksiz yabancı ,milli olmayan sözlər daxil ediriksə bu dilimizin çirklənməsinə gətirib çixarır.Digər tərəfdən eger bunu özümüzü müasir dırnağ arası modern göstərmək üçün edəriksə bu artıq dilimizə qaşı cinayyətdir !. Özəlliklə rus dilindən olan sözləri hələ də dilimizdən çıxartmırıq ve inad edirik . Deyəsən ''fsyo'' uje'',''tak'', ''davay'', ''mama'', '' papa''   kimi sözleri işletmek bəzilərinə xoşdur.  Niyə ?, bunun səbəbi nedir? . Bu suallara həmən vercəyimiz şablon qelib cavablar hazırdır. Size onlardan bir ,iki örnək yazım : " Biz rusların əsarətinde idik", ''rusca beynalxalq dillərdən biridir", "Rusya bizim qonşumuzdur" və s kimi safsatalar. Eger siz qonşunuzun adını atanıza demirsinizsə ,Rus qonşunuzdur deye Azerbaycan dilinin əvəzinə rus dilində də danışmamalısınız! Rus işğalında qalmağı bəhanə etməyə gəlince də artıq bunu anlayın rusların işğalından 30 ilə  yaxın müddət keçib gedib.. Artıq bu bəhanəni bir kənara qoymağ lazımdır!. Bunu da qeyd edim ki , rus bizim sadece qonşumuz dostumuz  deyil ,erməniye destek veren medeniyyetimizin ve dilimizin inkişafının önünü kesen bir gücdür .  Örnek olaraq qonşu Gürcüstanı alın artıq gürcülər rus dilində danışmağın daşını çoxdan atıb! Digər tərəfden ağzınızı əyə əyə "Rus dili beynəlxalq dildir" deyirsinizsə sizin eviniz və Baki küçeleri nə konferans zalıdır nə de Beynalxalq ve ya akademik arenadır.Əgər oralarda Azerbaycanımızı temsil ederken danışsanız bu daha yararlı olar. Siz rus ve ya da ingilis dilinde danışmağa  beynəlxalq arenada , akademik mekanlarda davam edin. Əks halda Bakı küçələrinde xüsusi ilə ,, Taqovi,, adlandırdığınız yerdə rusca danışmağa davam edərsənizse bu sizi,, modern,, yox dilinde danışmağı ar bilən dilinə dəyər verməyən biri kimi göstərcəkdir.Bilirəm bəziləri ,,dil bilmək yaxşıdır ,, kimi ifadələr işlədəcək .Ama onlara bunu bildirmək istərdim ki sizə dil bilməyin demirik . Dəyərli həmvətənlərim hətta erməninin də dilini öyrənin ama Azerbaycan Türk Oğuz yurdunda Azerbaycan Türkçesinde danışmağ sizin  ve bizim  boynumuzun borcudur!! Bu bizim vətəndaş borcumuzdur.Eks halda Azerbaycan Türkçəsində danışanlara ,,çuşka,, deyərək alçaltdığınız dönəmə geri dönərsiniz ki bu da sizin milli kimliyinizi ve şəxsiyyətinizin alçaldılması itirilmesi demekdir!  Çünki milli dili duygusu .düşüncəsi vətən millet sevgisi  olmayanların  , dilini qorumayanlar ,vətənini millətini, devlətini qorumazlar! Size onu da qeyd edim ki artıq vətənimizdə  illerdir Beynelxalq Yarışlar keçirilir ve ölkemizə qonağlar gəlir.Əgər siz onların misafir olduğu zamanlarda da rus dilinde öz vetendaşlarınızla danışsanız bu yaxşı hal olmayacaq.Nece ki bundan evvelki yarışmada İngiltereden gelen bir misafirimizin soruşduğu sula kimi bele bir sualla qarşılaşacağsınız .''Hele de mi Azerbaycanda dövlet dili rus dilidir? kimi suallarla qarşılaşmağa davam edeceyik. Unutmayın biz onlara öz dilimizi Azerbaycan Türkçesini tanıtmalı ve sevdirmeliyik.

 YAZAR : AYNUR TALIBLI. İstanbul Sabahattin Zaim Üniversitesi. Tarix ve Medeniyyet araştırmaları bölümü.Yüksek Lisans.

Hiç yorum yok:

Yorum Gönder