26 Şubat 2017 Pazar

                    XOCALI SOYQIRIMININ DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI....

YAZAR:  AYNUR TALIBLI.İstanbul Sabahattin Zaim Üniversiteti.Tarix və Mədəniyyət araştırmaları bölümü .Yüksək Lisans
Dünya tarixinin bəzi səhifələri utanc və qan doludur.Bu səhifələrdə görünməmiş vəhşiliklər yazılır və heç vaxt unutulmur.Hansısa qurupların ,dəstələrin və ya beynəlxalq təşkilatların görməzdən gəlməsinə baxmayaraq tarix bu hadisələri yazır .Bu vəhşilik yaddaşlara həkk olunur.
Xocalı soyqırımı  dünya darixinin və Türk  taiximizin qanlı yaddaşıdır.Artıq tam 25 il ötüb keçdi Xocalı faciəsindən. Bu yazımda  ,Xocalıda bu vəhşiliyin nə üçün törədildiyini ,Xocalı faciəsinə dünyanın baxışını,  Xocalını necə yad etməyimiz gərəkdiyini  və Xocalının sabahı üçün bu gün nələr etməliyik deyə qeyd edəcəyəm. 
  1828- ci ildə Rusya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra Rusya tərəfindən bölgəmizədə bir "Ermənistan "dövləti oluşdurmaq hərəkatının başlaması ilə bərabər getdikçə bölgədə ciddi narahtlıq başlamış və artmışdır.  İki dəniz arasında (Xəzər və Qara dəniz)"Böyük Ermənistan" qurmaq xəyalı ilə yola çıxan ermənilər tarixin müxtəlif zaman dilimlərində Anadoluda,Qafqazda,Azərbaycanda vəhşiliklər törətmişdir. Bu vəhşiliklərlə sərhədlərini genişləndirən ermənilər son olaraq Qarabağdakı törətdiyi cinayətlərlə Azərbaycan torpağının yüzdə iyirmisini  işğal etmişdir. Ermənilərin törətdiyi cinayətlərin, vəhşiliklərin arasında Xocalı xüsusi və önəmli yer tutur. Çünki  Qarabağ və Xocalı strateji əhəmiyyətli bir bölgə idi. Bu bölgə Azərbaycanın digər bölgələri ilə Ermənistan və İran torpağlarına nəzarət edilə biləcək nöqtədə olaması baxımından jeopolitik önəmə sahibdir.(1) Məhz bu önəm İranın, farsların Qarabağ savaşında erməniləri dəstəkləməsinə səbəb oldu.  Çünki, İran Güney Azerbaycanda 40 milyon Azerbaycan Türkünün olduğunu yaxşı bilir və qorxurdu ki, Türkçülər ayaqa qalxar və Güney Azərbaycanla Quzey Azerbaycan birləşər bu halda İran deyə ölkə xəritədən silinər. 
  Bütün dünyanın gözü önündə erməniler rusların açığ və iranın gizli dəstəyi ilə bütün Beynəlxalq Hüqüları heçə sayaraq Azərbaycan torpağlarında soyqırımı törətdi .Heç sübhəsiz ermənilərin Qarabağda törətdiyi vəhşiliklərin ən acımasızı  Xocali qətliamıdır.
  Xocali əslində 1988 -ci ildən bəri hədəf alınmışdı. Öncədən də qeyd etdiyim kimi ,bu jeopolitik önəmdən qaynaqlanır. Xocali ,Ağdam,Şuşa,Xankəndi baxımından önəmli stratejik əhəmiyyətə malikdir. Ayrıca bölgəni Ermənistana bağlayan yol da Xocalıdan keçməkdədir.(2).Bölgənin tək havalimanına malik olan Xocalı,Qarabağ savaşı zamanı erməni gücləri üçün əsgəri,hərbi hədəf olmuşdur. Məhz Xocalının ələ keçirilməsi durumunda Əskəran və Xankəndi arasındakı yol açılacaq,  Şuşa xaricindəki bütün Dağlıq Qarabağın ermənilərin nəzarətində olması həyata keçəcəkdi(3)Xocalının bu  stratejik önəmiylə birgə ,erməni hücumundan  zülümündən qaçan əhalinin burda toplanması diqqətin daha da bu bölgəyə yönəlməsinə səbəb olurdu.1988-ci ilədən öncə 2135 nəfərlik müfusa sahib olan Xocali, Xankəndinə edilən erməni hücumlarından sonra  qacanların və Fərqanə vadisindən sürgün edilən Axısqa Türklərinin yerləşməsi ilə 1991- ci ildə 6300 nəfərə  nüfusa yüksəlmişdi. Ermənilərin ətraf kəndlərə etdiyi hücumlarla  qısa zamanda nüfus 9000 nəfərə çatmışdır(4) Bu köç dalğası Xocalını, Dağlıq Qarabağın  mərkəzi olan Xankəndindəndən  sonra ikinci böyük şəhər halına gətirmişdi. Bu səbəbdən də Xocalı xüsusi ilə hədəf alınmışdır.1991-ci ilir aralık ayında(dekabr ruscası) Xocali ermənilər tərəfindən ablukaya alınmağa başladı. oktyabr- ekim ayından qara yolu bağlandı gediş-gəliş üçün  sadəcə hava yolu qalmışdı. Kasım (noyabr ruscası)ayında Xocalıda bir helikopterin ermənilər tərəfindən vurulması nəticəsində Azərbaycan dövlət adamları və Rus,Qazax nəzarətcililərinin olduğu 40 nəfər həyatını itirmişdir(5). Bu hadisədən sonra  hava yoluda qapanmış,qaz,elektirik  bağlantısı kəsilmiş bölgə tamamən ermənilərin ablukası altına girmişdir. Xocalıya ən son 13 fevralda -şubatda əsgəri  helikopterlə yanacaq və yeyəcək gətirilmişdir. Bu mühüm durumu,ocak ayı (yanvar rusca)1991 Xocalıya geden  və hadisələri müşahidə edən Amerikalı jurnalist Thomas Goltz "Şəhərdə telefonların çalışmadığını,elektirikin olmadığını,qışın dondurucu soyuğunda heç bir isinmə qaynağının olmadığını,şəhərdə açlığın başladığı" şəklində  qeyd edir(6) Xocalı üçün çətin və dəhşət dolu anlar yaxınlaşırdı.Bu arada rus ordusuna bağlı 366. motoatıcı alay aldığı əmrə görə Xankəndini tərk etmişdi. Ancaq bu birliyin önəmli bir qismi bölgədə qalaraq ,ağır silahları ilə birlikdə Xocalıya ediləcək hücum üçün  ermənilərlə dəstək olmuşdu. Azərbaycan tərəfindən bunların bəlgələrə əsaslanaraq doğru olduğu qeyd edilir.(7)Hücum 25 den 26sına keçən fevral-şubat gecesi saat 23:30 da  erməni rus teroristlərinin  ,366. alayın şəhəri  əhatəyə alması ilə başladı . 366. motoatıcı alay da görəvli  olan , hadisələrdən sonra firar edən  4 rus əsgəri mövzuyla əlaqədar  mediyaya bunları söyləmişdi." Azərbaycan Türklərinə qarşı  müqəddəs görəv olaraq  çatışdıq və buna təşvik edildik" deyə qeyd edirlər.(8).Ermənilər Xocalıda  ,83 uşaq,106 qadın və 70 dən çox yaşlı daxil olmaqla  613 nəfəri  amansızca,insanlığa sığmayacaq tərzdə işgəncə etərək qətl etmiş və yüzlərlə əsir almışdır. Bu hadisə Türk millətinə qarşı törədilən soyqırımıdır.Uluslararası media Xocalını o dönəm bele qeyd etdi öz gündəmində:
  Sunday Times qəzeti (London) 1 mart 1992 ci il.: Erməni əsgərləri minlərcə ailəni yox etdi.
   Financial Times qəzeti (London) 9 mart 1992 ci il.:Ermənilər Ağdama doğru gedən ordunu güllə yağmuruna tutmuşdur. Azerbaycan 1200 qədər cəsəd saymışdır.Libiyalı kameraman  ölkəsinin zəngin erməni  Daşnak  lobisinin Qarabağa silah və əsgər göndərdiyini doğrulamışdı.
  Times qəzeti (London)4 mart 1992 ci il:Bir çox insan çirkin hala gətirilmiş və günahsız bir qızın sadəcə başı vardı
  İzvestiya qəzeti (Moskova) 4 mart 1992-ci il: Kamera qulağları kəsilmiş uşaqları göstərdi.Bir qadının üzünün yarısı kəsilmişdi. Kişilərin qafa dərisi soyulmuşdu.
  Le Monde qəzeti (Paris) 14 mart 1992-ci il:Ağdamda olan media mənsubları,Xocalıda öldürülmüş qadin və  uşağlar arasında  qafa dərisi soyulmuş,dırnağları çıxarılmış 3 nəfər görmüşlər.Bu Azerbaycanlıların propaqandasi deyil gərçəkdir.
  İzvestiya qəzeti (Moskova) 13 mart 1992-ci il:minbaşı Leonid Kravets: " Mən özüm təpədə yüzə yaxın cəsət gördüm.Bir oğlan uşağının  başı yox idi. Hər tərəfdə işgəncə ilə ölən qadın, uşaq və yaşlılar vardı"
  Valer Actuel dərgisi,jurnalı( Paris) 14 mart 1992 ci il: Bu"özərk bölgədə" erməni silahlı birlikləri yaxın şərqdə istehsal edilmiş yeni texnalogiyaya,ayrıca helikoptere sahibdirlər. ASALAnın Suriyə və Libyada əsgəri kamp və silah depoları vardır.Ermənilər yüzdən fazla müsəlman kəndinə hücum hazırlamış və Qarabağdakı Azərbaycanlıları öldürmüşlərdir.
    News week qezetində 16 mart 1992 ci il tarixli  Pascal Privat və Steve Le Vine  tərəfindən hazırlanan xəbərdə qətliam bu şəkildə əks etdirilmişdir" Keçən həftə Azərbaycan yenə bir morgun mərkəzi kimiydi; bir məscidin arxasına geçici olaraq qurulmuş morg, sürülərək  gətirilmiş yüzlərlə cəsəd və yas tutan qaçqınlar.... Bunlar 25 və 26 fevral tarixində Erməni qüvvələri tərəfindən istila edilən Yuxarı Qarabağ bölgəsindəki Xocalı kəndinin  Azərbaycanlı kəndliləri idi. Cəsədlərin çoxu  qaçmaya çalışarkən  yaxın məsafədən vurulmuşdu,bəzilərin üzləri paramparça idi.Bəzilərinin qafa dəriləri soyulmuşdu."...
Human Rights Watch"sa   Xocalı soyqırımının ,Qarabağın işğalından bu yana cərəyan edən ən qapsamlı sivil qırım olaraq dəyərləndirmişdir.
  Amerikalı müxbir Thomas Goltz " Fotorafçı  dostum elə təsirlənmişdi ki, fotoraf çəkəbilməsi üçün  onu çəkməsi gərəkən görüntünün üzərinə itələməyim lazım idi.Cəsədlər,məzarlar bəli hamısı  baxmağa cəsarət gərəkdirirdi.Ama onları anlatmaq ,dünyaya göstərmək gərəkirdi.Həyatda qalanları taparaq həmən orda nələr yaşadığlarını qeyd etdik.Bəzi cəsətləri tanımağa çalışdım ama üzlərindən vurulanlar,tanınmayacaq halda olanlar vardı. Bəzilərinin qafa dəriləri üzülmüşdü.(9)
      Sizə o dönəm Avropa və dünya medyasında Xocalıdan necə bəhs edildiyini xatırlatdım ,indi isə bu vəhşiliyi törədən ermənilərin öz etiraflarından bəhs edəcəyəm.Daşnak Artığı həkim vəhşiliyini  qururla etiraf edir.,Hətta törətdikləri soyqırımına aid kitab bele yazamışlar. Balayanın kitabının adı"Ruhumuzun canlanması"dır ,kitabın adi belə ermənilərin Türklərə qarşı soyqırımı törətməkdən zövq alan bir faşist pisixologiyaya malik olduğuna işarə edir. Balayan etdikləri vəhşiliyi  kitabında  belə əks etdirir:"Biz dostum Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşında bir Türk uşağını pəncərəyə mismarlamışdı.Türk uşağının bağırışları çağırışıları çox eşidilməsin deyə ,Xaçatur uşağın anasının kəsilmiş döşünü uşağın ağzına soxdu. Daha sonra bu 13 yaşındakı Türkə onların atalarının bizim uşağlara etdiyini etdim.Başından sinəsindən və qarnından dərisini soydum.Saata baxdım Türk uşağı  7 dəqiqə sonra qan itkisindən öldü. İlk işim həkimlik olduğu üçün humanist idim,bunun üçün də Türk uşağına etdiyim bu işgəncələr üçün  özümdə narahatlıq hiss etmədim.Ama ruhum xalqımın intiqamını aldığı üçün sevincli və qururlu idi.
Xaçatur daha sonra ölmüş Türk uşağının cəsədini parça-parça doğradı və bu Türklə eyni kökəndən olan ittlərə atdı.Axşam eyni işgəncəni üç Türk uşağına daha etdik. Bir erməni vətən sevəri olaraq görəvimi yerinə yetirdim. Xaçatur da çox tərləmişdi,ama  mən onun gözlərində və digər əsgərlərimizin gözlərində intiqam və güçlü hümanizim mücadələsi gördüm.Ertəsi gün biz kilsəyə gedərək 1915 ci ildə ölənlərimiz və ruhlarımızın dünən gördüyümüz kirdən təmizlənməsi üçün dua etdik".(10).
Sizə bu pisliklərin etdiyi vəhşilikdən necə qururlandığını bildirmək üçün yazımda Balayanın kitabindan alıntı qeyd etdim.İndi siz düşünün bunların içinde inasanlıqdan heç bir anlayış yvar mı?
.Bu yaxınlarda sosial şebəkələrdən olan facebook da Xocalıda ölən uşağların fotosunu paylaşdım və bu yazılari yazdım:" Xocalıda ölən Azərbaycanlı Türk uşaqlar və körpələr.Tək günahları Türk və müsəlman olmaqdır".Bu yazını oxuyan bir həmvətənim mənə"Bu uşaqlar Türk olmasalar, onda onlar üçün üzülməyəcəkdin.Səninki insanlıq deyil ,ermenilərdən fərqin yoxdu" deyə yazdı. Məndə " bəli bu uşaqlar Türk olduğu üçün "Tork" deyilərək öldürüldü.Əgər sizin insanlıq anlayışınız Xocalıdakı Türk olduğu üçün öldürülən uşaqları unutdurmaqdırsa mən sizin insanlıq anlayışınızı heç cür qebul edə bilmərə" deyə yazdım.  Profilinə baxdım ,xanım Almanyada yaşan bir Azərbaycanlıdır.. Deyəsən bizim bəzi həmvətənlərimiz Almanyaya, Fransaya,Rusyaya gedəndə milli kimliklərini sərhədin bu tərəfində qoyub gedirlər .Oralarda ermənilərlə,.ruslarla canbir qəlbdə olmağı öz namuslarına qeyrətlərinə sıxışdırırlarsa bunun tək adı " namussuzluq "olar. Yazimdaki(8) və (10). qeydlərdən görəsən xəbərləri var mı ?deyə hərdən düşünürəm. Bu arada sizə Mehmet Akif Ersoyun misralarını xatırlatmaq isterdim:
" Tarix təkərrürdən ibarətdir deyirlər.Heç ibrət alınsaydı tekerür mü  edərdi?." Bu sözlərə diqqət edin ,bizə qarşı dəfələrlə soyqırımı edən erməniləri  bağışlayıb yenidən onlarla yaşadığımız üçün yenidən tarix təkrar etdi və onlar yenə bizə qarşı soyqırımı törətdilər.Eyni xətanı təkrarlayarıqsa, yenə bu ermeni məxluqlarının xəyanətinə şahid olarıq! Erməni,rus və fransız xiristian qardaşlığı hər zaman güclü olmuşdur  bunu unutmayın.Ama mən belə üzdən iraq Azərbaycan Türk kimliyi daşıyanlardan daha çox vətənin sevən Avropada ,Almanyada ,Amerikada və.s yaşayan saf qan Azərbaycan Türkü ,Türkiyə Türkü və digər Türk dövlətlərindən olan ərlərin,igidləri,xanimlarin,xatunlarin olduğunu bilirəm və ermənilərin Xocalı soyqırımında etdiyi vəhşilikləri dünyada necə tanıtdırdıqlarından  da xəbərdaram.Belə soydaşlarımla qürur duyuram.
Digər bir məsələ hər il fevralın-şubat 26 sınıda Xocalını yad edirik .Yaxşı xatirlayıram 5 il bundan öncə universitetde Bakıda 4-cü kurs telebesi idim .  Biz yenə fevral ayında Xocalını yad etmek üçün toplantı zalına toplandıq tələbələr və müəllimlərlə .Zalda hər il eyni  fonda həzin musiqi, əlində iki vereq olan tələbələr kürsüyə çıxır sırayla vərəqdəkiləri oxuyurdular .Xocalını öz tərzlərində yad edirdilər. Digər tələbələrdə zalda əyləşib yarısı söylənənləri dinləyir ,yarısı da mürgüləyirdi.Kürsüdə yazılanları oxuyan tələbələr hər biri yazi bitdikdən sonra" Allah səbr versin" deyir və kürsüdən enirdilər.Hal belə olunca müəllimlərdən rica etdim mənə də söz haqqı versinlər və məndə kürsüdə bir iki kəlimə deyim.Soruşdular ki, hazırlığın var mı deyə, mən də "yox "dedim. Beləcə kürsüyə gəldim və sözə başladım." Öncəliklə hər birinizi Allahın salamı ilə salamlayıram.Əgər diqqət etdinizsə əlimdə nə yazdığım vərəq var , nə də dilimdə  əzbər deyə biləcəyim şeir var  .Sizə bu gün Xocalını sadəcə yad etdirmək deyil düşüncəm. Bu gün sizə və özümə hesab sormaq istəyirəm bu kürsüdən.Biz xocalı deyib ağlamağdan başqa hər il fevral ayında nə edirik, sonda isə hamımız bir ağızdan" Allah səbr versin" deyib evimizə gedirik.Mənsə bugün" Allah c.c səbr verməsin" deyirəm.Düz eşitdiniz !Allah səbr verməsin. Çünki yaradan səbr verdikçə biz hər il bu zalda toplanıb sadecə mürgüləyəcəyik. Xocali belə yad edilməz ,belə edilməməlidir. Xocalı ordakı şehidlərin qanı intiqam istəyir. Bizsə savaşmalıyıq. Həm döyüş meydanında, həm də elm meydanında. Sizi bilmirəm ama mən utanıram .İstərdim ki, hər il Xocalını anırıq deyib həzin fonda musiqi ilə və ağlamalı  mətnləri oxumaq əvəzinə daha faydalı işlərə  əl ataq. Məsələn hər il sərhətlərimizdən kənarda olan qurumlara Xocalı gərcəkləri ilə əlaqədar yazılar yazaq,tanıdığımız başqa məmləkətdə yaşayan insanlara Xocalını anladaq, vətənə gələn qonaqları əyləcə yerlərinə, barlara, restoranlara, konsertlərə  götürmədən öncə şəhitlərimizin yatdığı Şəhitliyə götürək. Görsünlər, göz yaddaşlarına həkk olsun o faciə . Oğul böyüdüb əsgər getməsin deyə xəstə kağızı almaq əvəzinə əsgər getsin deyə ona dəstək olaq. Qız böyüdüb tez ərə vermək əvəzinə, oxudaq təhsil verək ama ceyizində diplom olsun deyə yox, Vətən torpağının , şəhid soydaşlarının intiqamını alsın deyə. Bu gün erməni adlandırılan bu məxluqlar heç bir gücə sahib deyil ,sadəcə rusların və xristian qardaşları olan fransızların dəstəyi onları ayaqda tutur. Biz oyansaq onlar bizim pəncəmizdə sadəcə tarla siçanı kimi əziləcək.Sonda özümüzə dönək, bu həqiqi əsil qanın qiymətini anlayaq .Qanımızı axıdanlarnı yer üzündən silməyə qadir olan qüdrəti Yaradan  bizə verib. Tarix boyu şanlı Türk milləti deyə dünyaya nam salmışıq.Allah c.c səbir verməsin, verməsin ki, oyanaq .özümüzə gələk."Bu sözləri dedim və kürsüdən enmədən öncə zala baxdım mürgüləyənlər oyanmışdı. Anladım o zaman  ki, bizə həqiqi mənada oyanmaq lazımdır. Mənim o zaman əlimdən sadəcə o kürsüdən 50 nəfərlik tələbə və müəllim kollektivinə səslənmək gəlirdi.Bu günsə bu məqaləni yazmaq əlimdən gəlir və mən bunu edirəm.
   Tarix 26 fevral 2017 ci ili  göstərir və mən bu gün Mübariz İbrahimovu,Fərid Əhmədovu ,Təbriz Musazadəni, Çingiz Salman oğlu Qurbanovu və adlarini qeyd etmədiyi onlarca igid,er şəhidlərimizi xatırlayıram .Biz artıq oyanmışıq qəhrəman şəhitlərimiz cəsarətləri ilə bunu sübut etdilər.Biz Xocalının dünənini unutmuruq ,bu gün şəhidlərimizin cəsarəti və qanıyla çalışırıq və Xocalının sabahının təməlini qoyuruq.Artı Türk milləti oyanıb indi biz hesab soracağıq ,dularla və cəngi sədasıyla qələbəni Qarabağda ,Xocalıda  və digər  işğal olunmuş torpağlarımiızda kutlayacağıq. Nə Mutlu Türkəm deyənə.!


İstifadə edilən mənbələr:
1. ihh.org.tr (İnsan Hakları İhlalleri).
2. Cem Oğuz, “The Khojaly Massacre and the ‘Armenian Genocide’”, Hürriyet Daily News, 24.
3.Sevil İrevanlı, “Hocalı Katliamı Dünyaya Nasıl Anlatılır?”, http:// www.netpano.com/uluslararasi-hukuk-acisindan-hocali-katliami/
4.Memorial İnsan Haklar Örgütü Raporu, http:// www.memo.ru /hr/ hotpoints/karabah/Hojaly/ 07-03-92/05-4-92
5.C. Taşkıran, “Karabağ’da Son Durum”, Yeni Türkiye, c.3, s.16, Ankara, 1997, s.1194.6
.6.Thomas 6.Goltz, khojaly,http:// elibraray.az/docs/enkhojali/gl3.pdf ( 02-03-09).
7..Araz Aslanlı, “Tarihten Günümüze Karabağ Sorunu”, Avrasya Dosyası, Azerbaycan Özel, c.7, s.1, İlkbahar 2001, s.404.
8. (Hürriyet, 3 Mart 1992, s. 21.)
9.3nesil1soyqırımı.org
10. .islahhaber.net
11."Hocalı’da Yaşananlar" Arslantürk Akyıldız*

1 yorum:

  1. Çox sağolun qururlandımki bele vetenperver insanlarımızda var. Menim 24 yaşım var heç bir ali tehsil almamışam , amma öyrenmeye çalışıram. İnsanların özgesini üstün tutub özümüzü aşağıda görmesine nece deyerler yanıram. Deyirler Azerbaycan nedirki , 100 illerin müsteqil ölkeleri ile Azerbaycanı bir tereziye qoyurlar. Deyirem sen niye o ölkelerle müqaise edib Azerbaycanı gücsüz bilirsen. Bizim ölke ile bir müstəqillik qazananlarla müqaise et göreceksenki Azerbaycan üstündür

    YanıtlaSil