17 Şubat 2017 Cuma

                            TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏRİ.

          Yazar : AYNUR TALIBLI .İstanbul Sabahattin Zaim Üniversitesi .Yüksik Lisans.Tarix ve Medeniyyet araşdırmaları bölümü.
Azərbaycan  Türk  Oğuz yurdudur ve biz qədim  tarixə malik  olan  Oğuz Türkləriyik. Biz Türklərin  tarixində  qadın, xatun ve ya xanım dəyərli ve əvəz olunmazdır . Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən , qadını ucaldan  ikinci bir millətin olmadığını açıq aydın görərik. Bu gün bu yazımda sizə digər toplumlarda , millətlərdə qadının yeri ilə  türk  millətində  və  türk toplumunda qadının yerini  müqayisə  edəcəyəm. Öncəliklə  onu qeyd etmək istərdim ki, aile bu gün olduğu kimi əski türklərdə də önəmli ve önəmli olduğu qədər  də dəyərlidir. Ailənin  təməlini qadın təşkil edir türklərdə. Türk qadını  ailəsində söz sahibi olmuş ve ərinə  igidinə daima dəstək  olmuşdur. Bu hələ milatdan önce də belə idi. Avropada , Afrikada , Ərəbistanda qadınlar kölə kimi satılsa da türk  qadını daima hürr azad  olmuşdur.  Qədim  türklərde qadın ailədə söz sahibi olduğu qədər siyasi və  ticari  əlaqələrdə , dövlətin  idaresində  də söz sahibi olmuşdur. Qadınlar gözəl  qılınc  oynadar , at minər və güləşərdiler. Qadınlar  savaşda da iştirak ederdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü  zənn  edəcəklər ama bu gərcəkdir ve bu gərcəkleri mən  sizə tarixi qaynağlarla  bildirəcəyəm. 
Qədim Türk atasözünde belə deyilir '' Birinci zənginlik sağlıq,ikinci zənginlik yaxşı qadındır.'' Türklər qadına yüksək deyer verir demişdik ve bunu qədim türklərin tək evliliyi  etməsində də görürük. Yəni bir qadınla evli olduğları zaman ikinci bir qadın almazlardı. Hun tükleri dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi. Hunlarda qadını  kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki  Kağanın əmirnamələrində ,, Xaqan buyurur,, ifadəsi yalnız yer alırdısa və   Xaqanın  Xatununu yeni xanımının adı qeyd edilməsə  o əmirname keçerli olmazdı, qəbul edilməzdi.Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazlardı. Elçilerin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütleq idi.. (1.)Bəzən də  xatunlar tək başına elçileri  qebul edərlərdi.Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın  xanımı Arıq Han tərəfınden qəbul edilir və dövlət işləri  ilə əlaqədar görüşülə bilirdi. Qəbul törənlərində  ziyafətlərdə şölənlərdə  xatun xaqanın sol tərəfində otururdu.  Siyasi və idari görüşləri dinləyər və fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir  ,,Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və  sayqi göstərməmişdir,, .(2) . Göktürk və Uygurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur.  Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, " Xaqan və Xatunun namına"  deyə ortaqlaşa imzalanmağdadır.  Ailə içində də qadın yüksek söz sahibi olmuşdur. (3).Asiya Türklərində Göktürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq  Orhun kitabələridir. VII yüzildən başlayaraq Orhun Kıtabələrində dövlet işlərini bilən'' Katunlardan '' yəni xatunlardan söz edilir. Orhun kitabələri  də yer yer Xaqan ve Xatun buyurur sözləri ile başlayır. İslamdan öncə də Türk qadınlarına verilən önemlə  elaqedar çox mənbələr var bunlardan biri də hələ  İslamdan öncə İtil (Volga) Bulgqarlarını səyahət   edən  İbni Fadlan öz əsərində  türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə  və  heyrətləndiyini gizlətməməkdədir. Fadlan, xatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir.  Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir.  Başqa biz əreb səyyahı  İbni Batu bele yazır ''Burda qəribə bir hala şahid oldum ki o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti ve dərəcəsi kişilərdən daha üstündür.''(4). 
 Eyni zamanda bu yazdığlarımı qədim Türk dastanlarında da açıq aydın görə bilərik. Dastanlarda qadın kişinin güç və ilham qaynağı olduğu bildirilir. Bizim milli dastanımız olan  Kitabi -Dədə Qorqud hekayelerində də buna rast gəlirik. Örnək olaraq  '' Dəli Dumrul hekayesinde''  Dumrul canınin yerinə öz canını verməyə razı olacağ birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən '' canını vereceyini'' söyləyir. Eyni zamana qədim Türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu Türk ata sözümüzde belə qeyd edilir ''Ey Türk oğlu Suyu çaydan qızı soydan al!(5)Bunun sebebi yazının əvvəlinde də qeyd etiyim kimi Tür kadının cəsarəti ve şərəfli olmasıdır.  Türk qadını daima at belində əlinde qılınc və savaşda birincidir. Yenə Dede Qorqud dastanımıza baxsaq ,hekayələrdən "Bamsı Beyrek "hekayesinde yer alan Banu Çiçek bunun Ən gözəl örnəklərindən biridir.(6) Bir başqa örnək Selcan Xatundur. Selcan xatun duşmanın gece  ərine baskın etməsinden şübhə etməkdədir. O ərinə xəbərdarlıq edər və savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmanın üstünə sürər və onu qılıncından keçirər.(7).   
Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə  tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlerin qadınlara verdiyi dəyəri incələyək. ilk öncə İngilislərlə  başlayaq. İngiltərdə  XI. yüzile qədər ərliri arvadlarını sata bilirdi. Xiristiyanlar isə qadına şeytan gözü ilə baxmşlar. Yenə İngilterede qadın murdar varlığ sayıldığı üçün İncire əl vurmurdu. Qadınlar İncir oxumağ haqqına Hanry dövründə (1509  1547) sahib oldular. İngilis piskoposu Dourun Westminister kilsəsindəki vaazın dan ''Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsinde oturmağ haqqına sahib olmadığı kimi söz soruşulmadan danışmasıda caiz deyildi. Kişi başının üstünde böyük odun parcası asardı ,lazım gəlsə qadını cezalandırmaq üçün onu istifade edərdi. Oğlan uşaqları isə analarına ev içində xizmətçi qadından yuxarı dəyər verməzdilər.  Çinlilərdə qadın insan sayılmazdı və ona isim belə verilməzdi . Qiz uşağlarına ad verilməz bir iki üç deye çağırılırdı.(8).   Həyatı boyunca bir kişinin yönətimində yaşamali idi. Qadin xizmətçi sayilir əri və uşaqlari ilə eyni süfrədə otura bilməzdi.Ayağda dururb onlara hizmət etməli idi. (9).Farslarda qadin kişiyə itaəd etməlyə məcbur edilirdi.Bir kişinin birdən çox qadinla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmamasi sebebi ilə  Sasani İraninda. farslar anaları və bacıları ilə nigaha girə bilirdilər hətta buna təşvik edilirdi(10). Cahiliyyə ərəblərində qız uşağı diri diri gömülüməsi bir gərçəkdir. Qız uşağına sahib olmağ onursuzluğ hesab edilirdi. Buddizimin qurucusu  budda ise ik başlardaqadınları dine qebul etmemişdir. Əski yunanalarda qadının saygıdəyər bir dəyəri yoxdur.Eşyalardan fərqsiz olan qadın diger mallar kimi satıla ve miras kimi bağışlana bilirdi.(11).Slavlarda (ruslarda) qadın əşya kimi qiymetləndirilir. Zodruga deyə adlandırılır.Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadın ökən əri ilə beraber gömülür.Rus hökümdarlaının ,yaxin adamlarının gözü önündə xalqdan carəyelərlə münasəbət yaşayır ki, bər çoxgezgən bunu qeyd edir.
         Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman Türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan Türk yurdunda və bütün Türk məmləkətlərindəki Türk ərlər,igidlər atalarımızın xatunlarına,xanımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.
 İstifadə edilən mənbələr 
1Ali Ahmetbeyoğlu; Avrupa Hun İmparatorluğu, TTK Yay., Ankara,2001,s.151.
 2 .1 Ziya Gökalp; Türkçülüğün Esasları, ( Hzrl. Mehmet Kaplan), Varlık Yay., Ġstanbul 1970, s. 35.
3.Özkan Ġzgi; “Ġslamiyetten Önce Türk Kadınları“,Türk Kültürü Araştırmaları, Ankara,1975,s.145155.
4. Muharrem Ergin; Orhun Abideleri, Boğaziçi Yay., Ankara, 1989, s.21,35.
5. Azərbaycan Birliyi sehifəsi facebook.com.
6.Muharrem Ergin; Dede Korkut Kitabı, Boğaziçi Yay, Ġstanbul, 2001,s.64.
7. M. Ergin; Dede Korkut Destanı, s.122.
8.. http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.; http://translate.google.com.tr/translate?hl=tr&langpair=en%7Ctr&u=http://www.buzzle.com/articles/wo men-in-the-ancient-chinese-culture.html
9. Necla Arat; Kadın Sorunu 2. Baskı, Say Yay., Ġstanbul, 1986, s.26
10.25http://translate.google.com.tr/translate?hl=tr&langpair=en%7Ctr&u=http://www.iranchamber.com/hist ory/articles/women_in_ancient_persia.php 23.5.2012.; http://www.turkforum.net/710575-eskiturklerde-kadin.html 18.5.2012
11. http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.
12.TARİHÎ SÜREÇ İÇERİSİNDE TÜRK TOPLUMUNDA VE DEVLETLERİNDE KADININ YERĠ VE ÖNEMİ HISTORICAL PROCESS AND THE IMPORTANCE OF WOMEN IN THE TURKISH SOCIETY AND THE STATES Yrd. Doç. Dr. Ahmet GÜNDÜZ Ahi Evran Üniversitesi, Eğitim Fakültesi, İlköğretim Sosyal Bilgiler Öğretmenliği ABD
13.https://gokturukler.wordpress.com/gokturkler/konu-basliklari/eski-turklerde-kadın

Hiç yorum yok:

Yorum Gönder